İxtisasın şifri və adı: 060321 “Dizayn” İxtisaslaşma: “Dizayn və texniki estetika” Elmi rəhbər: Magistr proqramının rəhbəri



Yüklə 417 Kb.
səhifə17/24
tarix10.01.2022
ölçüsü417 Kb.
#109016
1   ...   13   14   15   16   17   18   19   20   ...   24
NƏTİCƏ VƏ TƏKLİFLƏR
Hər bir tarixi dövrdə baş verən bütün hadisələr insanların geyim tərzində də öz əksini tapır. Geyimlər tarix boyu dəyişikliklərə məruz qalıblar. Kostyum klassik üslubun nümunəsidir. Biz dissertasiya işində apardığımız təhlilləri ümumiləşdirib, mövzu ilə bağlı olaraq aşağıdakı təklıfləri irəli sürməyi məqsədəuyğun hesab edirik.

Geyimlərinin keyfiyyətinin öyrənilməsi məqsədi ilə sorğu metodlarından istifadə olunmalıdır. Bu həmçinin geyimlərin estetik xassələri qiymətləndirilməsi zamanı da əhəmiyyət daşıyır.

Kütləvi sorğuların nəticələri ekspertlər tərəfindən qiymətləndirilir. Bu metodlarla əldə edilən nəticələrin təhlili nəticəsində, satış firmalarının istehlakçıların tələbini ödəməyə qadir çeşidlərin formalaşdırılmasına həmçinin istehsal müəssisələrində keyfiyyətin yüksəldilməsinə gətirib çıxarda bilər.

Kostyum insanın estetik tərbiyəsinə təsir edən vasitələrindən biri hesab edilir. Əgər biz bunu obrazlı şəkildə ifadə etsək kostyum insanların daxili zənginliklərinin və fərdi dəyərlərinin aşkar edilməsinə kömək edir.

Azərbaycanda orta əsrlərdə milli geyimlərdə, xüsusən də qadın kostyumlarında ornamentlərdən bəzək kimi istifadə edilirdi. Avropa geyim tərzində də bədii xüsusiyyətlər özünə məxsus formada inkişaf edirdi.

Orta əsrlərdə Azərbaycanda xanımlar üst geyimlərində ən çox bədii tikmələrdə - islimi, buta, xətai, bulud, bəndi - rumi, və s. naxışlardan həmçinin həndəsi füqurlu naxışlardan da istifadə edirdilər. Bu naxışlar parçalara dekorativ bədilik verirdi. Geyimə tikmələr və naxışlar vurulan zaman ornamental naxış ilə kostyumun kompozisiyası arasında bütövlük, ahəngdarlıq mütləq şəkildə qorunurdu.

Azərbaycanda orta əsrlərdə məhəlli elementlərlə tikilən geyimlərdə ciddi fərqlər və müxtəliflik hiss olunurdu. Bu elementlər XVI əsrdə yaranmışdır. Məhəlli element dedikdə -qara lentlər üzərinə bərkidilmiş boyun bəzəkləri, böyük düymələr, qıraqları oval şəkilli olan qatlama yaxalıqlar, uzun geyimlər, qol ağızlarına əlin üstünə düşən dekorativ naxışlarla bəzədilən qolçaqların tikilməsi və s başa düşülür.

Orta əsrlərdə bədən gözəlliyinin təsviri və tərənnümü ilə geyimlərin gözəlliklərinin təsviri və tərənnümü təqribən eyni estetik səciyyə daşıyırdı.

Üst geyimlərin bədiiləşməsi daima mədəniyyət və texnikanın inkişafından asılı olmuşdur. Orta əsrlərdə istehsal mərkəzlərinin çoxunun digər ölkələrlə ticarət əlaqələrinin olması ölkədə naxış vurma sənətinin inkişafına müsbət təsir göstərmişdir. Bu isə ornamentli kompozisiyalara, naxış motivlərinə yeni nəfəsin verilməsinə səbəb olmuşdur. Geyimlərdə, həmçinin müxtəlf dekorativ sənət sahələrində ornamentli kompozisiyaların inkişaf xətti ölkənin Yaxın və Otra Şərq ölkələr ilə sıx ticarət əlaqələrinin olmasından xəbər verir.

Azərbaycan milli geyimləri əsrlər boyu zəngin bir inkişaf yolu keçmişdir. Bu zaman ərzində geyimlər texnoloji, eləcə də estetik və mədəni xüsusiyyətlər qazanmışdır. Kostyumlar ciddi geyim tərzi hesab olunur.

Kostyumdan ilk dəfə İngiltərədə istifadə olunmuşdur. Kişi və qadın kostyumlarını yaradan modelyer, dizaynerlər daima tarixədən folklordan bəhrələnirlər. Bu səbəbdən də modelyerlər öz geyimlərdə estetik xüsusiyyətləri tətbiq etməyi xüsusilə dəyərləndirilər. Bu vəziyyət Azərbaycanda moda sənətinin yaşamasına, müasir şəraitdə təkmilləşməsinə bilavasitə xidmət edir.



Kostyum müxtəlif dövrlərin ən çox tələb olunan geyim növü hesab edilir. Kostyum haqqında danışan zaman onun geyim predmetləri ilə birlikdə nəzərdən keçirilməsi əhəmiyyət kəsb edir.

Kostyumun yaranması və inkişafı geyim tarixi üçün əhəmiyyətə malikdir. Əlbəttə ki, zaman keçdikcə kostyum tədricən öz formasına, konstruksiyalarına və konstruktiv xətlərinə görə daha da təkmilləşmişdir. Kostyumlar həm qadınlar, həm də kişilər tərəfindən bəyənilərək geyinilir.

Kostyumun formasının dəyişməsi, insanlarda formanın yeniləşməsinə olan tələbdən irəli gəlir, istehlakçıların geyiminin dəyişməsilə, estetik zövqün dəyişməsilə və cəmiyyətin inkişafı ilə bağlıdır. Hazır geyim və məişət əşyalarının kütləvi istehsalına başlanılması nəticəsində yeni kütləvi istehsal mədəniyyətin formalaşmasının eləcə də, modanın demokratikləşməsinin əsasını qoymuşdur.



Bu ənənələri yerli modelyerlərimiz davam etdirilməlidir. Müasirliklə yanaşı milli uslub birləşdirilərək sintez olunmalı, yeni növ geyim formaları gündəlik həyata daxil edilməlidir. Müxtəlif bayramlar tədbirlərində milli geyim növlərindən geniş istifadə edilir. Kostyumlara milli motivlərin daxil edilməsi, ən azından aksessuarlarda ornament naxışlardan istifadə olunması məqsədəuyğundur.


Yüklə 417 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin