İxtisas: 5710. 01 – Türk dilləri



Yüklə 72,7 Kb.
səhifə5/17
tarix10.01.2022
ölçüsü72,7 Kb.
#107748
1   2   3   4   5   6   7   8   9   ...   17
Tədqiqatın metodu. Gürcüstan ərazisində mövcud olan türk mənşəli etnotoponimlərin araşdırılması prosesində linqvistik tədqiqatların başlıca metodlarından, təsviri metoddan, həmçinin araşdırmanın xarakteri ilə bağlı tipoloji metodlardan, digər elmi-tədqiqat üsullarından – sistemləşdirmə, qarşılaşdırma və statistik üsullardan istifadə olunmuşdur.

Dissertasiyanın elmi yeniliyi. Gürcüstan ərazisindəki etnooykonimlər, etnooronimlər, etnohidronimlər ilk dəfə olaraq monoqrafik şəkildə tarixi-linqvistik aspektdən tədqiq olunmuşdur. Həmin etnotoponimlərin formalaşmasında müxtəlif türk tayfa adlarının rolu, ekstralinqvistik faktorların müəyyənləşdirilməsi, areal xüsusiyyətlərinin üzə çıxarılması, gürcüləşdirmə siyasətinin səbəblərinin aydınlaşdırılması, etnotoponimlərin leksik-semantik, morfoloji, sintaktik xüsusiyyətlərinin dəqiqləşdirilməsi, həmçinin bəzi etnotoponimlərin etimologiyasının ilk dəfə olaraq araşdırılması dissertasiyanın elmi yeniliklərindən hesab edilməlidir.


Yüklə 72,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin