3.8. Kompüterin təşkili və fəaliyyəti
Müasir fərdi kompüterlərin arxitekturası magistral-modul prinsipinə əsaslanır.
Modul prinsipi kompüterin konfiqurasiyasını dəyişməyə imkan verir. Kompüterin modul
təşkili isə magistral prinsipə, yəni qurğulararası informasiya mübadiləsinin şin vasitəsi
ilə ötürülməsinə əsaslanır.
Arxitektura dedikdə, kompüteri təşkil edən qurğular, onların qarşılıqlı əlaqələri və
bu əlaqələrin qurulması qaydaları çoxluğu nəzərdə tutulur. Başqa sözlə, arxitektura
dedikdə, kompüterin quruluşu, ayrı-ayrı qurğularının xarakteristikaları, yaddaşa və xarici
qurğulara müraciət üsulları, maşın əmrləri sistemi, əmrlərdə istifadə edilən verilən
formatları və s. ön plana çəkilir.
Kompüterin əsas qurğuları prosessor və yaddasdır. Kompüterin hesablama imkanı
məhz bu iki qurğunun qarşılıqlı fəaliyyəti ilə təyin olunur. Verilənləri prosessordan
yaddaşa və əksinə ötürən rabitə xətlərinə şin deyilir. Şinlər 4 cürdür: verilən şini, ünvan
şini, idarə şini və qidalanma (cərəyan) şini. Kompüter qurğularını əlaqələndirən şin
ümumi şin adlanır. Bundan əlavə, köməkçi şinlər də vardır ki, bunlara da lokal şinlər
deyilir.
Kompüter bloklarını birləşdirən rabitə sistemi maşındaxili sistem interfeysi adlanır.
Prosessor külli miqdarda elektron mikrosxemlərin mikroskopik həcmdə cəmləşdiril-
diyi bir qurğudur
85
. Dünyada prosessor qədər mürəkkəb qurğu yoxdur. Kompüter
sənayesinin tərəqqisi prosessorun təkmilləşdirilməsi
86
ilə bağlıdır.
Prosessorun sürətini müəyyən edən ən mühüm xarakteristika takt tezliyidir ki, bu da 1
saniyədəki taktların sayını ifadə edir. Takt dedikdə, kompüter düyünlərinin işini sinxron-
85
Pentium 4-də 42 milyon funksional element var. Hər element 0,13 mikrondur. 1 mikron 1 metrin
milyonda biridir.
86
icra edilən funksiyaların artırılması, həcmin kiçildilməsi, əməliyyat sürətinin artırılması, iş etibarlılı -
ğının yüksəldilməsi
44
laşdıran takt tezliyi generatorunun hasil etdiyi iki ardıcıl impuls arasındakı zaman kəsiyi
başa düşülür. Prosessorun icra etdiyi hər bir əməliyyata (məsələn, cəmləməyə) müəyyən
sayda taktlar ayrılır. Takt tezliyi çox olan prosessor daha sürətli və məhsuldardır. Takt
tezliyi meqahers (MHs) və qiqaherslə (QHs) ölçülür. 1 MHs 1 saniyədə 1 milyon takta
bərabərdir. Son 20 ildə takt tezliyi 500 dəfə artırılaraq 5 MHs-dən
87
2,4 QHs-ə
88
çatdırılmışdır.
Prosessorun məhsuldarlığını ifadə edən digər xarakteristika onun mərtəbəliliyidir. Bu,
prosessorun bir dəfəyə emal edib ötürdüyü 2-lik mərtəbələrin sayını ifadə edir.
Prosessorun mərtəbəliliyi 64/36 şəklində yazılıbsa, bu, o deməkdir ki, prosessorun
verilənlər şini 64 mərtəbəli, ünvan şini 36 mərtəbəlidir.
Prosessorun məhsuldarlığı inteqral xarakteristikadır. Çünki bu, tezlikdən, mərtə-
bəlilikdən və arxitekturadan (keş-yaddaşın olub-olmamasından) asılı göstəricidir.
Prosessorun məhsuldarlığı CD-ROM-dan yüklənən SiSoftware Sandra adlı testləşdirmə
proqramının köməyi ilə təyin edilir.
Nisbətən daha cəld yaddaş növü olan prosessor registrləri prosessorun daxilində
yerləşir.
Müasir kompüterlər açıq sistem ideologiyası ilə yaradılır. Yəni, kompüter qurğuları
kifayət qədər sərbəst fəaliyyət göstərən müəyyən funksiyalar icraçılarıdır. Qurğuları bir-
birinə qoşan hissə həmin qurğunun interfeysi adlanır. İnterfeysin reallaşdırdığı qayda
protokol adlanır. Bəzən interfeys dedikdə, qoşqu ilə yanaşı, həm də protokol nəzərdə
tutulur. Eyni qurğu üçün bir neçə protokol ola bilər. Kompüter daxilindəki rabitə
kanallarında siqnallar yalnız rəqəm formasında, 1 və 0-ları kodlaşdıran impulslar
şəklində ötürülür.
Müxtəlif cür periferiya qurğuları mövcuddur. Fərdi kompüterin periferiya
avadanlığına: klaviatura, mış, skaner, manitor, printer, plotter (qrafquran), vinçester,
diskovod, CD-ROM, səsucaldan, şəbəkə çıxışı aiddir. Kompüterin qurğuları şinə
kontroller və ya adapter vasitəsilə qoşulur. Kontroller və adapterlərin öz prosessoru
vardır. Yəni, bunlar faktiki ixtisaslaşdırılmış mikrokompüterlərdir.
Bütün iş operativ yaddaşda gedir. Odur ki, kompüter cərəyana qoşulan kimi bütün
lazımi informasiyanın üzü vinçesterdən operativ yaddaşa köçürülür.
87
1978-ci ildə istehsal edilmiş 8086 prosessoru
88
2002-ci ildə istehsal edilmiş Pentium 4 prosessoru
|