İslamda qadin hüquq sistemi Kİtab haqqinda



Yüklə 1,61 Mb.
səhifə11/34
tarix17.11.2018
ölçüsü1,61 Mb.
#82823
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

SƏKKİZİNCİ HİSSƏ

Mehriyyә vә nәfәqә (1)


Ailə münasibətləri zəminində mövcud olan qədim adətlərdən biri kişinin evlilik zamanı qadına mehriyyə verməsi idi. Yəni, kişi qadına və ya onun atasına müəyyən bir məbləğ ödəyir və evlilik müddətində qadın və uşaqlarının ehtiyaclarını ödəməyi öz öhdəsinə götürürdü. Bu adət-ənənə və sünnənin əsli hara gedib çıxır? O, necə meydana çıxaraq yaranmışdır? Mehriyyə necə müəyyən edilir? Qadına nə üçün nəfəqə vermək lazımdır? Əgər kişi və qadın özlərinin təbii və insanlıq haqlarından istifadə etmək və onlar arasında ədalətli və insani münasibətlərin hökmran olmasına nail olmaq və qadınla bir insan kimi rəfdar edilməsini istəyirlərsə, onda, mehriyyəyə və nəfəqəyə nə ehtiyac vardır? Yoxsa, mehriyyə qadının kişinin mülkiyyəti olmasını göstərən və qədimdən müəyyən edilmiş bir nişanədirmi?

Ədalət və insanların hüquq bərabərliyinin tələbi - xüsusən də, XX əsrdə - mehriyyə və nəfəqənin ləğv edilməsi, qadının öz ehtiyaclarını ödəməyi öz öhdəsinə götürməsi və uşaqların xərclərinin təmin edilməsində kişi ilə eyni səviyyədə iştirak etməsidir. Bəhsimizi mehriyyə barədə söhbətlə başlayır və onun hansı fəlsəfəyə malik olması, necə meydana gəlməsi və sosioloqların bu məsələ barədə verdikləri izahları bilmək istəyirik.

səh:173

Mehriyyәnin tarixçәsi


Eradan əvvəlki tarixi dövrlərdə, yəni insanların ibtidai icma quruluşunda qəbilə və vəhşi halda həyat sürdükləri zamanlar naməlum səbəblərdən, onlar qan qohumluğuna əsasən evlənməyi doğru hesab etmirdilər. Evlənmək istəyən cavan qəbilə üzvləri özləri üçün digər qəbillərdən qadın və məşuqə seçmək məcburiyyətində qalırdılar. Bu cəhətdən, həyat yoldaşı seçmək üçün onlar digər qəbilələrin yanına gedirdilər. Həmin zamanlarda kişi özünün funksiyasını, yəni qadınla cinsi yaxınlıqdan sonra övladın dünyaya gəlməsində təsirli rola malik olduğunu bilmirdi. Uşaqlarını qadının uşaqları kimi tanıyırdı, nəinki, öz uşaqları kimi. Övladlarının özünə oxşadığını görür, amma bu oxşarlıq səbəbinin nə olduğunu anlaya bilmirdi. Aydın məsələdir ki, uşaqlar da özlərini atalarının deyil, analarını övladı hesab edirdilər və övladlar atalarına yox, analarına nisbətdə tanınırdı. Kişilər tabe olmaz və tüfeyli kimi tanınırdılar. Onlar evlilikdən sonra - qadının onun rəfaqət və cismani qüvvəsinə ehtiyac duyduğu üçün - qadının qəbiləsində yaşamağa başlayırdılar. Bu dövrü tarixçilər “Matriarxat” (ana şahlıq) dövrü adlandırırdılar.

Kişinin övladın dünyaya gəlməsindəki öz funksiya və rolunu anlaması və uşaqların həqiqi sahibi olduğunu başa düşməsi üçün elə də uzun bir müddət keçmədi. O, qadını bu cəhətdən özünə tabe edərək ailə idarəçiliyini öz öhdəsinə götürdü və beləliklə, “Patriarxat” (ata şahlıq) dövrünün əsası qoyuldu. Bu dövrdə də qan qohumluğuna əsaslanan evlilik qəbul edilmirdi və kişilər digər qəbilələrdən qadın almaq və onları öz qəbilələrinə gətirmək məcburiyyətində qalırdılar. Həmin zamanlarda tez-tez qəbilələr arasında müharibələr baş verdiyindən, qadın almaq o qədər də asan deyildi və onlar qadınları oğurlamaq vasitəsi ilə həyat yoldaşını seçirdilər. Yəni, qəbilənin cavan üzvü nəzərdə tutduğu qadını digər qəbilədən oğurlayırdı. Zaman keçdikcə, qəbilələr arasında baş verən müharibələr sülhlə əvəz olundu və buna əsasən, bir neçə qəbilə birlikdə sülh və asayişdə yaşaya bildilər.

səh:174

Tədricən, evlənmək üçün digər qəbilələrdən qızların oğurlanması məsələsi aradan qaldırıldı və kişilər evlənmək üçün qadının atası yanında müəyyən müddət işləməklə istədikləri qızla evlənə bilir və onu öz qəbilələrinə gətirirdilər. Maddi sərvətlər artdıqca kişilər qayınatanın yanında müəyyən bir müddət işləməyi deyil, onlara bunun müqabilində layiqli hədiyyələr təqdim etməklə onun qızı ilə evlənməyi düşünürdülər. Həmin işi həyata keçirdilər və beləliklə də, “mehriyyə” məsələsi meydana çıxdı.



Bu minvalla, ilkin mərhələdə kişi qadının xidmətçisi kimi həyat sürməyə başlayırdı. Həmin dövrlərdə (Matriarxat dövründə) qadın kişi üzərində hakimiyyət və hökmdarlığa malik idi. Amma sonrakı mərhələdə (Patriarxat) hakimiyət kişinin ixtiyarına keçdiyi üçün, o, qadını digər qəbilələrdən oğurlayırdı. Üçüncü mərhələdə kişi qadınla evlənmək üçün illərlə onun atasına işləməli olurdu. Dördüncü mərhələdə kişi qadının atasına müəyyən məbləğdə peşkəş verməklə evlənirdi və bu qayda ilə mehriyyə məsələsi yaranmağa başladı.

Kişi qadının hakimiyyətini (Matriarxatı) süquta uğratdıqdan sonra öz hakimiyyətini (Patriarxatı) təsis etdi və qadın üzərində hakim olaraq ona öz cinsi ehtiyaclarını təmin edə bilən vasitə kimi, yəni şəhvət nəzərləri ilə baxmağa başladı. Qadına ictimai və iqtisadi azadlıq verilmədi. Qadının əmək fəaliyyətində əldə etdikləri məhsullar onun ya atası, ya da ərinə məxsus hesab edilirdi. Qadın özünə ər seçmək, özbaşına şəkildə iqtisadi fəaliyyət göstərmək və sərvət toplamaq ixtiyarına malik deyildi. Həqiqətdə, kişinin “mehriyyə” ünvanında və qadının xərcləri və nəfəqəsi kimi verdiyi müəyyən məbləğdəki pul və ya hədiyyələr onun evlilik müddətində qadından öz mənfəəti üçün istifadə edə bilmək müqabilində verdikləri idi.


İslami hüquq sistemindә mehriyyә


Bundan əlavə, sosioloq və cəmiyyətlə bağlı nəzər bildirənlərin onun barəsində sükut etdikləri beşinci bir mərhələ də mövcuddur. Bu mərhələdə kişi qadınla evlənən zaman onun özünə peşkəş olaraq müəyyən bir məbləğ təqdim edir ki,

səh:175


qadının valideynlərindən heç birinin onda təsərrüf etmək haqqı yoxdur. Qadın kişinin təqdim etdiyi həmin məbləği almaqla yanaşı, özünün ictimai və iqtisadi azadlıq və istiqlaliyyətini qoruyub hifz edə bilir. Birincisi, o, ata və qardaşının deyil, öz iradə və ixtiyarı ilə həyat yoldaşı seçə bilir. İkincisi, atasının evində olduğunda necədirsə, ərinin evində də o cürdür, yəni heç kəsin onu istismar etmək və öz xidmətçisinə çevirmək haqqı yoxdur. Onun əmək fəaliyyəti və zəhməti ilə əldə etdiyi sərvət başqasına deyil, özünə məxsusdur və öz hüquqi müamilələrində (ticarətində) kişinin qəyyumluğuna ehtiyac duyulmur. Qadının sadəcə bir vəzifəsi var və o, kişinin cinsi ehtiyaclarını təmin etməkdən ibarətdir və əgər kişi bunun davam etməsini istəyirsə, öz imkanı daxilində qadının bütün ehtiyaclarını təmin etməyə mükəlləf və vəzifəlidir.

Bu mərhələ İslamın qəbul etdiyi mərhələdir və evliliyin təməli həmin məsələyə əsasən müəyyən edilmişdir.

Quranda mehriyyənin başqa bir şəxsə deyi, məhz, qadının özünə aid olduğunu bildirən çoxlu sayda ayələr mövcuddur. Bu cəhətdən, kişi bütün evlilik müddətində qadının məişət ehtiyaclarını təmin etməlidir və qadının öz zəhməti ilə əldə etdiyi gəlir təkcə onun özünə məxsusdur, nəinki, ata və ya həyat yoldaşına.

Bu yerdə mehriyyə məsələsi mübahisəli məsələyə çevrilir. Belə ki, mehriyyə məsələsi qızın atasına aid olduğu zamanlarda qadın bir qul kimi kişinin evinə gedir və əri də onu istismar edirdi. Belə olan halda, mehriyyə qadını atasından almaq fəlsəfəsinə malik idi və nəfəqə və xərclərin ödənilməsi də malikin üzərində sahib olduğu şəxslə bağlı zəruriyyət təşkil edirdi. Əgər qadının atasına mehriyyənin verilməsi və ərinin də onu istismar və ondan iqtisadi mənfəət apara bilməsi nəzərdə tutulmursa, eyni zamanda, qadın kamil bir şəkildə iqtisadi azadlığa malik və hətta, hüquqi baxımdan icazə, qəyyumluq və idarə olunmağa ehtiyaclı deyilsə, mehriyyə verilib nəfəqə ödənməsi nə üçün lazımdır?



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin