İxtisas : Coğrafiya Qrup : 325 Tələbə


TÜRKMƏNİSTANIN ƏRAZİSİ VƏ SƏRHƏDLƏRİ



Yüklə 313,15 Kb.
səhifə2/9
tarix01.01.2022
ölçüsü313,15 Kb.
#105662
1   2   3   4   5   6   7   8   9
TÜRKMƏNİSTANIN ƏRAZİSİ VƏ SƏRHƏDLƏRİ

Xəzər dənizinin cənub-şərqində, Kopetdağın şimal yamaclarında, Turan ovalığının cənubunda yerləşən Türkmənisan Respublikası sahəsinə görə, Mərkəzi Asiyada ikinci böyük dövlətdir. O, cənub-şərqdən Əfqanıstanla, cənub və cənub-qərbdən İranla, şərqdən və şimal- şərqdən Özbəkistanla, şimal və şimal-qərbdən Qazaxıstanla, qərbdən isə Xəzər dənizi ilə həmsərhəddir. Türkmənistanın sahəsi 491.200 km2-dir. Ərazisi qərbdən şərqə 1100 km, şimaldan cənuba isə 650km uzanır. Ölkənin sərhədlərinin ümumi uzunluğu 5522 km-dir. Şimalda Qazaxıstanla sərhədin ümumi uzunluğu 379 km təşkil edir.Mangistau və Qızıl Orda vilayətləri ilə həmsərhəddir. Özbəkistanla sərhədlərin uzunluğu1621 km olub Xarəzm, Buxara , Səmərqənd, Nəvai vilayətləri ilə əhatələnib. Cənubda İranla 992 km sərhəd boyu Mazandaran, Semnan, Xorasan şəhərləri ilə həmsərhəddir. Şərqdə isə Herat, Fəryab, Bəlx, Gur əraziləri ilə 744 km məsafədə Əfqanıstanla sərhəddir. Türkmənistan ərazisi 3sahə üzrə 37 inzibati rayon, 16şəhər (11 -i respublika tabeli şəhər) və 74 məmləkətdən ibarətdir.



Türkmənistan Respublikasının paytaxtı olan Aşqabad Xəzər dənizinin şərqində İranla Türkmənistan arasında olan Kopetdağ silsiləsinin cənub ətəklərində və sərhəddən 30 kilometr içəridə yerləşir. Aşqabaq XIX əsrin sonlarına qədər Təkə Türkmənlərin Ahal Təkə adlı vahələr bölgəsində 500 çadırlı ən vacib obası olmuşdu.. Şəhər 1924-cü ildə Sovet hakimiyyəti qurulan ərəfədə Türkmın Sovet Sosialist Respublikasının paytaxtı elan olundu və 1927-ci ildə yenidən Aşqabada çevrildi.1948-ci ildə dəhşətli zəlzələ nəticəsində tamamilə dağıldı. Aşqabad daha geniş bir əraziyə köçürüldü və binaların çoxu alçaq mərtəbəli tikildi. 1991-ci ildə Sovet hakimiyyətinin dağılması ilə mütəqillik qazanan Türkmənistan Respublikasının paytaxtı olan Aşqabad bu gün sənaye,ticarət,mədəniyyət,təhsil və.s sahələrdəki irəliləməsi ilə Mərkəzi Asiyadakı başqa paytaxt şəhərlərdən öndədir.

Türkmənistan 5 vilayətə ayrılmışdır: Ahal, Balkan, Daş Oğuz, Lebap, Mari. Əsas şəhərləri Aşqabad, Mərv, Türkmənbaşı, Daş Oğuz, Kərki, Ürgənçdir.


Yüklə 313,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin