Müdafiəyə çıxarılan əsas müddəalar. 1. Qədim türk etnoslarının aborigenliyinin elmi dəlillər əsasında sübuta yetirilməsi.
2. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində mövcud olan etnotoponimlərin əksəriyyətinin dil baxımdan türk mənşəli olması və qədim türk tayfalarının adlarını əks etdirməsi.
3. Etnotoponimlərin komponentlərinin türk tayfalarının adları, relyef bildirən sözlər, metaforikləşmiş vahidlər əsasında formalaşması.
4. Ərazinin türk mənşəli etnotoponimlərinin mənaca etnooykonim, etnooronim, etnohidronim kimi qruplaşdırılması.
5. Gürcüstanın türkmənşəli etnotoponimlərinin mənbələrdə əksinin göstərilməsi və gürcüləşdirmə siyasətinin müəyyənləşdirilməsi.
6. Ərazinin türkmənşəli etnotoponimlərinin qrammatik baxımdan leksik-semantik, morfoloji və sintaktik üsullarla formalaşması.
Dostları ilə paylaş: |