Veb-in funksiyaları nədən ibarətdir? Hər şeydən əvvəl qeyd edək ki, İnternetin digər informasiya servisləri kimi, Veb-in
arxitekturası da ―müştəri – server‖ prinsipinə əsaslanır. Sistemin informasiya resursları
Veb-serverlərdə hipermətn və ya hipermediya formasında saxlanır. Veb-serverin infor-
masiya resursları həm öz aralarında, həm də digər serverlərdəki resurslarla hiperiqti- baslarla əlaqələndiklərindən, qlobal informasiya hiperməkanı yaranır. Veb-serverlərdəki
informasiya resurslarının hipermətn təqdimatı (veb-səhifələr) və multimediya resursları
(şəkillər, audio-video verilənlər və s.) HTML dilinə əsaslanır.
Beləliklə, Veb - bircins olmayan (hipermətn+multimediya) qlobal paylanmış infor-
masiya sistemidir.
Veb-müştərilərinin proqram təminatı veb-brauzer adlanır. Veb-brauzer istifadəçiyə
sorğu vermək imkanı yaratmaqla yanaşı, həm də cavabı öz kompüterinin ekranında
almağa, çap etməyə, öz diskində saxlamağa, Veb-in paylanmış informasiya resursları
fəzasında hiperiqtibaslar üzrə naviqasiya aparmağa şərait yaradır.
Veb-in instrumental vasitələri istifadəçi ilə veb-server arasında əks-əlaqə yarat-
maqla, müəyyən proqramların serverdə icrasına nail olmaq imkanı da yaradır. Bu halda
server nəticəni münasib formaya salaraq istifadəçi kompüterinin ekranına çıxarır. Bu
prinsip paylanmış VB-yə telekommunikasiya vasitələri ilə müraciət zamanı geniş tətbiq
edilir.