TÜRKMƏNİSTANIN RELYEFİ VƏ GEOLOJİ QURULUŞU
Türkmənistan - Mərkəzi Asiya düzənlik ölkədir. Demək olar ki, ərazisinin bir hissəsi əsasən Qaraqum səhrası və Turan ovalığı daxilində yerləşir. Yalnız cənubunda təpələr və orta yüksəklik dağlar uzanır. Cənubunda yerləşən Kugitanq və Kopet dağları Pamir Altay sıra dağlarının qollarıdır. Kopet dağları İranla sərhəddə yerləşir. Dəniz səviyyəsində 150-300 m yüksəkdə yerləşir. Ən cənub nöqtəsi Kuşka şəhəridir. Kiçik Balkan (777 m) və Böyük Balkanın (1881m) cənub hissəsi iki silsiləyə parçalanır. Qərbi Xəzər ovalığı ilə Kopetdağın şimalı üçün düzənlik relyef xarakterikdir.Xorasan dağ silsiləsindən şimal hissədə iki yerə ayrılan Badxız (1267m) və Karabil(984 m) təpələri Türkmənistanın cənub şərqindən şimal dağətəyi Paropamizə qadər uzanır. Ölkənin cənub şərqində yerləşən Kugitanq (3139 m) ən yüksək zirvədir. Ustyurd yaylasının cənub qərbində Krasnovodsk (308 m) yaylası yerləşir. Palçıq vulkanları əsas hissəsi Türkmənistanın qərbindədir. Xəzər ovalığının düzənlik ərazisi boyu Nebitdağ (39 m), Boy-Dağ ( 134m), Qumdağ (124 m) və.s təpəliklər yüksəlir. Cənubda Xəzər dənizinin sahillərini Qaraboğaz –qol, Krasnovodsk, Türkmənbaşı körfəzləri və Çələkən, Krasnovodsk yarımadaları əhatə edir.
Türkmənistan ərazisi cavan Alp-Himalay qırışıqlığı qurşağında yerləşir. Üç əsas tektonik zonaya bölünür: Alp orogen( Qərbi Türkmənistan çökəkliyi,Böyük Balkan ,Kopetdağ qalxması aiddir), Epigersin platforması (Turan ovalığının cənubu), Epi orogen ( Qaudak və Kugitanq vilayətləri). Turan ovalığı daxilində əasa struktur elementləri meridional istiqamətində mərkəzi Türkmənistan bölgəsində və Tuarkır-Kaplankur çökəkliyini əhatələyir. Türkmənistan ərazilərinin əhəmiyyətli bir qisimini Kopet dağlarının şimalında yerləşən graben üzərindədir. Şərq hissədə isə Mərkəzi Qaraqum və Cənubi Türkmənistanın Krasnovodsk, Murqab çökəkliyin sahəsində tektonik hərəkətlər artıb. Turan ovalığı daxilində düzənlik ərazilər üçün Trias dövrünə aid çökmə süxurlar tapılmışdır. Murqab ərazisində təxminən 1.5-2 km dərinlikdə metomorfik və çökmə süxurların birləşməsindən ibarət süxular geniş yayılıb. Kaynozoyda ərazinin səthi transqressiya və reqresiya proseslərinin təsiri nəticəsində eroziyaya uğramışdı. Qırıntı materiallarla karbonatlı dəniz birləşmələri terrigen kontinental çöküntülərin əsas hissəin təşkil edir. Təbaşir dövründə karbonat, parlaq rəngli qum, boz rəngli gil karbonat süxurları geniş yayılmışdır.
Paleogen dövründə əsasən dəniz çöküntüləri gil-karbonatlı, gil və qum yataqları geniş yayılmışdır. Neogen və Dördüncü dövrdə kompleks olaraq əsasən qərb və mərkəzi regionlarının şərqində terrigen dəniz çöküntülərindən ibarətdir. Turan ovalığının çökmə süxur laylarında əsasən böyük qaz yataqları, kömür yataqları,kaolin gilli şistləri,qeyri-metal tikinti materialları, daş və kalium duzları mövcuddur.
Alp dövrünün struktur elementləri Yura, Təbaşir və Paleogendə mövcud olan geosinklinal sahədə formalaşır. Böyük Balkan və qərb Türkmənistan 10-15km dərinlikdə əsasən yerləşən Mezozoy dövrünə aid metomorfik və maqmatik süxurlardır. Yuxarı Triasda kompleks vulkanogen çökmə birləşmələrinin inkişafı maksimuma çatır. Aşağı Yurada isə əsasən dəniz çökmə formasiyalı karbonat-terrigen tərkibi formalaşmışdır. Dağ strukturları kompleks olaraq Neogen dövründə formalaşıb. Alp dövründə üst sıra Qərbi Türkmənistan depressiyası orogenik biləşmələri təşkil edir. Dəmir və molibden filizləri,əqiq və büllur, bentonit gilləri, qeyri-metal tikinti materialları Böyük Balkan ərazisində formalaşıb. Barit və viterit yataqları,polimetal, civə,kükürd filizləri, gil və saxsı gillər, silisium, yod Kopetdağ ətrafında geniş yayılıb. Qərbi Türkmənistan hövzəsinin çöküntülərində qeyri-metal tikinti materialları,neft-qaz yataqları, brom təşkil edir. Kugitanq antiklinalında qranit növləri metamorfik kömürlü terrigen karbonat və axan süxurların vasitəsilə 5 km dərinlikdə yerləşir.
Paleogen və Neogendə çöküntü örtüyü iki struktur mərhələlərinə bölünür: 1.Yura dövrünə aid karbonat terrigen birləşmələr 2.Lagon və qırmızı qırıntı materiallarla duz əmələ gətirən birləşmələr. Lagon gips-karbonat, karbon-gil və qırmızı gil paleogen çöküntülərinə alternativ olan terigen və təbaşir karbonat çöküntüləri daha çox yayılıb. Neogen və Dördüncü dövrdə Türkmənistan ərazisi üçün müasir landşaftın əsas strukturu meydana gəldi. Paleosendə başlayan dağəmələgəlmə mərhələləri Alpda dağ struktularının formalaşması ilə başa çatdı.
Dostları ilə paylaş: |