partladırdı. Yol polisi binasında olanda Safi bu
mərmi və bombaları zərərsizləşdirməyin yolunu
bizə öyrətdi.
Bir gün mina sursatlarını təhvil almaq üçün
Safi ilə birlikdə Hələbin hava limanına getdim.
İşinin uzandığını görəndə beynimə bir fikir
gəldi. Hava limanından çıxıb birbaş Həzrət
Rüqəyyə
qərargahına
getdim.
Qərargah
komandirinin yaxşı cəhətlərindən biri bu idi ki,
onu asanlıqla görmək olurdu. Ofisinin rəhbəri
dedi ki, hacının iclası var, gərək bir qədər
gözləyəsən.
Gözlədiyim müddətdə deyəcəyim sözləri
yadıma saldım. Nübl, əl-Zəhra və Hizbullah
uşaqlarında yataq kisəsi və balon gödəkcələr
vardı, biz on bir nəfərdə isə yox idi. Kənd
evlərindən gətirdiyimiz adyallar da güclü
soyuğa davam gətirmirdi.
78
Hacı otaqdan çıxdı. Uşaqlardan eşitdiyim
kimi, döyüş mövqelərinə tez-tez baş çəkdiyinə
görə üst-başı toz-torpaqlı idi. Salamlaşıb hal-
əhval tutduq. Məni görüb təəccübləndi; çünki
orada vuruşan 70 Fatimiyyun döyüşçüsü
razılaşdırmadan bölgədə get-gəl edə bilməzdi.
Vəziyyətimizi izah edib dedim:
- Biz ön xətdəyik, amma yetərincə patron
vermirlər. Balon gödəkcəmiz və yataq kisəmiz
də yoxdur.
- Axı siz ön xətdə deyilsiz! – dedi və dərhal
əlavə etdi: - Aha! Siz yol polisi binasına
yerləşmiş on bir nəfərdən birisiz.
Tez əşya xidməti rəisini çağırıb dedi ki, məni
anbara aparsın və istədiyimi versin.
Silah
anbarının
qarşısında
ağzım
açıq
qalmışdı. Böyük bir anbarın dörddə biri daraq
qutuları ilə dolu idi, halbuki biz 60 gün idi
binada yalnız iki daraqla qalmışdıq.
Binaya əlidolu qayıtdım. Uşaqlar məni
dövrəyə aldılar. Qulamsəxi də yaxınlaşıb yataq
kisəsini, balon gödəkcəsini və patron darağını
təhvil aldı. Ancaq axşam yatmaq istəyəndə
gördüm ki, adyalın altında yatıb. Təəccüblə
silkələyib soruşdum: “Bəs yataq kisən hanı?”
79
Başını adyalın altından çıxarıb məsum baxışla
dedi: “Bir polis üşüyürdü, verdim ona”.
Adyalı başına çəkib dedim: “İndi adyalın
altında titrə ki, adam olasan!”
Ertəsi gün səhər çağı qarovul vaxtı gördüm ki,
balonu da yoxdur. Bildim ki, gödəkcəsini də bir
suriyalı polisə verib. Bu dəfə ona bir söz
demədim, bildim ki, əxlaqı hamıdan fərqlənir.
Yalnız bir gecə onunla qalmış suriyalılar
dəfələrlə mənə yaxınlaşıb demişdilər: “Necə də
mərifətli
dostun
var!
Həqiqətən,
Allah
övliyalarındandır!”
Təxminən 80 gün idi bu binada idik, amma
sanki bir il ötürdü. Evdən, ailə üzvlərimizdən
ötrü darıxırdıq. Bəzi axşamlar bir yerdə oturub
analarımızın bişirdiyi isti və dadlı xörəkləri yada
salırdıq. Həmin gecələrin birində dedilər:
“Fatimiyyun komandiri Əbu Hamid gəlib,
bayırda sizi gözləyir”.
O vaxta qədər Əbu Hamidi görməmişdik. Bir
qədər qorxdum, ehtimal verdim ki, məni
görəndə digər uşaqlardan ayrıldığıma görə
danlayacaq. Ayağa qalxıb mobil telefonlarımızın
fənəri ilə mərmi atəşlərindən uçub-dağılmış
pillələrə işıq saldıq. Aşağı enəndə Əbu Hamidi
80
qarşımızda gördük. Onu eynəkli təsəvvür
etmirdim. Çöhrəsi qətiyyətli idi, xüsusi heybəti
vardı. Bir əli sarıqla bağlanıb boynundan
asılmışdı.
Sonralar
bildim
ki,
Dəməşqdə
yaralanıb, bizi görməkdən ötrü çətinliklə Hələbə
gəlib.
Yavaşca
danışmağa,
Fatimiyyun
birləşməsini genişləndirmək planları barədə
məlumat verməyə başladı.
– Planım budur ki, Fatimiyyun təkcə piyada
qüvvələrdən
ibarət
olmasın,
uşaqlar
artilleriyada, zirehli birləşmələrdə, snayperdə,
rabitədə və digər sahələrdə ixtisaslaşsınlar və
inşallah, gələcəkdə müstəqil bir diviziya olub
bütün bölmələrimizi idarə edək.
Sonra bir qədər dayandı, mənə baxmadan
davam etdi:
– Eşitmişəm ki, bəziləriniz özbaşına hərəkət
edirsiz, sözə qulaq asmırsız. İndi hazırlaşın,
Dəməşqə qayıdır və bir neçə günlüyə İrana
gedirsiz.
Uşaqlar Əbu Hamidə şikayət etmiş olsalar da,
mənimlə
belə
səbirli
davranacağını
düşünməzdim. Hətta gedəndə uzun saqqalıma
baxıb gülə-gülə dedi: “Niyə özünü mövləvilərə
81
oxşatmısan? Sən gərək ləqəbini Nəcib yox,
Mövləvi qoyaydın”.
Onda adət belə idi ki, uşaqlar kod adlarını
şəhidlərin adlarından seçirdilər. Mən də ilk
şəhidlərimizdən
olan
Nəcibin
adını
götürmüşdüm.
Qulamsəxi
ilə
düşünürdük
ki,
əgər
məzuniyyətə getsək, daha Hələbə qayıtmağa
icazə verməyəcəklər. Halbuki biz ərəb uşaqlarla
dostlaşmışdıq,
onlarla
birlikdə
vuruşmaq
istəyirdik. Əbu Hamid bilmədən Safiyə dedik ki,
bizi Həzrət Rüqəyyə qərargahına aparsın,
komandirlə danışaq. Ona dedik ki, biz
məzuniyyətə gedirik, amma qayıdanda yenə
Hələbə qayıtmaq istəyirik. Komandir soruşdu:
“Həqiqətən, bunu istəyirsiz?” Dedik: “Bəli. Necə
məgər?” Mənə bir telefon nömrəsi verib dedi:
“Məzuniyyətdən qayıdandan sonra bu nömrə ilə
əlaqə saxla, sizin Hələbə göndərilmənizi
razılaşdırım”. Bu cəhətdən arxayınlaşandan
sonra sevinc içində Dəməşqə getdik.
|