و من ورائهم برزخ إلى يوم يبعثون…
Allah təala buyurmuşdur:
«Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!) Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır». 122
Ey insan! Qəbrini nurla dolduracaq saleh əməllər etməyə çalış. Quran oxu, valideynlərinin üzünə ağ olma, yetimlərin qayğısına qal, qonşuna əziyyət vermə və namazlarını vaxtında qıl.
كان عثمان بن عفان رضي الله عنه إذا وقف على قير بكى حتى يبل لحيته, فسئل عن ذلك و قيل له: تذكر الجنة و النار فلا تبكي! و تبكي إذا وقفت على قير؟ فقال : "سمعت رسول الله صلى الله عليه وسلم يقول: "إن القبر أول منازل الآخرة , فإن نجا منه فما بعده أيسر منه, و إن لم ينج منه فما بعده أشد منه"
Osman bin Affan (Allahdan ondan razı olsun!) qəbrin yanında duranda saqqalı yaş olana qədər ağlayardı. Ona bir nəfər: cənnət və cəhənnəm haqqında eşitdiyində ağlamırsan, amma qəbrin yanında duranda ağlayırsan, deyir.
Osman bin Affan cavabında, Peyğəmbərdən (s.ə.v.) belə bir hədis eşitmişəm demişdir: “Qəbir axirətin birinci mənzilidir, kim qəbirdə sorğu-sual imtahanından keçərsə, ondan sonrakı sorğu –sual daha asandır, yox kim bundan keçməzsə, sonrakı isə daha çətindir”.123
Dostları ilə paylaş: |