Ислам маарифи илә ХҮласә танышлыг



Yüklə 2,93 Mb.
səhifə18/24
tarix25.11.2018
ölçüsü2,93 Mb.
#84825
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

İMANLA ETİQADIN FƏRQLƏRİ


Elm, düşüncə və etiqad ixtiyari olaraq əldə olunmur. Onların sadə müqəddimələrinin ixtiyari olması mümkündür. Lakin müqəddimələr hazırlan-dıqdan sonra insanda istəmədən ona etiqad yaranır. İnsan qarşısında bir şəxsi görür və o şəxsin olmasına inanır, yəqin edir. Ya da ixtiyarsız olaraq, əli oda dəyir və yanır. Bununla da onda odun yandırıcı olması üçün yəqin hasil olur. İnsan istəmədən nəsə öyrənə bilər. Hətta bəzən insan nəsə bildiyi üçün narahat olur. Lakin iman əldə etmək üçün yəqin və ya gümanla olan etiqaddan əlavə qəlb də hazır olub, istəməlidir.

Sevməyi nəfsani keyfiyyət biliriksə, bu meyl və istək elm sayılmır. Bu yerdə ixtiyar ünsürü təsirlidir. Mümkündür ki, bir şəxs yəqin etdiyi halda qəbul etməsin. Qurani-Kərim fironçular barədə buyurur: İnandıqları halda, zülm, inadkarlıq təkəbbür üzündən inkar etdilər...”1

Həzrət Musanın böyük möcüzələri və ilahi ayələrini gördükdən sonra fironçular onun həqiqətən də Allahın peyğəmbəri olmasını və bu möcüzələrin Onun tərəfindən gəlməsini yəqin etdilər. Lakin inadkarlıq, zülm və təkəbbür üzündən onları inkar etdilər. Allahın peyğəmbərini sehrbaz və sehrlənmiş adlandırdılar. Onlar qəlblərində yəqin tapmışdılar, lakin iman gətirmədilər və inkar etdilər. Həzrət Musa (ə) Firona belə deyir:

Yəqin bilirsən ki, bu ayələri yerin göylərin Rəbbi nazil etmişdi...”1

Bu ayədə iki təkid (“lam” və “qəd”) işlənmişdir. Yəni, “həqiqətən” və “yəqin” bilirsən ki, bu ayələri aləmlərin Rəbbi nazil etmişdir. Buna baxmayaraq Firon belə cavab verdi:

Ey qövm böyükləri! Mən özümdən başqa heç bir kəsi sizin Allahınız bilmirəm...”2

Beləliklə, Firon iman gətirmədi. Lakin o dəryada qərq olan zaman dedi:

İman gətirdim şəhadət verirəm ki, Bəni-İsrailin iman gətirdiyi Allahdan başqa heç bir Allah yoxdur, mən Onun əmrinə təsliməm.”3

Lakin onun bu sözü çarəsizlikdən olduğu üçün qəbul edilmədi. Demək, iman məcburi müqəddimələr vasitəsi ilə hasil olmur. Onun gerçəkləşməsində ixtiyar ünsürü rol oynayır.

İmanın gerçəkləşməsi üçün yüz faiz yəqin lazım deyil. Güclü zənn ilə də iman gətirmək olar. Yəni qəlbi həmin güclü zənnə uyğunlaşdırıb, onun olmaması ehtimalına əhəmiyyət verməyərək, qəbul edirsən. Lakin elm və ya hansısa mərtəbə gümanın olmadığı yerdə iman gətirmək olmaz. İslamın əvvəllərində peyğəmbərə iman gətirən şəxslərin bir çoxu əvvəldə kamil yəqin sahibi deyildilər. Buna görə də onların bəziləri özlərində yaranmış şübhələrə görə mürtəd olub İslamdan xaric çıxırdılar. Demək, iman hansısa bir möcüzə, təmayül və etiqad nəticəsində yaranır. Etiqad güclü və zəif ola bilər. Etiqad gümandan tutmuş yəqinin ən kamil növünə kimi arta bilər. Təmayül də səthi meyldən eşqin ən üstün mərtəbəsinə qədər dəyişə bilər. Bu iki ünsür güclü və zəif olaraq iman qüvvəsinə təsir edə bilər. İnsanın mövzuya etiqad və meyli çox olarsa, həmin mövzuya olan imanın da gücü bir o qədər çox olar. Eyni zamanda təmayül və etiqadın azlığı iman gücünün zəifləməsinə səbəb olur.

Beləliklə, kamil iman kəsb etmək üçün etiqadımızı gücləndirməliyik. İman üçün daha möhkəm dəlillər tapıb, onun qəbulu üçün qəlbimizdə olan maneələri aradan götürməliyik.


ÜMMƏTLƏRİN PEYĞƏMBƏRLƏRLƏ MÜXALİFƏTLƏRİNİN SƏBƏBLƏRİ


Əksər ümmətlərin peyğəmbərlərlə müxalifətinin səbəbi peyğəmbərlərin onları məadın qəbuluna dəvət etməsi idi. Bu dəvəti qəbul etmək bəzi insanlar üçün çox çətin idi. Onlar özləri üçün tanrılar düzəldib, itaət edirdilər. Lakin həqiqi Allaha iman gətirmirdilər. Çünki tövhidi qəbul etmək üçün məadı və ölümdən sonrakı həyatı qəbul etmək lazım idi. Onlar Allahın qüdrətini məhdud bildikləri üçün öz tanrılarının onları yenidən dirildə biləcəyinə və əməllərinin nəticələrini başqa bir dünyada alacaqlarına inanmırdılar. Məad bütün insanların əməllərinin ölçülməsi, yaxşı və pis işlərin əvəzinin verilməsi mənasını daşıyır. Kafirlər güman edirdilər ki, əgər əvvəlcədən onu inkar etsələr, rahat və asudə şəkildə öz meyllərinin təmini ilə məşğul olacaqlar.

Məadın qəbulu üçün ən yaxşı yol Allahın qüdrəti haqqında düşünməkdir. O, insanları yoxdan yaratdığı kimi, bir də yenidən dirildə bilər. Qurani-Kərim buyurur:

Məgər insan elə güman edir ki, onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, biz onun barmaqlarının ucundakı xətləri (dünyada olduğu kimi) düzəltməyə qadirik! Lakin insan bundan sonra da günah etmək, pis işlər görmək ( qiyaməti danmaq) istəyir.”1


Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin