Təsnifat meyarı
|
Tədbir növü
|
Istifadə olunan alətlər
|
Reallaşdırma məqsədləri
|
Likvidliyin artırılması
|
Rezerv tələblərin azalması
Depozit sövdələşmələri
REPO əməliyyatları
Kreditləşmə
“Problemli” borcların geri alınması
|
Gerçək sektorun kreditləşməsinin stimmullaşdırılması
|
Uçot stavkalarının dəyişdirilməsi
Bankların “şərti” kreditləşməsi
|
Milli valyutanın möhkəmləndirilməsi
|
Valyuta alışı həcminin məhdudlaşdırılması
Açıq valyuta mövqeyinin ölçüsünə nəzarət
|
Təsir dövrü
|
Qısa dövr
|
“Problemli” borcların geri alınması, Bank səhmlərinin əldə edilməsi, Top-menecerlərin əmək haqqlarına nəzarət
|
Uzumüddətli dövr
|
Bank sahəsinin nizamlanmasının gücləndirilməsi
|
Istifadə olunan alətlər
|
Klassik
|
Uçot stavkalarının dəyişdirilməsi
Valyuta siyasəti
|
Qeyri-ordinar
|
Girovsuz kreditlərin verilməsi
Səhmlərin əldə edilməsi
|
Ölkələrin Mərkəzi Banklarının qərarlarının uzlaşdırılması
|
Koordinasiya edilmiş
|
Uçot stavkalarının azaldılması (Aİ ölkələri, Böyük Britaniya, ABŞ) Maliyyə bazarlarında investisiyalar
|
Fərdi
|
Kuratorluq (müşahidəçilər) institutunun tətbiq edilməsi
Bank səhmlərinin əldə edilməsi
Problemli bankların aktivlərinin digər maliyyə institutlarına ötürülməsi
|
Qanunların təshih edilməsi
|
Qanunverici düzəlişlərə ehtiyacı olanlar
|
Problemli bankların səhmlərinin geri alınması
Girovsuz kreditlərin verilməsi
|
Qanun dəyişikliyi olmadan həyata keirilənlər
|
Valyuta alışının həcminin məhdudlaşdırılması
|
Pul siyasətinin təsir alətlərini tətbiq edərkən aşağıdakıalr nəzərə alınmalıdır:
- maliyyə təsisatlarının kapitallaşma səviyyəsi;
- maliyyə bazarının ayrı-ayrı seqmentləri arasındakı qarşılıqlı əlaqələr;
- maliyyə bazarı iştirakçıları tərəfindən tənzimləyici arbitraj aparılması imkanları;
- bazarın iştirakçıları tərəfindən tətbiq olunan pul siyasəti tətbiqində dərk edilmə dərəcəsi.
Reallaşdırılma məqsədlərindən asılı olaraq pul siyasətinin tədbirlərini bir biri ilə qarşılıqlı əlaqəli üç qrupa ayırmaq olar. Bu tədbirlər: Bank sektorununu likvidliyinin artırılması üzrə; real sektorun kreditləşməsinin stimullaşdırılması üzrə; milli valyutanın möhkəmləndirilməsi üzrə.
Bank sisteminin möhkəmləndirilməsi tədbirləri sistemində Mərkəzi Bank tərəfindən 10 dekabr 2012-ci il tarixindən qiymət və maliyyə stabilliyinin saxlanılması çərçivəsində uçot dərəcəsinin 5,25%-dən 5%-dək azaldılmasını da nəzərdən keçirmək lazımdır. AMB-nın belə addımı kommersiya bankları resurslarının artırılmasını asanlaşdırdı və kredit ekspansiyanı genişləndirdi. Öz növbəsində, bu, növbəti ildə kredit faiz dərəcələrinin azalmasına gətirib çıxarmalıdır: faiz dərəcəsi nə qədər aşağıdırsa, bank kreditminin dəyəri də bir o qədər aşağı olur, borcalmanın ucuzluğu isə iqtisadiyyatın yüksəlməsinə xidmət edir.
Azərbaycanda pul siyasətinin səmərəliliyini və ümumilikdə bank sisteminin tənzimlənməsi sahəsindəki operativliyi gücləndirən tədbirlər həyata keçirilmiş, o cümlədən «Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında» Qanundakı dəyişikliklər və əlavələr buna xidmət etmişdir.
Maliyyə qloballaşması şəraitində artan risklər maliyyə nizamlayıcıların fəaliyyətini xeyli çətinləşdirdilər, onların qarşısına maliyyə instiitutlarına nəzarət sahəsində beynəlxalq kooperasiyanı tələb edən məsələlər qoydular. Bank sahəsində ((hansı ki maliyyə fəaliyyətinin digər sahələrindən fərqli olaraq, sistemli risklərin yaranması təhlükəsi ilə daha çox əlaqəlidir) kredit institutlarının fəaliyyətində yaranan risklərin nizamlanması və nəzarətinə dair yanaşmaların yenidən baxılması tələb olunur. Dövlət tərəfindən nizamlamanı nəinki gücləndirmək, həmçinin kkredit təkkilatlarının risklərinin idarəedilməsi və nəzarətinin bazar-oriyentasiya metodlarından istifadə etmək lazımdır. Bank nəzarəti orqanları fəaliyyətin üslubunu və metodlarını yenidən qurmağa, onun operativliyini kəskin qaldırmağa, təşkilati strukturu, biznes-prosesləri optimallaşdırmağa, və texnologiyaları təkmilləşdirməyə məcburdur.
Dünya təcrübəsinə əsaslanaraq, maliyyə təhlükəzliyinin təminatı çərçivəsində pul siyasəti işləyib həyata keçirərkən aşağıdakı prinsipləri rəhbər tutmağı məqsədəuyğun hesab edik.
Dostları ilə paylaş: |