İstiqamət kodu: İİM 010000 İqtisadiyyat


Büdcə-vergi siyasətinin gəlir və xərclərin tənzimlənməsinə təsirinin qiymətləndirilməsi



Yüklə 156,7 Kb.
səhifə17/24
tarix13.05.2022
ölçüsü156,7 Kb.
#115882
1   ...   13   14   15   16   17   18   19   20   ...   24
referat 3302 (2)

Büdcə-vergi siyasətinin gəlir və xərclərin tənzimlənməsinə təsirinin qiymətləndirilməsi

Məlum olduğu kimi ölkəmiz 20 ildən artıq bir müddət ərzində bazar iqtisadiyyatına keçid şəraitində yaşamışdır. Bu dövr ərzində bazar iqtisadiyyatı qanunlarını özundə əks etdirən 200-ə yaxın iqtisadi qanunvericilik aktı qəbul edilərək, iqtisadiyyatda müəyyən irəliləyiş əldə olunsa da, bir sıra sahələrdə problemlər qalmaqdadır. İndiki şəraitdə bu problemlərin həll edilməsi üçün dövlət müvafiq tədbirlər görərək, lazımi iqtisadi siyasət həyata keçirərək, bir sıra iqtisadi qanunlar qəbul edərək, cəmiyyətin öhdəsinə verir. Bunlarla yanaşı bir çox proqramlar meydana gəlir və müxtəlif səviyyələrdə müzakirələrə çıxarılır, lakin bu proqramların çoxu qəbul edilmir, qəbul edilənlər isə lazımi səviyyədə həyata keçirilmir. Həmin sözləri bu proqramların əsas hissəsini təşkil edən maliyyə siyasəti və onun tərkib hissəsi olan büdcə-vergi siyasəti barəsində də demək olar. Ölkədə həyata keçirilən büdcə-vergi siyasətinin lazımi, yüksək nəticə verə bilməməsinin bir çox səbəbləri vardır ki, onlardan bəziləri aşağıdakılardı.



  1. Əvvəllər Azərbaycan iqtisadiyyatı başqa ölkələrdən fərqli olaraq, dövlətin əlində cəmləşdirilmişdir. Bazar iqtisadiyyatı isə, əksinə dövlətin payının minimuma endirilməsini tələb edir;

  2. Ölkədə bazar iqtisadiyyatına keçid ciddi böhran şəraitinə düşmüşdür. əmtəə çatışmazlığı, istehsalın azalması, iqtisadi əlaqələrin pozulması, idxalın ixracı üstələməsi, sosial problemlər, kənd təsərrüfatında böhran, iqtisadiyyatın birtərəfli (neft sənayesi) inkişafı və s. kimi problemlərin olması;

  3. Respublikamızın müharibə şəraitində yaşaması və milli müdafi, hərbi xərclərin həddindən çox olması və belə şəraitdə iqtisadiyyatı normal surətdə tənzimlənməsi, idarə edilməsi çətinləşir;

  4. Proqramların olduqca zəif səviyyədə tərtib olunması, onlarda ciddi mərkəziyyət prinsiplərinin olmasıdır.

Böhranlar müəyyən məkan və zaman daxilində ölkənin daxili və xarici xüsusiyyətlərini lazımi səviyyədə nəzərə almır və buna görə də iqtisadiyyatda lazımi dəyişikliklər həyata keçirmək mümkün olmur. 1991-ci ildən bazar iqtisadiyyatına doğru irəliləyən ölkəmiz, bəzən islahatların aparılmasında, özəlləşdirmə sahəsində işlərin ləng aparılması ucbatından iqtisadiyyatda tənəzüllə qarşılayır, bəzən isə həmin sahələrdə böhran baş verir. Çox vaxt iqtisadi ədəbiyyatlarda və iqtisadi mövzulardakı çıxışlarda belə bir fikir aşılanır ki, büdcə-vergi siyasəti və maliyyə siyasəti sahəsində tez bir zamanda uğurlar qazanıla bilməz.

Hətta bəzi iqtisadçı və siyasətçilər bunun üçün, yəni iqtisadiyyatın normal hala gətirilməsi üçün bir neçə 10 il vaxt lazım olduğunu söyləyirlər. Lakin, beynəlxalq təcrübə bu fikirlərin əsassızlığını sübut edir. Məsələn, Almaniya Federativ Respublikasındakı vəziyyət araşdırsaq, belə proqnozların əsassız olduğunu görərik. Hələ müharibədən sonra burada islahatlar başlanmış, Hitlerdən qalma inzibati-amirlik sistemindən imtina olunaraq, bazar iqtisadiyyatı strukturuna keçilmişdir. Elə birinci yarım il üçün (1946-cı ilin birinci yarısı) 50%-li artıma nail olunmuşdur. Artıq növbəti ildə artım 25%-ə bərabər olmuşdur. Lakin, Azərbaycanda həyata keçirilən proqramlardakı (büdcə-vergi siyasətində) ciddi çatışmazlıqlar, boşluqlar, islahatların zəifliyi, icra mexanizminin olmaması, bazar iqtisadiyyatını prinsiplərinin tətbiqində ardıcıllığın pozulması, idarəetmə xərclərinin ildən-ilə çoxalması, kapital qoyuluşu həmçinin azalması və bəzi sahələrdəki maneələr, o cümlədən nəzarət sisteminin qeyri-təkmil inkişafı və s. məsələlər iqtisadiyyatda lazımı müvəffəqiyyət əldə etməyə imkan verməyə bilər.

Ümumiyyətlə, müasir şəraitdə dövlətin büdcə-vergi siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmək və təşkil etmək üçün, dövlət büdcəsi gəlir və xərclərinin tərkibi və quruluşu, artma, azalma tempini aydınlaşdırmaq və təhlil etmək lazımdır.

Doğrudur, iqtisadiyyatın əksər sahələrində müstəqil iqtisadi siyasət yürüdülürsə, dövlət rəsmilərinin qeyd etdiyi kimi bəzi sahələrdə isə, Beynəlxalq Valyuta Fondunun iqtisadi siyasətinə uyğun, iqtisadi siyasət həyata keçirilir.



Qeyd etdiyimiz kimi dövlətin büdcə-vergi siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmək üçün 2006-ci ildən 2013-cü ilə qədər (2013-cü ildə daxil olmaqla)dövlət büdcəsi gəlir və xərclərinin xüsusi çəkisinə nəzər yetirmək lazımdır.


Yüklə 156,7 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin