7.4.3. İnternetdə resursların ünvanlaşdırılması Ümumdünya şəbəkəsi olan İnternetdə hər bir kompüter (əslində, kompüterin şəbəkə
adapteri) eyni zamanda 3 ünvan alır: birincisi, adapterin zavod nömrəsidir, ikincisi, İP ünvanın kodudur, üçüncüsü, domen ünvanıdır ki, bütün bunlar da istifadəçi interfeysi üçün
nəzərdə tutulmuşdur.
İP-ünvanı 4 baytlıq ölçüyə malikdir və 3 hissədən ibarətdir: İP –ünvanın ranqı, lokal
şəbəkənin nömrəsi və şəbəkə daxilindəki kompüterin nömrəsi. İP –ünvanın ranqı bu tipdən
olan şəbəkələrin sayını və maksimal ölçüsünü təyin edir. Şəbəkənin nömrəsi qeydiyyat
zamanı verilir. Şəbəkənin nömrəsini şəbəkənin sahibi olan təşkilat verir. Şəbəkə daxilində
kompüterin nömrələnməsi isə şəbəkə inzibatçısının səlahiyyətindədir.
Ünvanların domen təşkilatı DNS (Domain Name System) iyerarxik quruluşludur.
Yuxarı səviyyənin bir neçə domeni vardır ki, bunların da hər birinə müəyyən ad verilir:
mom, edu, org, gov, ru, az və s. Növbəti səviyyə domeni yuxarı səviyyə domeninə yeni ad
əlavə etməklə yaradılır. Məsələn, econ.msu.ru Moskva Dövlət Universiteti İqtisad
fakültəsinin şəbəkədəki domen adıdır.
Domen adları sistemi İnternet xidmətləri içərisində mərkəzi yerlərdən birini tutur.