İxtisas: tspx kurs: I fənn: Uşaq Psixalogiyası



Yüklə 246,02 Kb.
səhifə12/101
tarix10.01.2022
ölçüsü246,02 Kb.
#106370
1   ...   8   9   10   11   12   13   14   15   ...   101
İxtisas: TSPX

Kurs: I

Fənn: Uşaq Psixalogiyası

Müəllim: K. Əhmədova e-mail adresi: Kifayet.ehmedova11@gmail.com

Mövzu 6. Yaş böhranları və onların

aradan qaldırılması yol­ları

1. Bir yaşın böhranı

2. Üç yaşın böhranı

a) Böhran mərhələsində üçyaşlı uşaqların fərdiləşməsi və sоsiallaşması

b) Yaşlılarla münasibətlərin böhranı

3. Altı yaşın böhranı

4. Yeniyetməliyin böhranı.

Ədəbiyyat:


  1. Əmrahli L., N.Rzayeva, “Uşaq psixologiyası”, Bakı, 2010.

  2. Əmrahli L. Məktəbə hazirliqin psixodioqnostikasi, Bakı, nərgiz, 2006.

  3. Ə.Ə.Qədirov, N.Xəlilov “Yaş psixologiyası”, Gəncə,1999,(381s.)

1. Bir yaşın böhranı

Bir yaşın böhranı onunla səciyyələnir ki, körpə bu dövr­də dik yeriməyə başlayaraq ərtaf aləmlə fəal əşyavi-mani­pul­yativ əlaqə yaradır. Onun valideynlərlə intim-emosional ünsiyyət fəaliyyəti əşyavi-manipulyativ fəaliyyətlə əvəz­lənir. Yaşlılara əvvəlki marağı zəıfləməyə, ətraf aləmə olan maraq isə, əksinə, artmağa başlayır. Bu əlaqələr zə­mi­nində yaşlı onun üçün bilavasitə fəaliyyət qurmaq de­yil, köməkçi funksiyasını yerinə yetirməyə başlayır.

Əvvəlki dövrlə müqayisədə biryaşlı uşaqlarda verbal nitq imkanları da artmış olur. Onlar ətrafda baş verənlərin sadə seyrçiliyindən onlarin semantik mahiyyətini dərk et­məyə can atan subyektə çevrilirlər: gördükləri əşyaları “ad­landırmağa”, onlarla təmasda olmağa cəhd göstə­rir­lər. Bu dövrdə valideynlərin ən çox şikayətləri bu məzmunda olur: “Bir yerdə qərar tutmur”, “Hey bayıra can atır”, “Evdən kim çıxsa, onunla getmək istəyir” və s.




Yüklə 246,02 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin