9. Obyektiv psixoloji tədqiqatın əsas vəzifəsini nə təşkil edir?
1 - Psixikanın daxili və xarici amillərinin qarşılıqlı asılılıqda və vəhdətdə öyrənilməsi
2 - Davranış və fəaliyyətin motiv və məqsədlərinin aşkarlanaraq təhlil edilməsi
3 - Psixoloji faktın, hadisənin xarici təzahürlərinə əsaslanaraq onun daxili təbiətinin, mexanizmlərinin fərqləndirilərək izah olunması
4 - Psixi inkişafda baş verən kəmiyyət və keyfiyyət dəyişikliklərinin aşkarlanaraq təhlil edilməsi
5 - Psixoloji proseslərin psixofizioloji və psixososial mexanizmlərinin müəyyənləşdirilməsi və təhlil edilməsi
6 – Obyektiv psixoloji tədqiqat alınan nəticələrin mötəbərliyini və etibarlığını təmin edir
A) 2, 4
B) 3, 6
C) 1, 3
D) 4, 5
E) 1, 5
10. Psixologiyada sosiometriya metodundan hansı məqsədlə istifadə olunur?
1 – Qrupda qarşılıqlı münasibətləri öyrənmək məqsədilə
2 – Ünsiyyət çətinliklərini aradan qaldırmaq məqsədilə
3 – Qabiliyyətlərin ölçülməsi məqsədilə
4 – Real və referent qruplarda qarşılıqlı münasibətlərin psixoloji mexanizmlərini müəyyənləşdirmək məqsədilə
5 – Xarakterin tipik əlamətlərini müəyyənləşdirmək məqsədilə
6 – Qrup və kollektivlərdə subyektiv münasibətlərin psixoloji məsələlərini öyrənmək məqsədilə
7 – Diqqətin davamlılığını öyrənmək məqsədilə
A) 3, 4, 7
B) 2, 5, 7
C) 1, 3, 5, 7
D) 1, 4, 6
E) 4, 5, 7
11. Aşağıda verilən fikirlər içərisində doğru olanları müəyyən edin :
1 – Eksperimental introspeksiya metodu C. Kettel tərəfindən irəli sürülmüşdür
2 – Metodologiya anlayışı elmi tədqiqatın təşkilinin ümumi olan prinsip və vasitələrinin sistemini ifadə edir
3 – Eksperimentalogiyanın əsas tədqiqat obyektini fərdi – psixoloji xassələrin öyrənilməsi təşkil edir
4 – ABŞ – da ilk eksperimental psixoloji laboratoriyanı S. Q. Xoll yaratmışdır
5 – Eksperimental psixologiya elminin öyrənilməsi psixi fakt və hadisələrin tədqiqinin obyektiv metod və metodikaları haqqında ətraflı biliklərin əldə olunmasını təmin edir
6 – Müəyyən şəraitdə fərdin və ya qrupun davranışının ümumi səciyyəsinin verilməsi qeyri – sistematik müşahidənin əsas xarakteristikasını təşkil edir
A) 1, 3, 4, 5
B) 2, 4, 5, 6
C) 4, 3, 1, 5
D) 2, 4, 3, 5
E) 3, 4, 5, 6
12. Eksperimental psixologiyanın mövzusuna dair aşağıdakı cavabların hansını doğru sayırsınız?
1 - Eksperiment və onun müxtəlif növlərindən istifadə olunmaqla obyektiv psixoloji faktların müəyyənləşdirilməsinə nail olunur
2 - Psixika, davranış və şəxsiyyət haqqında empirik yollarla əldə edilmiş məlumatları eksperimentlərdə sınaqdan keçirməklə etibarlı psixoloji biliklərin əldə olunması təmin edilir
3 - Psixikanın bütün təzahürlərinin obyektiv istiqamətdə öyrənilməsini təmin edən eksperimental metodikaların işlənilməsinə əsaslı diqqət yetirilir
4 - Psixi faktlar, onların qanunauyğunluqları və psixikanın mexanizmlərinin öyrənilməsi vəzifəsi qarşıya qoyulur
5 – Psixi fakt və hadisələrin öyrənilməsinin metod və metodikları haqqında elm sahəsidir
6 - Psixologiyanın ayrı - ayrı sahələri üzrə eksperimental tədqiqatların aparılmasının üsul və vasitələrinin işlənilməsinə və tətbiqinə əsaslı diqqət yetirilir
A) 3, 5, 6
B) 1, 3, 6
C) 4, 6
D) 2, 5
E) 3, 4
13. Amerika psixoloqu U. Cemsin nəşr olunmuş məşhur əsərlərinin ardıcıllığını müəyyən edin :
1 – Psixologiyanın əsasları
2 – Fizioloji psixologiya
3 – Talantın irsiliyi
4 – Hafizə haqqında
5 – Psixologiyanın prinsipləri
A) 1, 3, 5
B) 5, 1
C) 1, 5
D) 4, 2, 1
E) 2, 5
14. İnsanın psixoloji vəziyyətinin izahına dair fransız psixoloqu T. Ribonun ön plana çəkdiyi amillərin ardıcıllığını müəyyən edin :