İxtisas: İSM
Kurs: I
Fənn: Ana dili
Mövzu 9: Neologizmlər
Ədəbiyyat
1. A.Qurbanov.Müasir Azərbaycan ədəbi dili.B.2003
2. Müasir Azərbaycan dili 1.hissə B.2007
3. N.Abdulzadə.Azərbaycan dili (milli kurrikulum)
4. H.Həsənov.Müasir Azərbaycan dilinin leksikası B.1988
5. S.Cəfərov.Müasir Azərbaycan dili B.1982
6.B. Xəlilov. Müasir Azərbaycan dilinin leksikologiyası.B, 2008.
Müəllim: Şəhla Fətəliyeva FeehlaHYPERLINK "mailto:Feehla@gmail.com"@gmail.com
Dildə müəyyən mənalı vahid kimi əmələ gəlmiş, yeni əşya və hadisələri adlandıran, öz yeniliyini və təzəliyini hiss etdirən və hələ dilin aktiv leksikasına daxil olmamış sözlərə neologizmlər deyilir. Neologizm qədim yunan sözü olub(yunanca neos-yeni, loqos-anlayış deməkdir)mənası “yeni” deməkdir.
Bunların yeniliyi dilin müasir dövrünün son 5-10 ili ilə ölçülür. Yeni sözlərin yeniliyi obyektivdir. Sözün yeniliyi və təzəliyi dövrə görə müəyyənləşir, müəyyən dövrlə əlaqədar hadisə kimi başa düşülməlidir. Buna görə də “yeni söz” anlayışı nisbidir. “yeni” termini 3 müxtəlif söz qrupuna bölünür. 1. yeni ədəbi sözlər, 2. ədəbi dilə daxil olmayan yeni sözlər: a)xüsusi terminlər, b) loru sözlər, professionalizm, jarqonizm. 3. yeni okkazional sözlər.
Yeni ədəbi sözlər sistem səciyyəlidir, dildə müntəzəm törədilir. Yeni sözlər dilin lüğət tərkibinə keçən kimi onun əsas ən işlək hissəsinə düşmür. Neologizmlərin hamısı yox, müəyyən qismi dilin leksikasını zənginləşdirməyə xidmət edir. Dilin qayda qanunları əsasında yaranmış, vaxtı çatmış nominativ və üslubi tələblərə cavab verə bilən neologizmlər dilin lüğət tərkibini zənginləşdirə bilər. Bu tələbləri ödəyə bilməyən yeni sözlər ümumxalq dilindən kənarda qalır.
Dilimizin lüğət tərkibinin yeni sözlər hesabına zənginləşməsi aşağıdakı mənbələrə əsaslanır.
Ana dilinin öz imkanları hesabına
Alınma mənşəli neologizmlərin mənimsənilməsi
Köhnə sözlərin yeni məna kəsb etməsi
Yazıçıların yaratdıqları yeni sözlər
Mövcud olan sözlərin ayrı- ayrı mənalarının müstəqil sözə- omonimə çevrilməsi nəticəsində yaranması
Söz yaratma üsulları ilə əmələ gəlməsi
Neologizmləri həm işlənmə dairəsinə, həm də yaradılmasına görə təsnif etmək olar. Işlənmə dairəsinə görə xüsusi və ümumi olur. Ümumi neologizmlərin işlənmə dairəsi genişdir.
Xüsusi neologizmlərin işlənməsi isə məhduddur. Neologizmlər yaranmasına görə 2 qrupa ayrılır. Ümumi və fərdi. Ümumi və fərdi neologizmlər ümumxalq dilinin sözyaratma imkanına əsasən morfoloji və sintaktik vasitələrə yaranır. Onların fərqli xüsusiyyətləri də var.
1. Ümumi neologizmlər yeni anlayışları, hadisələri adlandırmaq, fərdi neologizmlər müəyyən üslubi məqsəd ilə yaradılır.
2.Ümumi neologizmlər müəyyən təlabata uyğun olaraq, ümumxalq dili xəzinəsi əsasında yaradılır, fərdi neologizmlər isə ayrı- ayrı yazıçı və şairlər tərəfindən yaranır.
3. Ümumi neologizmlər get- gedə öz yeniliyini itirir, ümumişlək sözlərə çevrilir, fərdi neologizmlər isə həmişə yeniliyini saxlayır.
Fərdi neologizmi yaradan müəlliflərdən 2 əsas şərti gözləmək tələb olunur.
1) Yaratdıqları yeni sözlərin aydın, anlaşıqlı olması və onların mənalarının oxuculara tez çatması; 2) yeni sözlərin dildə mövcud modellər əsasında yaradılması. Yeni sözlərin bir kökü də okkarional sözlərdir. Bu sözlər fərdi, xüsusi, üslubi neologizmlərdir. Okkariolizimlər 3 yolla yaranır: 1) leksik 2) morfoloji 3) sintaktik.
Neologizmlərin növləri: 1) Leksik neologizmlər dildə mövcud olan sözlər əsasında yaranır.2) Semantik neologizmlər- dildə olan sözlərin yeni məna bildirməsi hesabına yaranır. Yeni sözlərlə əlaqədar müşahidələr göstərir ki, müxtəlif sahələrə aid yeni sözlərlə adlandırması öz əksini daha geniş və sistematik şəkildə dövrü mətbuatda tapır. Dövrü mətbuat həyatın müxtəlif sahələrini əks etdirən əşya və hadisələrin yeni sözlərlə adlandırmasını göstərən ən kütləvi kommunasiya vasitələrdən biridir. Hər hansı bir dildə yaranan neologizmlər ya başqa dillərdən sözalma, ya dilin öz sözyaratma imkanına, ya da köhnələrin əsasında yaranaraq dildə mövcud olan vahidlərlə birlikdə yaşayır və bir- birinə təsir göstərir. Dildə müvcud olan “köhnə” sözün yeni məna ifadə etməsi üçün o ya öz mənasını dəyişməli, ya başqa sözlərin sinonimi kimi qalmalı, ya da arxaikləşmişdir. Alınma sözlər əvvəl yeni söz kimi qəbul edilir, sonralar adi, işlək sözlər sırasına keçir.
Dilimizin lüğət tərkibinə müxtəlif dövrlərdən başlayaraq daxil olmuş yeni sözlər həmişə neologizm olaraq qalmır. Zaman keçdikcə işlənmə məqamından, nə zaman meydana gəlməsindən, anlaşılma dərəcəsindən asılı olaraq yeni sözlər get- gedə dəyişilir. Neologizmlərin hamısı yox, müəyyən qismi dilin leksikasını zənginləşdirməyə xidmət edir. Dilin qayda- qanunları əsasında yaranmış, vaxtı çatmış nominativ və üslubi tələblərə cavab verə bilən neologizmlər dilin lüğət tərkibini zənginləşdirə bilər. Bu tələblərə cavab verməyən yeni sözlər ümumxalq dilindən kənarda qalır. Dildə mənimsənilərkən möhkəmlənən yeni sözlər müxtəlif lüğətlərdə qəbul olunur. Lüğətdə yeni sözlərin qeydə alınması onların dildə möhkəmlənməsindən bir neçə il sonra olur
|