İxtisas: Kitabxanacılıq və informasiya Kurs: II mövzu: azərbaycanin göRKƏMLİ Sİyasi DÖVLƏt xadiMLƏRİ ƏSƏRLƏRİNİn nəŞRİ və biblioqrafiyasi plan


Mühazirə 5 DİLÇİLİK və TARİX ELMİNƏ DAİR ƏDƏBİYYATIN



Yüklə 66,85 Kb.
səhifə6/9
tarix10.01.2022
ölçüsü66,85 Kb.
#106114
növüDərs
1   2   3   4   5   6   7   8   9
Mühazirə 5

DİLÇİLİK və TARİX ELMİNƏ DAİR ƏDƏBİYYATIN

BİBLİOQRAFİYASI
Plan: 1“Azərbaycan Xalq Cümhuriyyəti – 90” (1918-1920) adlı

biblioqrafik göstərici

2“Azərbayan səfəvişünaslığının banisi. Oqtay Əfəndiyev – 80”

adlı biblioqrafik vəsait

Ədəbiyyat: S.A.Sadıqova. Sosial-siyasi ədəbiyyatın biblioqrafiyası.

Dərs vəsaiti. B., “Bakı Universiteti”, 2010, 126 s.
Dilçilik Sosial-siyasi elmin tərkib hissələrindən biri olmaqla çox geniş sahələrindən biridir. Dilçilik elmi ayrı-ayrı tədqiqat müəssisələrində tədqiq edilib öyrənilir və geniş şəkildə tədris olunur. Dilçilik üzrə ədəbiyyatın nəşri və inkişafı da respublikamızın ən böyük aparıcı elmi müəssisələrdən birisi Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu hesab olunur. Bu institut Azərbaycanda dilçiliyin ayrı-ayrı sahələri üzrə tədris və elmi ədəbiyyatın nəşri sahəsində çox böyük elmi tədqiqat işləri aparır. Dilçilik müstəqil bir fənn olmaqla müvafiq universitetlərin fakültələrində geniş şəkildə tədris olunur.

Azərbaycan dilinin tədrisi ildən-ilə təkmilləşmiş və müstəqillik şəraitində onun rolu çox artmışdır. Hal-hazırda Azərbaycan dili dövlət dili hesab olunur. Ona görə də respublikamızın müstəqilliyə qədəm qoyduğu dövrdə respublika hökuməti Azərbaycan dilinin inkişafına ədəbiyyat nəşrinə artıq elmi müəssisələrdə Azərbaycan dilində danışığa xüsusi əhəmiyyət verir. Ona görə də Azərbaycan dilinin müstəqillik dövrünə kimi öyrənilməsində ədəbiyyatın çox böyük rolu var.

Dilçilik üzrə ədəbiyyatın biblioqrafik göstəriciləri nəşrlər sistemində xüsusi yer tutur. Məsələn,Azərbaycan Ensiklopediyasının III cildində “Dilçilik” bölməsi verilmişdir. Bu bölmə daxilində dilçilik sahəsində fəaliyyət göstərmiş alimlər haqqında, dilçilik institutu haqqında, dilçiliyə dair ədəbiyyat nəşri haqqinda yazılar verilmuş və bu yazılarda oxuculara lazım olan biblioqrafik xarakterli məlumatlar çatdırılmışdır. Ona görə də ensiklopediya oxucu sorğularının ödənilməsində mühüm əhəmiyyətə malikdir.

Ümumi xarakterli biblioqrafik göstəricilərdən “Azərbaycan EA nəşrlərinin biblioqrafiyası” da mühüm biblioqrafik mənbə hesab olunur. Akademiyanın Nəsimi adına dilçilik institutunun nəşrləri haqqında biblioqrafik məlumatları bu biblioqrafik göstəricidə verilmiş dilçilik bölməsində öyrənmək olur. Bu mənbələrlə yanaşı dilçilik üzrə ədəbiyyatın elmi-köməkçi biblioqrafiyası sistem halında verilmişdir. Dilçilik üzrə ədəbiyyatın biblioqrafiyasının yaradılmasında dilçi alimlərimizin fəaliyyəti təqdirəlayiqdir. Məsələn, Akademiyanın dilçilik institutunda uzun müddət fəaliyyət göstərmiş prof. Şəmsəddin Sədiyevin fəaliyyəti xüsusu yer tutur.

Şəmsəddin Sədiyev Azərbaycan dilinin ən tanınmış tədqiqatçılarından olmuşdur. O apardığı tədqiqatların, ədəbiyyat axtarışı, dilçiliyə dair müxtəlif xarakterli biblioqrafik göstəricilərin, lüğətlərin yaranmasında çox böyük əmək sərf etmişdir.

Şəmsəddin Sədiyev 1960-cı ildə çap etdirdiyi “Azərbaycan dilçiliyinin biblioqrafiyası” adlı biblioqrafik göstərici 1920-ci ildən 1960-cı ilə qədərAzərbaycan dilçiliyinə aid ədəbiyyatın biblioqrafik mənbəyi hesab olunur. Ş.Sədiyev dilçiliyin ayrı-ayrı sahələri üzrə ədəbiyyatı quruplaşdırarkən dilçiliyə aid tələbatçıların sorğularının ödənilməsi və bu məqsədlə biblioqrafık bölmələrin məntiqi ardıcıllıqla verilməsinə xüsusi diqqət yetirilir. Onun biblioqrafık göstəricisi Azərbaycan dilçilik tarixinin öyrənilməsində mühüm biblioqrafik mənbə hesab olunur.

1981-ci ildə Ş.Sədiyevin tərtib etdiyi (1981) “Dilçilik” adlı biblioqrafiya “Elm” nəşriyyatı tərəfindən çap olunmuşdur. Ş.Sədiyevin topladığı materiallar dilçiliyin ayrı-ayrı sahələri üzrə 44 bölmə üzrə sistemləşdirilib həyata keçirilmişdir.

Ş.Sədiyev lüğətləri toplamış və ilk dəfə olaraq 1978-ci ildə “Azərbaycan dilçiliyinin lüğətlərinin biblioqrafıyası” adlı göstərici çap etdirmişdur.Biblioqrafık göstəriciyə daxil edilmiş lüğətlər, Azərbaycan-rus, rus-Azərbaycan,Azərbaycan dilinin izahlı lüğəti dilçilik elminin inkişafına mühüm təsir edir.

Şəxsi biblioqrafik göstəricilərin çap olunmuş nümunələrindən biri də N.Tusi adına Pedaqoji Universitetin keçmiş dilçi alimi “Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə haqqında” çap olunmuşbiblioqrafık göstəricidir.

II bölmə Elmi və publisistik əsərləri adlanır.Dəmirçizadə 22-ə qədər biblioqrafik əsərin müəllifi olmuşdur. Alimin dissertasiya işlərinə rəhbərliyi ilə əlaqədar olaraq xüsusi bölmədə namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi ilə əlaqədar mövzuların biblioqrafik təsvirləri verilmişdir. Bu şəxsi biblioqrafik göstəriciyə Pedaqoji Universitetin dilçi alımı Əziz Əfəndizadə tərəfindən oçerk verilmişdir.


Sosial-siyasi elmlərin mühüm sahələrindn biri də tarix elmidir. Azərbaycan Dövlət Kitab Palatası mövcud olduğu vaxtdan çap etdirdiyi salnamələrdə sosial-siyasi xarakterli məlumatlar öz əksini tapır. Ümumi xarakterli mənbələrdən “Azərbaycan kitabı” göstəricisinin müxtəlif nəşrlərində sosial-siyasi ədəbiyyata dair mənbələr, o cümlədən tarixə dair mənbələr öz əksini tapmışdır.

Mövzu biblioqrafik göstəricilərindən 1997-ci ildə Azərbaycan Dövlət Kitab Palatası Kərim Şükürovun “Azərbaycan əhalisi haqqında ədəbiyyat” adlı göstəricini çap etdirmişdir.

Mürəkkəb quruluşa malik bu biblioqrafik göstəricı qədim zamanlardan müasir dövrədək Azərbaycan əhalisinə, o cümlədən bütünlüklə əhali problemlərinə dair ədəbiyyatı əhatə edərək, ümumdünya və regional miqyasda müqayisələr aparmağa imkan verir.

Göstəticidə tərtibçi tərəfindən yazılmış “Ön söz”də biblioqrafik vəsaitin əhəmiyyəti və quruluşu haqqında qısa məlumat əks olunur. Daha sonra “Ümumi qeydlər” verilir ki, buradada mövzunun keçmiş ittifaqda işlənmə dərəcəsi, ədəbiyyatın meydana çıxarıldığı mənbələr, ədəbiyyat əhatəliyi haqqında bəhs olunur.

1988-ci ildə Yuxarı Qarabağa dair materiallar ölkəşünaslıq xarakterli “Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusunun izahı” adli biblioqrafik göstəricidə öz əksini tapmışdır. Göstərici Azərbaycan Milli Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutu və M.F.Axundov adına Milli Kitabxanası tərəfindən nəşr edilmişdir.

Mövzu xarakterli maraqlı göstəricilərdən biri “Qarabağ” adlı biblioqrafiyadır. Göstərici Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu Elmi Şurasının qərarı ilə 2004-cü ildə “Şuşa” nəşriyyatı tərəfindən buraxılmışdır.

Bıblioqrafik göstərici aşağıdakı bölmələrdən ibarətdir: Ön söz əvəzi; Əlyazmalar; H.Ə.Əliyev; Rəsmi sənədlər və materiallar; Kitablar və mətbuat materialları.

Biblioqrafik göstəricinin “Əlyazmalar” bölməsində qədim dövrlərdən başlamış Əlyazmalar İnstitutunun arxivində, Azərbaycan Respublikasi Dövlət Arxivində saxlanılan 31 mənbənin biblıoqrafik təsviri verilmişdir.

“H.Ə.Əliyev” bölməsində isə ümümmilli liderimiz Heydər Əliyevin bəyanatları, çıxışları,xalqa müraciətləri, xarici ölkələrə səfərləri haqqında materiallar və s. öz əksini tapmışdır.

2008-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti haqqında 266 səhifəlik “Azərbaycan Xalq Cümhuriyyəti – 90” (1918-1920) adlı biblioqrafik göstərici ADR-in yaranmasını, fəaliyyətini və süqutunu, onun ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətini əhatə edir.

Biblioqrafik göstərici bu sahədə tərtib olunmuş ilk vəsaitdir. Bu göstərici 1918-ci ildən 1920-ci ilə qədər olan dövrü əhatə edir. Vəsait xronoloji prinsipə əsasən tərtib edilmişdir. Materiallar aşağıdakı əsas bölmələr üzrə qruplaşdırılmışdır: I. ADR-in yaranması, fəaliyyəti və süqutu, II. ADR-in görkəmli xadimləri haqqında; III.ADR-in yaranması, fəaliyyəti və süqutu (rus dilində); IV. Başqa dillərdə; V. Köməkçi göstəricilər.

Azərbaycan tarixinə dair biblioqrafik nəşrlər sistemində arxeologiya və etnoqrafiya mövzusunda “Arxeologiya və etnoqrafiya” adli biblioqrafik göstərici çap olunmuşdur. Bu biblioqrafik göstərici geniş bir dövrü, 1920-1980-ci illəri əhatə edir. Göstərici 1983-cü ildə Akademiyanın “Elm” nəşriyyatı tərəfindən çap olunmuşdur. Biblioqragik göstəricidə ədəbiyyat arxeologiya və etnoqrafiya üzrə 2 əsas bölmə daxilində verilmişdir. Hər iki elm sahəsi Azərbaycanda aparılan arxeoloji tədqiqatların nəticəsini əks etdirir. Bıblioqrafik göstərici hazırlanarkən onun əsas məqsədi respublikamızın ayrı-ayrı şəhər, rayon arxeoloji abidələrinin və eləcə də məişət adət-ənənələri üzrə mövcud ədəbiyyatın bıblioqrafiyasını yaratmağı qarşısına məqsəd qoymuşdur.




Yüklə 66,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin