İssn 2222-7849 azərbaycan miLLİ elmlər akademiyasi национальная академия наук азербайджана azerbaijan national akademy of sciences


Açar sözlər: alma (Malus Mill.), introduksiya, cücərti, toxmacar, inkişaf, kök, gövdə, yarpaq. GİRİŞ



Yüklə 9,78 Mb.
səhifə92/102
tarix10.01.2022
ölçüsü9,78 Mb.
#108169
1   ...   88   89   90   91   92   93   94   95   ...   102
Açar sözlər: alma (Malus Mill.), introduksiya, cücərti, toxmacar, inkişaf, kök, gövdə, yarpaq.
GİRİŞ
Ağac və kol bitkilərinin cücərti və toxmacarlarının bir-ikiillik inkişafı dövründə öyrənillməsi böyük praktik əhəmiyyət kəsb edir. Bir çox ağac və kol bitkiləri qələmlə olduğu kimi toxumla da çoxaldılır. Toxumla çoxaldılma zamanı toxumların yığılma vaxtı, saxlanma şəraiti, səpinin vaxtında və düzgün aparılması və s. kimi faktorlar cücərtilərin əmələ gəlməsinə təsir edir. Daha sonra isə cücərtilərin düzgün təyini və onların sonrakı inkişafı səpinin effekivliyini və bu bitkilərdən meşəsalmada, şəhərin yaşıllaşdırılmasında istifadəni əvvəlcədən müəyyən etməyə imkan verir [4].

Cücərtilər toxum rüşeymindən fərqli olaraq kök sistemi və yarpaqları ilə fəaliyyət göstərən müstəqil bitkilərdir.Toxmacarlar ilk yarpaqları, əsas və əlavə kökləri vasitəsilə qidalanaraq, yarpaqların formasına, həmçinin gövdə və köklərin xüsusiyyətlərinə görə yaşlı bitkilərdən kəskin fərqlənirlər [4].

Uyğun şərait (su, hava, istilik, bəzən işıq, bəzi sükunət dövründən sonra) olduqda toxumlar cücərməyə başlayır. Bu zaman əvvəlcə əsas kökə başlanğıc verən rüşeym kökcüyü inkişaf edir, daha sonra hipokotil və ləpəaltı dirsək uzanır, nəhayət əsas gövdəyə və epikotilə başlanğıc verən tumurcuq böyüməyə başlayır. Cücərmənin bu ardıcıllığı bioloji cəhətdən tənzimlənir. Beləliklə, cücərti kök vasitəsilə torpağa birləşir, bitkini su mineral maddələrlə təmin edir. Hipokotilin inkişafı ilə cücərtinin ilk assimiləedici orqanı olan ləpəaltı dirsəyi işıq üzü görür, bundan sonra yuxarı tumurcuq uzanır və cavan bitkinin yerüstü gövdəsinin böyümə və formalaşmasını təmin edir [4].

İ.Q. Serebyakovun qeyd etdiyinə görə, cücərtidən bitki orqanizmin sərbəst həyat yolu başlayır ki, bu da sonra yeni toxumların əmələ gəlməsinə qədər davam edir [4].



Yüklə 9,78 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin