domen adının seçilməsinə xüsusi diqqət yetirməlidir. Belə ki, domen adları müəyyən prinsiplərə cavab verməlidir:
seçilmiş ad saytın mahiyyətinə uyğun gəlməlidir;
ad mümkün qədər uzun olmamalıdır;
çalışmaq lazımdır ki, domen adı kimi seçilən sözdə ingilis əlifbasında olmayan hərflər olmasın (məsələn, “orman” sözü “meşə” sözündən daha uğurludur).
İnternet şəbəkəsində hər bir kompüterin, saytın öz ünvanı olduğu kimi, hər bir resursun – veb-səhifənin də öz ünvanı olur. Bu ünvan URL-ünvan (“yu-er-el” kimi tələffüz olunur) adlanır. (URL qısaltması Uniform Resource Locator ifadəsindən yaranıb və birformalı resurs göstәricisi anlamını verir.) Brauzer proqramı hər hansı İnternet resursunu – sənədi, yaxud onun bir hissəsini axtarmaq üçün bu ünvandan istifadə edir.
URL-ünvan İnternet resurslarının rəsmi yerini müəyyən edir. Hər belə ad iki hissədən ibarətdir: birinci hissə resursun identifikatorudur, ikinci isə həmin resursun yerlәşdiyi yerigöstərir. Tipik URL-ünvan aşağıdakı şəkildə olur:
http://informatika.edu.az/tasks.php?action=result
Ünvanın birinci hissəsi – http:// protokoldur və resursun veb-səhifə olduğunu göstərir. Protokol kompüterlər arasında bağlantının qurulması və informasiya mübadiləsinin minimal xətalarla aparılmasını nizamlayan qaydalar və ya standartlar toplusudur. Qalan ikinci hissəni daha yaxşı anlamaq üçün onun özünü də iki hissəyə ayıraq. Birinci hissə (informatika.edu.az) resursun yerləşdiyi kompüterin domen adını, ikinci hissə (/tasks.php?action=result) isə ayrıca veb-resursun (veb-səhifənin) adını bildirir.
Tutaq ki, hər hansı sayt yaratdınız və onun üçün domen adı müəyyənləşdirdiniz. Bəs həmin saytı İnternetdə necə yerləşdirməli? İlk növbədə seçdiyiniz domen adını qeydiyyatdan keçirməlisiniz. Nəzərə alın ki, münasib adın tapılması məsələnin bir tərəfidir: ola bilər ki, sizin seçdiyiniz adı kimsə artıq öz adına qeydiyyatdan keçirib.
Domen adlarının qeydiyyatı xüsusi şirkətlər tərəfindən həyata keçirilir. Məsələn, “.az” domenində adların paylanması ilə “İntrans” şirkəti məşğul olur. Orada ikinci səviyyəli domenlər qeydiyyatdan keçirilir. Məsələn, azerbaijan.az, ict.az, ayna.az belə domenlərdəndir.
Saytların İnternet şəbəkəsində olan hər hansı serverdə yerləşdirilməsi və onlara xidmət göstərilməsi ilə də xüsusi şirkətlər – provayderlәr məşğul olur. Belə xidmətlərə hostinq deyilir. Hostinq xidməti ödənişli olsa da, ödənişsiz xidmət göstərən şirkətlər də vardır.
Dostları ilə paylaş: |