İxtisas: Kitabxanacılıq və informasiya Kurs: II mövzu: azərbaycanin göRKƏMLİ Sİyasi DÖVLƏt xadiMLƏRİ ƏSƏRLƏRİNİn nəŞRİ və biblioqrafiyasi plan


Mühazirə 2 Mövzu: AZƏRBAYCANIN GÖRKƏMLİ SİYASİ DÖVLƏT XADİMLƏRİ ƏSƏRLƏRİNİN NƏŞRİ və BIBLİOQRAFİYASI



Yüklə 66,85 Kb.
səhifə3/9
tarix10.01.2022
ölçüsü66,85 Kb.
#106114
növüDərs
1   2   3   4   5   6   7   8   9
Mühazirə 2

Mövzu: AZƏRBAYCANIN GÖRKƏMLİ SİYASİ DÖVLƏT XADİMLƏRİ ƏSƏRLƏRİNİN NƏŞRİ və BIBLİOQRAFİYASI

Plan:1. H.Əliyev “Müstəqilliyimiz əbədidi” çoxcildliyinin nəşri

2. İ.Əliyev “İnkişafımız – məqsədimizdir” kitabının nəşri

Ədəbiyyat: S.A.Sadıqova. Sosial-siyasi ədəbiyyatın biblioqrafiyası.

Dərs vəsaiti. B., “Bakı Universiteti”, 2010, 126 s.
Sosial-siyasi biblioqrafiyanın obyektinə daxil olan 2 əsas ünsürdən biri sosial-siyasi məzmunlu sənədlərdir. Hal-hazırda sənəd kommunikasiyaları sistemində yayılan və dövriyyəyə daxil olan sənəd növlərinin sayı artmaqdadır. Əgər sənədlər dinamik halda öyrənilərsə buna sənəd axını, sükunət vəziyyətdə öyrənilirsə, buna sənəd kütləsi deyilir.

Məqsəd təyinatına görə sosial-siyasi məzmunlu ədəbiyyatların növlərini fərqləndirmək olar:

1.Rəsmi sənədlər; 2.Elmi nəşrlər; 3.Elmi-kütləvi nəşrlər; 4.İstehsalat, praktiki nəşrlər; 5.Tədris nəşrləri; 6.Kütləvi siyasi nəşrlər; 7.Soraq nəşrləri; 8.İnformasiya nəşri.

Sosial-siyasi elmlər üzrə elmi və elmi-kütləvi nəşrlərin böyük praktiki əhəmiyyəti vardır və ona görə də tarixi inkişaf nəticəsində həmin növlərin özlərinin də müxtəlif növləri vardır:

1.Monoqrafiya 2.Elmi əsərlər məcmuəsi 3.Elmi tədbirlər, Məruzələrin tezisləri 5. Dissertasiyaların avtoreferatları.

Sosial-siyasi ədəbiyyat üçün tədris nəşrlərinin də xüsusi əhəmiyyəti var. Onun aşağidaki növləri var:

1.Dərslik, 2.Tədris vəsaiti, 3.Tədris metodiki vəsaiti, 4.Tədris proqramı.

Sosial-siyasi məzmunlu elmi ədəbiyyatlar əsasən “Elm”, “Hüquq”, Hüquq ədəbiyyatı” nəşriyyatları tərəfindən, tədris ədəbiyyatı isə əsasən ayrı-ayrı ali məktəblərin nəşriyyatları tərəfindən nəşr edilirdi.

Sosial-siyasi məzmunlu ensiklopedik və soraq nəşrləri isə “Azərbaycan ensiklopediyası” nəşriyyatı tərəfindən nəşr edilir. Hal-hazırda Azərbaycanda öyrəndiyimiz mövzulu sənəd axınının formalaşmasında çoxsaylı özəl nəşriyyatlar, eləcə də özəl ali məktəblərin nəşriyyatları geniş iştirak edirlər. Ali məktəb nəşriyyatları adətən həmin məktəblərdə tədris edilən sosial-siyasi fənnlər üzrə tədris ədəbiyyatı, orada çalışan alimlərin elmi əsərlərini nəşr edirlər. Tədris ədəbiyyatının nəşri ilə “Təhsil”, “Öyrətmən” nəşriyyatı da məşğul olur.

Məqsəd və oxucu istiqamətinə görə sosial-siyası elmlər üzrə bıblioqrafik vəsaitlər 3 əsas növə bölünür:

1.Elmi-köməkçi gösrəriciləri

2.Peşə istehsalat göstəriciləri

3.Tövsiyə göstəriciləri

Azərbaycanın görkəmli siyasi və dövlət xadimlərinin əsərlərinin nəşri Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması tarixi ilə əlaqədardır. Ona görə də Azərbaycan Demokratik Cümhuriyyətinin təşkilatşılarının həyat və fəaliyyətini onların əsərlərinin nəşri tarixlərinin öyrənilməsi müasir gənclik üçün siyasi cəhətdən olduqca əhəmiyyətlidir. Azərbaycan Demokratik Cümhuriyyətinin fəal təşkilatçıları özlərinin fəaliyyəti dövründə geniş siyasi işlər həyata keçirmış, əsərlərinin nəşri və ayrı-ayrılıqda Azərbaycan tarixilə sıx surətdə bağlı olmuşdur. Azərbaycan Drmokratik Cümhuriyyətinin təşkilatçıları Azərbaycan mühacirləri özlərinin siyasi fəaliyytləri ilə bağlı olan əsərlərini xarici ölkələrdə və Azərbaycanda çap etdirmişlər. Azərbaycanın görkəmli siyasi və dövlət xadimlərindən Əlimərdan Topçubaşov “Azərbaycanın təşəkkülü”, M.Ə.Rəsulzadənin “Azərbaycanın təşkilində müsavat”, Y.V.Çəmənzəminlinin “Azərbaycan muxtariyyatı”, “Biz kimik və nə istəyirik” və s. əsərlər bilavasitə Azərbaycan tarixilə əlaqədardır. Adlarını qeyd etdiyimiz əsərləri yazarkən müəlliflər Azərbaycan tarixinin ilk mənbələrini dərindən öyrənmiş və bu mənbələrdən istifadə etmişlər.

Hal-haz;rda M.Ə.Rəsulzadənin əsərlərinin toplanması və nəşri sahəsində geniş işlər aparılmışdır. Onun əsərlərinin külliyyt halında 10 cildinin çap olunması planlaşdirilmışdır. Bu sahədə prof. Şirməmməd Hüseynovun xidmətləri təqdirəlayiqdir. Onun apardığı araşdırmaların nəticəsi olaraq M.Ə.Rəsulzadənin “Əsərlər külliyyatı”nın I cildi çap olunub oxucuların istifadəsinə verilmişdir. M.Ə.Rəsulzadə Firdovsinin “Şahnamə” əsərindən yararlanaraq özünün “Əsrimizin Səyavuşu” əsərini qələmə almışdır. O, Türkiyədə olarkən “Azərbaycan Respublikasının keçmişi, indisi və çələcəyi” adlı kitabı çap olunmuşdur. M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami”, “Rusiyada siyasi münasibətlər” adlı əsərlərini yazmışdır.

Azərbaycanın görkəmli dövlət və siyasi xadimlərinin əsərlərinin nəşri sistemində Nəriman Nərimanovun əsərlərinin nəşri də xüsusi yer tutur. N.Nərimanov dramaturq, nasir, inqilabçı, həkim, pedaqoq olmuşdur. N.Nərimanov əsərlərinin nəşri tarixi müəyyən dövrlərə bölünür: 1.1920-ci ilə qədər; 2.1920-1935-ci illər; 3.1956-1970-ci illər.

N.Nərimanovun yaradıcılığının I dövründə onun məlum olduğu kimi “Nadir şah”, “Nadanlıq”, “Dilin bəlası”, “Bahadır və Sona” və s. kitabları çap olunur. O özünün tarixi dram əsəri olan “Nadir şah”ı çap etdirmək üçün ciddi səy göstərir. 1899-cu ildə “Nadir şah” çap olunub yayılmışdır.

1920-1935-ci illərdə Nəriman Nərimanovun “Pir”, “Traxoma” məqalələri, məktubları və s. əsərlər toplu halında çap olunmuşdur.

Görkəmli siyasi dövlət xadimi N.Nərimanovun 1970-ci ildə anadan olmasının 100 illiyi geniş şəkildə qeyd olunmuşdur. Yubiley münasibətilə N.Nərimanov əsərlərinin toplu halda çap olunması Nərimanov irsinin öyrənilməsi sahəsində mühüm tədbir olmuşdur. Yubileylə əlaqədar olaraq onun Azərbaycan və rus dilində əsərlərinin çap olunması N.Nərimanova olan məhəbbətin böyük təntənəsi hesab olunur. F.Köçərlinin “Nəriman Nərimanov” monoqrafiyası, professor Teymur Əhmədovun “Nəriman Nərimanovun dramaturgiyası”, Vəli Məmmədovun “Nəriman Nərimanov” adlı əsəri, tarixşünas alim Məmməd Qaziyevin “Nəriman Nərimanov əsərlərinin bıblioqrafik göstəricisi” adlı monoqrafiyası çap olunmuşdur. Yubileylə əlaqədar olaraq N.Nərimanovun əsəsrlərinin elmi-köməkçi biblioqrafiyası 1972-ci ildə çap olunmuşdur. Bu bıbıioqrafik göstərici özünün əhəmiyyətinə görə N.Nərimanov irsinin bıblioqrafiyası tarixində xüsusi yer tutur. “Nəriman Nərimanov əsərlərinin bıblioqrafik göstəricisi” adı ilə çap olunmuş vəsait 2 hissədən ibarətdir. I hissədə N.Nərimanovun Azərbaycan dilində əsərlərinin, II hissədə isə rus dilində olan əsərlərinin bıblıoqrafik təsviri verilmişdir.

Biblioqrafik göstərici 1870-ci ildən 1970-ci ilə qədər olan dövrü əhatə edir. Bu dövr ərzində Nərimanov irsinə dair biblioqrafik məlumatlar, yəni onun həyat və fəaliyyəti, tərcümeyi-halı, əsərlərinin nəşrı, ictimai-siyasi fəaliyyəti və s. kimi müxtəlif xarakterli mənbələr biblioqrafik göstəricidə öz əksini tapmışdır. Göstəricidə Nərimanovun kitab halında çap olunmuş külli miqdarda məqalələri də verilmişdir.

“Nəriman Nərimanovun bədii yaradıcılığı haqqında”, “N.Nərimanovun pedaqoji fəaliyyəti haqqında”, “Nərimanovun həkimlik sənəti haqqında” və s. ədəbiyyatın sıstemləşdirilib verilməsi Nərimanov əsərlərinin, irsinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Biblioqrafik göstəricidə Nərimanovun rus dilində olan əsərləri də nəşr tarixinə görə sistemləşdirilib çap olunmuşdur. İki dildə çap olunmuş biblioqrafik göstərici böyük şəxsiyyətin həyat və fəaliyyətinin öyrənilməsində mühüm biblioqrafik mənbə hesab olunur. Göstəricinin I və II hissəsində verilmiş tarixi faktlar, biblioqrafik məlumatlar oxucu sorğularının ödənilməsində olduqca maraqlıdır. Zəngin mənbələrə malik olan bu göstərici oxucuların biblioqrafik təminatına köməklik göstrir. Biblioqrafik göstərici - oxucu istiqamətinə görə daha genişdir.

Azərbaycan Respublikası Prezidenti İ.Əliyev “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə “Lider nəşriyyat” tərəfindən N.Nərimanovun Seçilmış əsərləri nəşr edilmişdir. Bu sərəncama əsasən həmin nəşrlərin hamısı ölkə kitabxanalarına hədiyyə edilmişdir.

Son illərdə respublikamızda sosial-siyasi ədəbiyyatın nəşri daha da genişlənmişdir. 2003-2013-cü illərdə ulu öndər H.Əliyevin “Müstəqilliyimiz əbədidir” çoxcildliyi “Azərnəşr” tərəfindən 46 cilddə nəşr edilmişdir. Bu cildlərdə H.Əliyevin müxtəlif illərdə etdiyi çıxışları, nitqləri, verdiyi bəyanatlar, müsahibələr, yazdığı məktublar, etdiyi məruzələr və müraciətlər, imzaladığı fərmanlar tam mətni ilə verilmişdir.

Həmçinin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2008-2013-cü illərdə “İnkişaf – məqsədimizdir” adlı kitabı “Azərnəşr” tərəfindən nəşr edilmişdir.

Son illərdə sosial-siyasi ədəbiyyatın nəşr dairəsi xüsusilə genişlənmişdir.



Yüklə 66,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin