Beşinci prinsip. Pul siyasətinin əsas istiqamətləri təsbit edilir ikən, Mərkəzi Bank müxtəlif orqanlarlarla, o cümlədən. Maliyyə nəzarət palatası, maliyyə nazirliyi, iqtisadi inkişaf nazirliyinin təklif və tövsiyələrini nəzərə almalıdır. Ancaq, sön söz pul siyasətini həyata keçirən orqan kimi Mərkəzi Bankın olmalıdır.
Altıncı prinsip. Bu yurisdiksiyada seçilmiş institusional modeldən asılı olmayaraq, pul siyasətinin məqsədləri və vəzifələri qanunvericilikdə dəqiq və birmənalı müəyyən edilməli, habelə Mərkəzi Bankın cəmiyyət qarşısında hesabatlılığının forma və tezliyi də qeyd edilməlidir.
Pul siyasətinin maliyyə təhlükəzliyinin təmin edilməsində mandatının dəqiq və birmənalı müəyyən edildikdə, o, öz qərarı (sistemli risk amillərinin təhlükəliliyinin qiymətləndirilməsi) əsasında qeyri-populyar tədbirlər həyata keçirə bilir. Belə olduqda, o, ona böyük təzyiq göstərildiyi və prudensial tədbirlərin yumşaldılması və iqtisadi artımın kredit ekspansiyası vasitəsilə həvəsləndirilməsi tələblərinin sayı artdığı zaman, yəni işgüzar tsiklin əvvəlində müqaviməti (o cümlədən, siyasi) dəf edə bilir.
Digər tərəfdən, pul siyasətinin məqsədləri qanunvericilikdə kifayət qədər geniş təsbit olunmalıdır ki, sistemli risk amillərinin və maliyyə vasitəçilərinin biznes modellərinin təkamülünə cavab olaraq görülən tədbirlərin zəruri çevikliyi məhdudlaşdırılmasın.
Monetar orqana geniş səlahiyyətlərin verilməsi ilə yanaşı ona qarşı cəmiyyət qarşısında yüksək hesabatlılıq və mütəmadi kommunikasiyalar qurmaq tələbləri də irəli sürülməlidir.
Dostları ilə paylaş: |