Nümunə 2.” 2006-cı ildə əhalinin içməli su ilə təminatı və kanalizasiya sisteminin tikintisinə və yenidən qurulmasına,o cümlədən su sayğaclarının quraşdırılmasına ,28 rayonda içməli su ilə təminatı və kanalizasiya sisteminin tikintisinə və yenidən qurulmasına 43.2 mln manat ayrılıb”.Burada nə qədər sayğac quraşdırıldığı,onlara sərf olunan vəsaitin həcmi,yenidən qurulan su xətlərinin,yeni çəkilən su xətlərinin,yenidən qurulan kanalizasiya xətlərinin,yeni çəkilən kanalizsiya xətlərinin uzunluğu,onların hər biri üzrə ayrılıqda çəkilən xərclərin həcmi barədə məlumatlar yoxdur.
Təhsil,səhiyyə,sosial müdafiə kimi vacib xərclərlə bağlı aralıq nəticələrə dair hesabatda səhih məlumatlat tapmaq ümumiyyətlə mükün deyil.Məsələn,təhsil xərclərinin artımı hansı aralıq nəticələrlə ölçülə bilər?Əmək haqlarının artımına təhsil üzrə məcmu xərclərin artımının hansı hissəsi yönəldilib,öz növbəsində onların hansı hissəsi pedoqoloji,nə qədər hissəsi texniki personalın məvacibinə təsir göstərib,artımın təsirinə düşən hər iki heyətin sayı,kapital yönəldiyi təhsil obyektlərinin ümumi sayı,əsaslı təmir olunan,yeni tikilən və cari təmir olunan təhsil obyektlətinin hər birinin ayrılıqda sayı,onların hər biri üzrə sərf olunan büdcə vəsaitlərinin həcmi və s.təhsil xərcləri üzrə aralıq nəticə hesab oluna bilər.Eyni qaydada səhiyyə,mədəniyyət,sosial müdafiə və təminat xərclərinin aralıq nəticələr üzrə qiymətləndirilməsi üçün məlumat bazası formalaşdırmaq mümkündür.
Hesabatda müxtəlif istiqamətlər üzrə hökumətin strateji məqsədlərinə uyğun olaraq son nəticənin qiymətləndirilməsi üçün hər hansı müqayisəli və analitik göstəricilər ümumiyyətlə təqdim olunmur.Məsələn,təhsil xərclərinin artımının orta məktəblər üzrə şagird nailiyyətlərinə təsiri bir neçə indikatorla ölçülə bilər-əvvəlki illərlə müqayisədə orta məktəbləri başa vuran məzunların hər 100 nəfər hesabı ilə ali məktəblərə qəbulunda artım baş veribmi,ölkə üzrə orta keçid balından aşağı bal toplayan məzunların ali məktəbə ərizə verən məzunların sayında xüsusi çəkisi azalıbmı, əvvəlki illərlə müqayisədə beynəlxalq test proqramlarının nəticələrinə əsasən ölkənin orta təhsilinin səviyyəsinə görə dünya ölkələri arasında reytinqində irəliləmə olubmu?yaxud içməli su təchizatı üzrə xərclər nə qədər insanın (ev təsərrüfatının,fermerin) içməli və ya suvarma suyuna əlçatanlığını təmin edibmi,yaxud onların fasiləsiz su təchizatına çıxışını təmin edib,nə qədər ev təsərrüfatının kanalizsiya xətlərinə çıxışını təmin edib?
Xərc prioritetlərinə əsasən hökumətin fəaliyyətinin qiymətləndirilməsi büdcə təhlili təcrübəsində geniş tətbiq olunur.Belə yanaşma büdcənin funksional bölmələri əsasında hökümətin ümumi və konkret fəaliyyət istiqamətlərinin qiymətləndirilməsini nəzərdə tutur.Məsələn,əgər hökumətin sosial siyasətinə qiymət vermək zərurəti yaranırsa,təhsil,səhiyyə,sosial müdafiə,idman və mədəniyyət büdcəsini,infrastruktur siyasətinə qiymət verdikdə nəqliyyat və rabitənin inkişafı ilə bağlı büdcəni təhlil etməklə mənzərini aydınlaşdırmaq mümkündür.
Hazırda qüvvədə olan qanunvericiliyə əsasən Azərbaycan dövlət büdcəsi 13 funksional bölmədən (ümumdövlət,müdafiə,məhkəmə-hüquq mühafizə,təhsil,səhiyyə,sosial müdafiə,mədəniyyət və idman,mənzil-kommunal,nəqliyyat və rabitə,kənd təsərrüfatı,sənaye və tikinti,iqtisadi fəaliyyət,əsas bölmələrə aid edilməyən xidmətlər) ibarətdir.Bu tədqiqat çərçivəsində büdcənin təhsil xərcləri üzrə səmərəlilik göstəriciləri əsasında indikatorların işlənməsi nəzərdə tutulur.
Dostları ilə paylaş: |