İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə22/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   18   19   20   21   22   23   24   25   ...   67
Abu-baran- 1

Onuncu fəsil  
Məleyhə əməliyyatı 
Aylar  ötürdü  və  biz  hələ  Məleyhə  əməliyyatı 
ilə  məşğul  idik.  Əbu  Hamid  zirehli  texnika 
təlimlərindən  ötrü  Xudabəxş  Xavəri  adlı 
istedadlı  bir  döyüşçünü  Dəməşqə  göndərmişdi. 
O,  Məleyhədə  özünü  doğrultdu.  Çox  şuxtəb  və 
enerjili  idi,  yanındakıların  hamısını  mənəvi 
enerji  ilə  təmin  elədiyinə  görə  Əli  Şarji  kimi 
məşhurlaşdı.  Sakit  bir  yerə  gedəndə  bir  neçə 
dəqiqədən  sonra  oradan  gülüş  səsləri  ucalırdı. 
Çox  cəsur  oğlan  idi  və  cəsurluğu  ağıllılıqdan, 
zirəklikdən irəli gəlirdi. 


 
98 
Məleyhə əməliyyat zonası hündür binalarla və 
küçələrlə  dolu  idi,  tankların  çox  da  manevr 
imkanı  olmurdu.  Suriyanın  tank  sürücüləri 
küçələrə  girməyə  qorxurdular.  Ancaq  Əli  Şarji 
məharətlə  küçəyə  girib  bir  neçə  dəfə  atəş  açır, 
sonra  cəld  başqa  bir  küçəyə  girirdi.  Bir  dəfə 
içində  on  beş  silahlı  olan  bir  evə  o  qədər 
yaxınlaşmışdı ki, topun lüləsini pəncərədən içəri 
salıb atəş açmışdı. 
Qulamsəxi  də  artilleriya  birləşməsində  işə 
başlamışdı.  Uzaq  məsafəni  vuran  23  mm  çaplı 
top  çox  ağırdır.  Onu  maşınlara  qoyub  istifadə 
edirlər.  Bundan  ötrü  səkkiz  silinidrli  Amerika 
maşınlarına 
qədər 
müxtəlif 
nəqliyyatlar 
sınaqdan  keçirildi.  Amma  top  o  qədər  qüdrətli 
idi ki, atəş açanda güclü təkanı maşınların gövdə 
və  şassilərinə  xəsarət  yetirirdi.  Nəhayət,  bu 
sınaqdan  Toyota  Land  Cruiser  pikapı  başıuca 
çıxdı. 
Qulamsəxi  əşya  xidmətinə  gələndə  Hələbdə 
geyindiyi  forma  hələ  də  əynindəydi.  Halbuki 
yeni  forma  ala  bilərdi.  Mənimlə  hal-əhval  tutub 
deyirdi: “Daha özünə görə rəis olmusan ha!” 
Bir  neçə  günlüyə  məzuniyyətə  getmişdim. 
Qayıdanda  onun  şəhid  olduğunu  eşitdim. 


 
99 
Təəccüblənmədim. 
Hamımız 
bu 
xəbəri 
gözləyirdik.  Buna  baxmayaraq,  bir  neçə  gün 
halım  çox  pis  oldu.  Döyüş  yoldaşlarından  onun 
necə  şəhid  olduğunu  soruşdum.  Məleyhə 
əməliyyatında  23  mm  çaplı  topdan  atəş  açırmış. 
Ona  doğru  iki  tank  əleyhinə  raket  atıblar.  Birini 
topla  vurub,  amma  ikincisi  maşına  dəyib  və 
Qulamsəxi yerindəcə şəhadətə qovuşub. 


 
100 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin