İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə180/266
tarix13.05.2022
ölçüsü1,71 Mb.
#115877
növüDərs
1   ...   176   177   178   179   180   181   182   183   ...   266
sa Musayev, M tl b lizad

Şəkil 8.  Aktiv və aktiv olmayan hücrələr 
Aktiv  hücrənin  kənarları  qalın  xətlərlə  çərçivəyə  alınır.  Bu  çərçivənin  aşağı  sağ 
küncündəki  kiçik  ―+―  işarəsinə  diqqətlə  baxın.  Bu  işarə  düyməsindən  hücrə  içərisindəki 
məlumatları digər hücrələrə müxtəlif formada köçürmək üçün istifadə edilir. 
Ünvanlar. 
Hücrə  adı  verilən  sahələrə  daxil  ediləcək  məlumatlar  üzərində  hansı  əməliyyatları 
aparacaqsınız?  Aralarında  hər  hansı  bir  əlaqə  qurulmayan  məlumat  yığımının  praktik 
olaraq bir məna daşımadığı aydındır. Hərflərdən ibarət məlumatlar
170
  görünüş baxımından 
uyğun  bir  formada  nizamlanaraq  bir  məna  kəsb  edə  bilər
171
,  ancaq  ədədlər  üçün  bunları 
demək çətindir. 
Excel XP
-dən istifadə etməkdə əsas məqsəd isə daxil edilmiş məlumatları 
bir riyazi modelə, ya da məntiqə görə cədvəl şəklində nizamlamaqdır. 
Deyək ki, bir sütuna adları, onun sağındakı sütuna soyadları, bunun sağına isə ümumi 
maaşları  daxil  etdiniz.  Növbəti  sağda  yerləşən  sütuna  alınacaq  maaşları  daxil  etmək 
istəyirsiniz. Bütün şəxslər üçün alınacaq maaşları bir-bir hesablamağa ehtiyac yoxdur. Bu 
halda, hücrələrə daxil edilmiş ümumi maaşlarla alınacaq maaşlar arasında bir riyazi əlaqə 
qurmaq lazım gəlir. Məsələn, deyək ki, alınacaq maaş ümumi  maaşın 
66%-
ni təşkil edir 
(şəkil 9.). 
                                                 
170
 
məsələn, adlar, soyadlar və s. kimi
 
171
 
adlar eyni bir sütuna alt-alta, soyadlar isə sağdakı sütuna alt-alta daxil edilə bilər
  


 
144 
 
Şəkil 9.  Sadə bir maaş cədvəli 
Bu riyazi əlaqəni qurduqdan sonra, bunu 
Excel XP
 cədvəlinə çevirmək lazım gəlir. 
E
 
sütununda, 
D
  sütunundakı  hər  ümumi  maaşın  yanında  alınacaq  maaşı  necə 
göstərəcəksiniz? Bu əməliyyat əslində çox asanlıqla yerinə yetirilir. 
E
 sütunundakı uyğun 
hücrələrə yuxarıda göstərilən riyazi əlaqəni bir formul şəklində daxil etmək kifayətdir. 
 
Hücrə ünvanlarından və formullardan istifadə etməyin əhəmiyyəti və əslində 
Excel  XP
-nin  əsas  məntiqi  budur:  formul  yerləşmiş  bir  hücrədəki  məlumatlar,  onun 
əlaqələndirildiyi  digər  hücrələrdəki  məlumatlar  dəyişdirildiyi  zaman  avtomatik  olaraq 
yenidən hesablanır. Məsələn, ümumi  maaşların hər hansı biri dəyişdirildikdə, ona uyğun 
olan alınacaq maaş da yenidən hesablanacaqdır. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin