İxtisas: Jurnalistika Fənn: Jurnalistin nitq mədəniyyəti



Yüklə 33,12 Kb.
tarix30.05.2018
ölçüsü33,12 Kb.
#52095

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

YEKUN BURAXILIŞ DÖVLƏT ATTESTASİYASI SUALLARI

2016-2017-ci TƏDRİS İLİ ÜÇÜN
Kafedra: Azərbaycan dili və ədəbiyyatı

Fakültə: Filologiya və jurnalistika

İxtisas: Jurnalistika

Fənn: Jurnalistin nitq mədəniyyəti



  1. “Jurnaistin nitq mədəniyyəti” kursu nədən bəhs edir?

  2. İnsanlara məxsus ümumi mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindən biri kimi nitq mədəniyyəti anlayışının mahiyyət və vəzifələri nədir?

  3. “Jurnalist”, “nitq” və “mədəniyyət” sözlərinin etmologiyası nədir?

  4. Natiqlik sənəti nədir və natiqlik sənətinin tarixi necə formalaşmışdır?

  5. Nitqin yaranma prosesi necə baş vermişdir?

  6. Nitqin tərifi necədir və hansı düsturla ifadə olunur?

  7. Dünya və Azərbaycan nitq mədəniyyətinin oxşar və fərqli cəhətlər nədən ibarətdir?

  8. Nitq və nitq mədəniyyəti anlayışları jurnalistika prizmasında necə əks olunur?

  9. Qüsursuz nitq üçün vacib olan şərtlər hansılardır?

  10. Jurnalistin nitq mədəniyətinin birinci şərti hansıdır?

  11. Jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanı vacibdirmi?

  12. Jurnalistin nitq mədəniyyətinin məntiqi əsaslarına nələr daxildir?

  13. Məntiq elmi ilə jurnalistin nitq mədəniyyəti arasında hansı bağlılıqlar vardır?

  14. Dilin lüğət fondu, qrammatik quruluşu, fonetik sistemi ilə təşəkkül tapmış ünsiyyət vasitəsidir dedikdə nə nəzərdə tutulur?

  15. Məntiqi vurğu nəyə deyilir?

  16. Jurnalistika yazılarında söz sırasına riayət etmək üçün hansı qaydalara əməl olunmalıdır?

  17. Məntiqi vurğu, söz sırası, feli sifətin zamanları, məntiq qanunları və jurnalistika arasında nə kimi əlaqə var?

  18. Mədəni nitqə verilən başlıca tələblər hansılardır?

  19. Natiqlik praktikasında nitqin diskusiya baxımından aydınlığı və düzgünlüyü necə tənzimlənir?

  20. Nitqi tamamlayan ifadəli hərəkətlərin (jestlər, mimikalar pozalar və digər hərəkətlər) nə kimi üstünlüyü var?

  21. Feli sifətin zamanları hansılardır?

  22. Feli sifət şəkilçilərinin yanlış işlədiyi məqamlar hansılardır?

  23. Formal məntiqin hansı qanunları vardır?

  24. Məntiq qanunları ilə jurnalistikanı bağlayan amillər hansılardır?

  25. Məntiqin eyniyyət qanunun mahiyyəti nədir?

  26. Məntiqin ziddiyyətsizlik qanunun mahiyyəti nədir?

  27. Məntiqin üçüncünü-istisna qanunun mahiyyəti nədir?

  28. Məntiqin kafi-əsas qanunun mahiyyəti nədir?

  29. Jurnalistikada məntiq qanunlarına riayət etmək nəyə görə vacibdir?

  30. Azərbaycan türkcəsində linqvistik-publisistik təsirlərin yaranmasına rus dilinin hansı təsirləri olmuşdur?

  31. Jurnalistin nitq mədəniyyətində “hansı ki”, “hərçənd ki”, “baxmayaraq ki” bağlayıcılarına münasibət necədir?

  32. Avropa dillərindən rus dili vasitəsilə azərbaycan türkcəsinə keçmiş şəxs soyadlarının deyiliş və yazılışındakı yanlışlıqlar hansılardır?

  33. “-ov(-ova”, “yev(-yeva) soyad sonluqlarında hansı yanlış məqamlar var?

  34. Nisbi sifətlərin tərcüməsində hansı yanlışlıqlara yol verilir?

  35. Pleonazmlar nəyə deyilir?

  36. Kütləvi informasiya vasitəlrində tez-tez hansı pleonazmlara rast gəlinir?

  37. Jurnalistin nitq mədəniyyəti ilə söz yaradıcılığı arasındakı bağlılığın mahiyyəti nədir?

  38. Söz yaradıcılığını zəruri edən əsas amil hansıdır?

  39. Leksik yolla söz yaradıcılığı dedikdə nə başa düşülür?

  40. Qrammatik yolla söz yaradıcılığı dedikdə nə başa düşülür?

  41. Orfoqrafiya nədən bəhs edir?

  42. Azərbaycan dilinə dair hansı orfoqrafiya qaydaları mövcud olmuşdur?

  43. Azərbaycan dilinə dair hansı orfoqrafiya lüğətləri tərtib edilmişdir?

  44. Qüvvədə olan orfoqrafiya qaydaları ilə orfoqrafiya lüğəti arasındakı uyğunsuzluqlar hansılardır?

  45. KİV-də orfoqrafiya qaydalarının pozulmasına dair hansı hallar baş vermişdir?

  46. Dil və nitq arasında oxşar və fərqli cəhətlər nələrdir?

  47. Monoloji nitqin quruluş sxemi və xüsusiyyətlərinə görə fərqlənən növləri hansılardır?

  48. Orfoqrafiya qaydalarının verilməsinə dair hansı təkliflər verilmişdir?

  49. Audial və audiovizual nitq mədəniyyətinin əsaslarına nələr daxildir?

  50. Audial nitqin özəllikləri hansılardır?

  51. Radioda söz seçimi necə olmalıdır?

  52. Audial və audiovizual nitqlərdə kontrapunkt dedikdə nə başa düşülür?

  53. Danışıq texnikası necə olmalıdır?

  54. Audial və audiovizual nitqlərdə köməkçi ifadə vasitələrinə nələr daxildir?

  55. Orfoepiya nə deməkdir?

  56. Prof. A.M. Peşkovskinin ədəbi danışıq barəsindəki fikrinin audial və audiovizual nitqlərə tətbiqinin mahiyyəti nədir?

  57. Audial və audiovizual nitqlərdə köməkçi ifadə vasitələri hansılardır?

  58. Şifahi nitqin üslublarının audial və audiovizual nitqlərə tətbiqinin mahiyyəti nədir?

  59. Lüğəvi şəraitdə tələffüz dedikdə nə başa düşülür?

  60. Qrafik şəraitdə tələffüz dedikdə nə başa düşülür?

  61. Qrammatik şəraitdə tələffüz dedikdə nə başa düşülür?

  62. Mədəni nitqə yiyələnmək üçün nitqin üslubi cəhətdən düzgün qurulması nə üçün vacibdir?

  63. Nitqin etik məsələləri nələrdir?

  64. Nitqin hansı növləri və formaları var?

  65. Azərbaycan(türk) dilinin inkişafında hansı proseslər izlənilmişdir?

  66. Dövlət dilinin tətbiqi işinin təkmilləşirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında nədən bəhs olunur? (18 iyun 2001-ci il )

  67. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının (23 may 2012-ci il) mahiyyəti necədir?

  68. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsində və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramında (9 aprel 2013) nədən söz açılır?

  69. Nitqin aydınlığı, yığcamlığı, təmizliyi , düzgünlüyü, zənginliyi, sadəliyi, orijinallığı, münasibliyi və rabitəliliyi dedikdə nə nəzərdə tutulur?

  70. Hansı müraciət formaları var?

  71. Nitq mədəniyyəti, mədəni nitq və dil mədəniyəti arasında münasibətlər necədir?

  72. Bir-biri ilə dialektik vəhdətdə olan dil və nitq arasındakı fərqlər nələrdir?

  73. Azərbaycan dilinin dövlət dili statusu nə zaman baş vermişdir?

  74. Nitqin fərdi, yoxsa ümumi hadisə olması ilə bağlı müzakirələr hansı nəticəni vermişdir?

  75. İfadəli hərəkətlərdən istifadəyə hansı hallarda məhdudiyyət qoyula bilər?

  76. Nitqin təmizliyinə xələl gəlməsi üçün mövcud olan səbəblər nələrdir?

  77. Nitq üçün emosionallıq, poetik və potensial obrazlılıq nədir?

  78. Nitq mədəniyyəti və üslubiyyatın tədqiqat obyektləri nələrdir?

  79. Rəsmi kargüzarlıq üslubu nümunələri hansılardır?

  80. Nitqi dinləmək bacarığına yiyələnmək nə üçün vacibdir?

  81. Nitq- fikirlə həmin fikiri ifadə etmək üçün zəruri olan dil vahidlərinin vəhdətindən yaranmış idrak (qavrayış) obyektidir dedikdə nə nəzərdə tutulur?

  82. Fikiri düzgün çatdırmaq üçün müvafiq dil vahidləri uğurla necə müəyyən olunur?

  83. Vizual nitqdə məntiqi vurğunu nəzərə çarpdırmaq üçün istifadə olunan üsullar hansılardır?

  84. Televiziya yayımı işində proqramlar necə təşkil olunur və onların tamaşaçıya təsiri necədir?

  85. Jurnalistikanın sosial funksiyalarının ictimai şüura təsirində nə kimi rolu var?

  86. Aparıcının sənətkarlıq göstəricilərinin təhlil metodologiyası və jurnalistin nitq mədəniyyəti arasında əlaqə nədir?

  87. Studiya diskussiyalarının təşkili və doğru üslub seçimi necə olur?

  88. Jurnalist kadrların hazırlanmasında nitq mədəniyyətinin rolu və vacibliyi nədən ibarətdir?

  89. KİV-in tipi və onun üsluba təsiri nədir?

  90. TV sahəsində dilin tətbiqi necə olmalıdır?

  91. Rəsmi qəzetlərin dili və üslubu necədir?

  92. Müasir dilimizdə elmi-texniki, ictimai-siyasi və s. məzmunlu mürəkkəb sözlərin əmələ gəlməsində rol oynayan kalka üsulu nədir?

  93. Ziyalıların öz fikir və ideyalarını mətbuat vasitəsilə yaymaları, anadilli mətbuatın inkişafına necə təsir göstərmişdir?

  94. İctimai-məişət natiqliyi və akademik natiqlik nədir?

  95. Rəy söyləmək, münasibət bildirmək, məsləhət vermək və mühakimə yürütmək tərzi nitqin etik qaydaları ilə nə üçün bağlıdır?

  96. Nitqdə eyni dil ünsürlərinin təkrarlanması, eyni cümlə konstruksiyalarının və formalarının verilməsi mümkündürmü?

  97. Bədii nitqin dəqiqliyini tənzimləyən keyfiyyətlər hansılardır?

  98. Dildəki yenilikləri əks etdirmə tezliyinə görə KİV-lərin fəaliyyəti necə tənzimlənir?

  99. Dilin üslub normaları hansılardır?

  100. Şifahi və yazılı nitqin oxşar və fərqli xüsusiyyətləri hansılardır?



Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri: prof. F.R.Səfiyeva
Yüklə 33,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin