İxtisasın adı: Kənd təsərrüfatı Modulun adı: Torpaqşünaslıq Modulun nömrəsi


Torpağın qida maddələri ilə təminatının öyrənilməsinin vacibliyi



Yüklə 10,37 Mb.
səhifə74/77
tarix10.01.2022
ölçüsü10,37 Mb.
#106563
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   77

8.1 Torpağın qida maddələri ilə təminatının öyrənilməsinin vacibliyi


QİDA MADDƏLƏRİ – bitki həyatı üçün birinci dərəcəli əhəmiyyətə malikdir. Qida maddələri makroelementlərə və mikroelementlərə bölünür.

MAKROELEMENTLƏR – Bitki tərəfindən çoxlu miqdarda mənimsənilən kimyəvi elementlər. Canlı orqanizmdə öz kütləsinin 0,001-dən 60%-ə kimi təşkil edir. (O, H, C, N, P, Ca, S, Mg, Na, Ce, Fe və b.) M-dən orqanogen elementlər (orqanogenlər) ayırırlar. (O, C, H, N) onlardan əsasən üzvi maddələr – zülallar, yağlar, karbohidrogenlər, fermentlər, harmonlar, vitaminlər və onların çevrilmə məhsulları alınır.

MİKROELEMENTLƏR – orqanizmdə az miqdarda (adətən 0,001% və daha az) təsadüf edilən kimyəvi elementlər. Müasir məlumata əsasən bitki və heyvan orqanizmlərində, həmçinin torpaqda 70-dən artıq mikroelement tapılmışdır. Mikroelementlərə bor, mis, kobalt, yod, manqan, molibden, dəmir, alüminium, brom, gümüş, nikkel və s. daxildir.

Bitkinin qida kimi istifadə etdiyi və ya məhsul şəklində torpaqdan aparılan maddələr gübrələr vasitəsi liə torpağa qaytarılmalıdır. Bu qanunun pozulması torpaq münbitliyinin itirilməsinə gətirib çıxarır. Yəni nəticə olaraq torpaq gücdən düşər və torpaq istifadəçisi istədiyi məhsulu istənilən keyfiyyətdə və kəmiyyətdə əldə edə bilməz. Kənd təsərrüfatı bitkilərinin qida maddələrinə tələbatı, bir qayda olaraq, onların məhsulla aparılmasım və ya təsərrüfat aparılmasını xarakterizə edir. Ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin məhsulla torpaqdan apardığı qida maddələrinin miqdarı və onların nisbəti bitkinin növündən (hətta sortundan), onun kimyəyi tərkibindən, məhsuldarlığın səviyyəsindən və strukturundan asılıdır (cədvəl 6.4).




Yüklə 10,37 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin