Qırtlaq. Boynun önündə IV-VI boyun fəqərələrinin səviyyəsində və dilaltı sümüyün altında yerləşir. Qırtlaq 3 tək və 3 cüt qığırdaqlardan təşkil olunmuşdur.
Qırtlaq qapağı tək qığırdaqlara aiddir və elastikdir. Yarpaqşəkillidir. Udma aktında qırtlaq girəcəyini qapayır, qidanın qırtlaq boşluğuna düşməsinə imkan vermir.
Qırtlağın bağları daxili və xarici olmaqla iki yerə bölünür. Xarici bağlarla qırtlaq dilaltı sümüyə bağlanır və nəfəs borusu ilə birləşir. Qırtlağın daxili bağları qırtlağın qığırdaqları arasında yerləşir və onları bir birilə birləşdirir.
Qırtlağın əzələləri daxili və xarici qrupa bölünməklə eninəzolaqlı əzələ toxumasından təşkil olunmuşdur.
Qırtlaq boşluğu frontal kəsikdə qum saatına oxşayır.Yuxarıda geniş, ortada dardır. Qırtlaq boşluğu selikli qişa ilə örtülmüşdür. Yuxarı, ara və aşağı hissələrə bölünür.
Qırtlaq boşluğunun yuxarı hisəssi qırtlaq dəhlizi adlanır. Ara hissə qırtlağın mühüm hissəsi olub, dəhliz və səs büküşləri yerləşir. Səs büküşlərində səs bağı və səs əzələsi vardır. Səs büküşləri arasında səs yarığı yerləşir. Büküşlər arasındakı boşluq qırtlaq mədəciyi adlanır. Bu rezonator funksiyasını daşıyır. Səs büküşləri səsin əmələ gəlməsində iştirak edir. Səsin əmələ gəlməsi nəfəsvermə ilə əlaqədardır.
Dostları ilə paylaş: |