İxtisasın şifri və adı: 060321 “Dizayn” İxtisaslaşma: “Dizayn və texniki estetika” Elmi rəhbər: Magistr proqramının rəhbəri


Müasir geyim mədəniyyəti və estetika



Yüklə 417 Kb.
səhifə15/24
tarix10.01.2022
ölçüsü417 Kb.
#109016
1   ...   11   12   13   14   15   16   17   18   ...   24
3.2. Müasir geyim mədəniyyəti və estetika
Müasir kostyum yaradıcıları daima tarixə, folklor stilə müraciət etmişlər. Dizaynerlər milli kostyumun dəqiqliklə sürətini öz əsərində - müasir kostyumda əks etdirməsə də, təssəvvürləri nəticəsində onun ifadəvi bədiiyini əldə edə bilirdilər. Assosativ anlayışlar kostyumun yaradılmasında mühüm faktorlardan biri hesab olunur. Məhz bu cəhətləri nəzərə almaqla geyimlərdəki rəng harmoniyasına daha da nəzərə çarpan etmək olar.

Yaradıcı transformasiyası əsasən material yığımından başlayır. Bu dizaynerlərin vacib hissəsini təşkil edir. İlkin materiallar olmadan nə fantaziyalardan, nə assosasiyalardan, nə də bədii obrazlardan danışmaq olar. İlkin mənbəni başa düşməyə çalışmaq, onu xüsusi hörmətlə qarşılamağı xüsusilə qeyd etməliyik. Geyimlər dövrlər ərzində insanların milli, dinin, mülkü mənsubiyyətlərini müəyyənləşdirməyə kömək olmuşdur.



Müasir geyimlərin inkişafı ilə bağlı olan modanın keçmişi və indiki dövrlər arasında bənd rolunu oynayır. XX yüzilliyin ən dahi modelyeri kimi tanınan və İtaliyada modelləşdirmə məktəbinin əsas nümayəndələrindən olan Versace belə beyirdi: “Moda cəmiyyətimizdə baş verən hadisələri nümayiş edir, o, keçmişi unutmur amma daim yenilik axtarışında olur”.

Geyimlərin istehsalı fərqli istiqamətlərin mütəxəssislərinin çalışdığı mürəkkəb həmçinin çox mərhələli bir proses sayılır. Modelyer-rəssmalar və ya dizaynerlər yeni paltar modellərini layihələndirməklə məşğul olurlar. Konstruktorlar isə həm verilən modellərin konstruksiyalarını ilkin formasını hazırlayır, həm də bunların köməyi ilə tikiləcək olan geyimlərin hissələrini biçmək üçün nəzərdə tutulan ülgülər də düzəldirlər. Bu geyimlərdəki texnoloji yeniliklər mühəndis-texnoloqlar tərəfindən işlənib hazırlanır.

İnsanın özünü fiziki və mənəvi cəhətdən rahat hesab edə biləcəyi geyimlərin yaradılması əsas vəzifə hesab olunur. Bunlar şəxs daha da cəlbedici edir, fərdiliyini diqqətə çatdırır. Geyim dizaynı sənətini, eyni zamanda “kostyum dizaynı” da adlandırmaq olar.

Dizaynda nəzəri əsaslar dedikdə geyimlərin bədii layihələndirilməsindən ibarətdir. 


Kostyum formalarını layihələndirən dizaynerlər, eyni vaxtda bir sıra funksiyaları yerinə yetirirlər. Onlar rəssam-modelyerdir, nəqqaşdırlar, estetikanı əmələ gətirən tərtibatçıdır, həmçinin də öz ideyalarını materiallar da reallaşdırmağa çalışan konstruktordırlar. Onlar geyimlərlə daxili dünyalarını xarakterizə etməyə çalışırlar, eləcə də onlar psixoloqa və geyimin əsas sahibinə, rejissorlara çevrilirlər. 

Geyim dizaynının əsas özünəməxsus xüsusiyyəti odur ki, onun yaradıcılığının obyekti insandır. İnsana məxsus mənəvi keyfiyyətlər və görünüş ilə tamlığı əmələ gətirən geyimi öz funksiyasının ayrıca təsəvvür etmək olmaz. Geyimdə onu geyinənin cinsi mənsubiyyəti, yaşı, xarici görünüşü və fərqli xüsusiyyətləri diqqətə alınmalıdır. Geyimlərin müasir inkişafı, ictimai həyatda sənayenin səviyyəsi, elmlə və mədəniyyətlə münasibətdə ifadə olunan dəb ilə sıx əlaqəlidir. 

Cəmiyyətinin bədii dəyərləri sırasında incəsənət əsas aparıcı yer tutur. Bu mədəniyyətin çoxşaxəli anlayışı olmaqla bərabər, musiqini, həmçinin onunla əlaqəli olan vokalı və rəqsi, teatrı, kinonu və təbii ki, incəsənətdə plastika tələb edən növləri birləşdirir.

Geyimlərin dizayn edilməsi və ya onların layihələndirilməsi incəsənətin arxitektonik isiqamətinə məxsusdur. Əsasəndə estetik və praktik  funksiya daşıyır.


Geyimlər mövcud olan qanun normalarıyla qorunur, əsasən ümumi qəbul edilmiş normaların cəmini əks etdirir. Cəmiyyətin fərqli təbəqələrinin riayət etdikləri məişət ənənələrini özündə birləşdirir. Geyimlər insanların milli və dini mənsubiyyətlərini müəyyənləşdirir. Tarixin inkişafı hər mərhələlərdə insanların həyat tərzlərini geyimlərin istifadə olunma xüsusiyyətlərində öz əksini tapır və bu baxımdan demək olar ki, geyimlərin fərqli funksiyaları tarix boyu toplanaraq bugünki vəziyyətə gəlmişdir.

Cəmiyyətdə gedə inkişaf geyim ilə mükəmməlləşmişdir, və öz vəzifəsinin əhatəsini da genişləndirmişdir. Müəyyən obrazı olan geyim formaları təbliğ edilmə üçün nümunə hesab edilir.

Paltarlardan fərqli olaraq deyə bilərik ki, geyim dəstləri həm ayrı bir insanın, həm də xalqın tarixi dövrünü obrazlı şəkildə əks etdirir. Geyim incəsənət əsəri olaraq daima müəyyən bir inkişaf dövrünü əks etdirir. Memarlıqla, heykəltəraşlıqla, rəssamlıqla, musiqiylə və teatrla ilə qarşılıqlı əlaqədədir. 

Xalq geyimləri və bəzək əşyaları ilə əsrlər boyu öz zövqünü və mədəniyyətini əks etdirən Azərbaycan xalqı nəinki Şərqdə, bütün Avropada birincilər sırasında durur.

XIX yüzilliyin sonlarında digər ölkələrdə ki kimi, avropasayağı geyim dəstləri Azərbaycana da əsasən kübar təbəqə arasında istifadə edilirdi. Sadə biçimi olan müasir geyimlər konstruksiya baxımından müasir olsalar da, onların tərtibat işlərində klassikaya müraciət edilir.

Azərbaycanda müasir musiqilər qədim muğamlarımız üzərində köklənmişdir. Bu gün memarlar Şərq elementlərindən istifadə edirlər. İncəsənət əsərlərində də milli nümunələrdən modelyerlər bacarıqla istifadə edirlər. Onlar klassikadan bəhrələnərək yeni geyim nümunələri yaratmağa çalışırlar. Xalqların geyim tərzlərində müasirliklə tarixi geyimlərin uyğunluğu özünəməxsus yer tutur.

Əlbəttə ki, bunları böyük zövqlə və ifrata varmadan gerçəkləşdirmək lazımdır. Gənc rəssam-modelyerlərimiz yaradıcılıqlarında bu sahəyə düzgün qiymət verməlidirlər, araşdırmalar aparmalıdırlar və işləri ilə ölkəni daima layiqli şəkildə təmsil etməlidirlər.

Geyim bizə niyə görə lazımdır? İnsanlar bu suala müxtəlif cür verirlər. Bəziləri bildirirlər kimi geyim insanlara məişət, sosial və estetik məqsədlər üçün gərəklidir. Uşaqlar üçün isə geyim gözəl paltarları geyinmək üçün maraqlıdır, yeni paltarlar geyinmək onları sevindirir. Uşaqlara kiçik yaşlarından zövqü aşılamaq lazımdır.

Geyimlər insanların ünsiyyətində xüsusi bir dil hesab edilir, onların gözəl görünüşü, rahat və ya dəbdəbəli olması insanların fikirlərini və rəssam-modelyerlərin fantaziyalarını işə salır. Geyim individuallığı sübut etmək üçün bir vasitə hesab olunur.

Ornamentlər geyimlərə fərqlilik, orijinallıq bəxş edir. Qədim xalqların geyimləri əsələn inkaların, Tibetlilərin, Hindistanlıların, slavyanların və oğuzların geyimləri, geyim elementləri bir-birindən tamamən fərqlənir. Əgər bu geyimləri bir tabloda əks etdirsək qarşımıza ecazkar, rəngarəng bir görüntü çıxır. Azərbaycanın və Rusiyanın milli ornamentlərində yaxınlıq əlaqəsini, xalqların etnik xüsusiyyətlərini araşdıran zaman nəzərdən keçirə bilərik. Biz qədim slavyanlar və oğuzların milli geyimləri arasında elə də oxşarlıqların olmadığının şahidi oluruq. Geyimlərdə əks olunan yarpaq və güllər kiçik və iri bitki təsvirləri yaşıllıqlarla zəngin düzənliklərdə yaşayan insanlara xasdır, alovun işarəsi isə (buta) dağlıq ərazilərdə və səhralarda yaşayan insanlara xasdır. Məhz bu etnik xüsusiyyətlərdən uşaqlar üçün geyim hazırlanan zaman dizaynerlər istifadə etməyə çalışıblar.

Artıq yaddan çıxmış geym elementlərini yeni yaradılan kostyuma tətbiq edərək ilkin mənbənin plastikliyini vermək lazımdı. Bu zaman onların inkişaf qanunauyğunluqlarını və formalarının plastikliyini, ritmlərinin zənginliklərini və müxtəlifliklərini, fakturalarını, rənglərinin düzülüşünün xarakterini, elementlərini bir – birilərinə həmçinin geyimin ümumi formasına qarşı olan proporsionallığı nəzərə alaraq, bütün bunların mühüm əhəmiyyət kəsb etdiyini müəyyənləşdirmək vacib bir məsələdir. İstifadə olunacaq ilkin material dizaynerin ilk olaraq ilham mənbəyinə çevrilməlidir. Mövcud olan kompozisiyaların quruluşunu olduğu kimi dəyişdirədən qəbul etmək olmaz.

XXI əsrin əvvəllərindən etibarən Aərbaycan moda bazarında dünyanın ən nüfuzlu moda evləri təmsil olunmağa başlayır. Bunların arasından Eskadanı, Armanini, Versacini, Yudaşkin, MaksMaranı, və s. tanınmış dünya markaların qeyd etmək olar. Bu gün bu markalar bizim bazarda layiqincə təmsil edilirlər. Bu gün ölkəmiz geopolitik vəziyyətinə, zəngin təbii resurslarına, ilk növbədə isə neft, qaz ehtiyatlarına görə dünyada uğurlu şəkildə təmsil olunur.

İqtisadiyyatın surətli inkişafı bütün sahələrdə olduğu kimi moda sənayesindən də yan keçməmişdir. Ölkənin moda sektorunda canlanma hiss olunur. XX əsrin modası öz zənginliyi və fərqliliyi ilə seçilir. Bu dövrdə moda demək olar ki, hər gün yenilənir.

Sadaladıqlarımız ölkəmizi bu istiqamətdə dünyada bir daha tanıtmağa xidmət edir və beynəlxalq səviyyədə özünəməxsus əlaqələrin yaradılmasına şərait yaradır. Bütün bu naliyyətlər bu gün Azərbaycanda moda sənayesinin vəziyyətini müəyyən edir, həmçinin onun gələcəkdəki inkşafını müəyyənləşdirir.

Geyim tərzi insan haqqında ilk təəsürrat yaratmağa xidmət edir. Səliqəli bir saç-saqqal təraşı, təmiz və düzgün görünüşü olan geyim tərzi. Bütün digər detallar da bir-birini tamamlamalıdır. Düzgün ayaqqabı, çanta və qalstuk seçilməlidir.

XIII əsrin sonundan etibarən Avropa modasına italyan tərzi moda axını dəbdə idisə, XV əsrin ikinci yarısından başlayaraq bu tərz öz təsirini itirməyə başladı. XV əsrin ikinci yarısında Fransa, İspaniya və Niderland birləşdi və bu da surətli iqtisadi inkişafa səbəb oldu. XV əsrin sonunda İtalyan kostyum modasına, Fransız, Alman və ən çox da İspan modası təsir etdi. 1494-cü ildə Ferrari də mövcüd olan geyimlər İspan tərzindən təsirlənirdi.

Qadınlar əhəmiyyətli gecələrdə və tədbirlərdə ehtişamı ilə insanı valeh edən İspan kostyumlarına üstünlük verirdilər. Buna bariz nümunə kimi: ispan əsilzadələrindən olan Luçreziya Borgianın, Beatriz Destenin və Lüdovik il Moronun baş tutan toy mərasimində bütün dəvətli xanımların İspan üslublu gecə əlbisələri geyinmələridir. Alman tərzinin modaya təsiri İspan üslubu ilə müqayisədə daha az idi. Amma buna baxmayaraq İtaliyada istifadə olunurdu.

Yerli moda biznesinin inkişafı məqsədi ilə 1504-cü ildə Venesiyada idarələrdə Alman tərzindəki paltarların geyinilməsi qadağan edilmişdi. 1494-cü ildə isə fransız tərzi öz təsirini əsas olaraq Piedmontitada göstərdi amma İtalyanın geri qalan əazilərində o qədər də təsirli ola bilmədi. Fransız moda tərzi dedikdə əsasən ayaqqabı və şapkalar nəzərdə tutulur. Fransız dəbi artıq bütün dünyaya yayılmağa başlayırdı.

VIII Çarlz İtalyanların geyimlərə xüsusi fikir verdiyini bilirdi. Bu baxımdan xalqın qarşısında çıxış etdiyi zaman xüsusi bir zövqlə tikilmiş paltar geyinmişdi. Məhz bu geyim sayəsində xalqın arasında hörmət toplamışdı.

Carlz özü İtalyan tərzindən təsirlənişdi, İtaliya xalqı isə Fransız tərzindən təsirlənərək bu üslubu öz mədəniyyətlərinə və zövqünə uyğunlaşdırmağa çalışırdılar. Venesiyada həmçinin Şimali İtaliya ərazisində enli Fransız pelerini geyinilirdi.Tarixdə belə bir fakt məlumdur: Səfir Kalko Sforzu VIII Çarlz ilə əməkdaşlıq edirdi. O əvvəllər İspan tərzində geyindiyi məlum olan Beatris Deste Kalkonun köməkçilərinə onun üçün şahzadə Annanın geyindiyi kostyumlardan gətirilməsini sifariş etmişdi. Onun həyat yoldaşı Lüdovik il Morada isə rəssamlarin əsərlərinin gətirməsini istəmişdi. Buradan da məlum olur ki, müxtəlif ölkələrin geyim tərzlərinə xüsusi maraq var idi. Bu dövrlərdə əvvəlki illərin eksantrik üsluba qarşı mübarizə başlamışdı. 1512-ci ildə Milanda, 1520-ci ildən isə Romada dərin dekolteli geyimlər artıq xüsusi qaydalar ilə tikilməyə başlandı.

1514-cü ildən Venesiya moda dünyasının nəzakət, zəriflik mərkəzinə çevrildi. Florensiyalı tarixçisi Bvaçi bu barədə yazırdı: ''1512-ci ildən qadın və kişi geyimlərinin zəriflik qazandığına heç bir şübhə yoxdur. İnsanlar uzun qolları olan, qısa köynəklər geyinmirlər və yaxud yuxarı qalxan şlyapalar, ya da çox hündür hündürdaban ayaqqabıları artıq geyinmirlər”. Geyimlər əsasən qara rəngdə olurdu. 1538-ci ildə Alessandro Piççolomini tərəfindən qeydə alınan ”Rafaella və Marqarita arasındakı danışıq "-da moda, zəngin və xoş əhval-ruhiyə bəxş edən hiss kimi izah edilirdi və qadın üçün ən yaxşı üsulu öz geyim tərzini özünün xəyal etməsi kimi qiymətləndirilirdi.

Dəyişən yalnız zövqlər deyildi, fiziki görünüş də dəyişirdi. Bu dövrlərdə daha çox kök qadınlar diqqət cəlb edirdi. Qadın siluetidə bu baxımından dəyişmişdi. Dizaynerlərin yeni üslubu qadınları kök və geniş göstərirdi. Bu qadın bədən tiplərinə əvvəllər Palma Veççio və Bernardininin qeydlərində rast gəlinir. Sonralar Tiziano, Bronzino, Sodoma, Ciovani bu üslublara öz əsərlərində yer verirdilər. Paltarlar, müxtəlif bəzək əşyaları, al rəngli geyimlər, qatlanmış məxmər parçalar və d. qiymətli daşlardan qızıldan, yaqutdan, zümrüddən, almazdan hazırlanan bəzəklər bu dövrdə üstünlük təşkil edirdi. XVI əsrin İtalyan modası əsrin sonlarına doğru cəmiyyətdə vacib məkanlarda geyiniləcək paltarları istiqamətləndirən bir işarə hesab olunurdu.

Fransız geyim tərzindən XIX əsrdən başlayaraq geniş istifadəyə başlanıldı. Bu dövrlərdə kişilər də zövqlü geyinməyə üstünlük verirdilər. Əsrin əvvəllərindən başlayaraq geyimlərdə daha əvvəllər dəbdə olan ipək və atlas parçalardan istifadə edilmirdi. Artıq bədənə sıx şəkildə oturan geyimlərdən istifadəyə üstünlük verilirdi. 1830-cu ildən başlayaraq ayaq biləklərinin üzərində qurtaran dar geyimlərdən istifadə edilirdi. Qısa bir zaman sonra bugün də istifadə olunan klassik şalvarlar meydana çıxdı. Əsas parçaların rəngləri mavi, yaşıl olduğu halda geyimlər daha çox açıq rənglərdə, hətta ağ rəngdə olurdu. Əsrin ortalarına doğru qara geyimlərdən istifadə edilməyə başlandı. Geyimlər də dəyişik rənglərə üstünlük verilirdi. Şalvarlar və pencəklər eyni parçadan tikilirdi bu tipli geyimlər 1860-cı ildən başlayaraq daha şox istifadə edilməyə başlanıldı. XIX əsrin sonlarından başlayaraq kişilər yaxalıqdan istifadə etməyə və qalstuk taxmağa başladılar.

Bu ənənələr dövrümüzdə də davam edir. Kişilər əsasən ağ pencəklər və ağ kəpənək-qalstuklar, ya da qara smokinqlər və qara fraklar qara kəpənək-qalstuklar geyinirdilər. Bu geyimlər 1900-ci ildən bügünə kimi heç dəyişməmişdir.

Kişi geyim tərzi zamanla daha az dəyişikliyə uğrayırdı, lakin son 150 il içində qadın modası hər il yenilənməyə başladı. XIX yüzilliyin əvvəllərində qadınlar əsasən pambıqdan, və ya muslindən geyimlər geyinirdilər. Bu ətəklərin qabarıq dayanması üçün biri at tükündən olmaq şərti ilə, dörd, beş qat jüpon adlanan ətəklər üst-üstə geyinilirdi. 1830-cu ildən başlayaraq paltarların beli köhnə yerinə endi, qollar omza qədər qabardıldı. Buna "qoyun budu" modası deyilirdi. 1850- ci ildən jüpon geyinilməsini başlanıldı. Geyimlərin qolları dar və uzun, olurdu.

Kraliça Viktoryanın hakimiyyəti dövründə sadə, ayaq biləyinə qədər uzanan ətəklər geyinlməyə başlandı. Yəni “qoyun budu” adlanan geyimlər geri qayıtdı. Şallar çox fərqli və rəngarəng tikilirdi Böyük ətəklərin üzərindən mantiya geyinmək rahat olmadığı üçün geniş şallardan və pelerinlərdən istifadə edilirdi.

Günümüzdə istifadə edilən ətəklərin, pencəklərin və ya tayyerlərin ilkin forması 1860-cı ildə yaranmışdır.Buna "gediş geyimi" deyilirdi. Bu dövrlərdə ABŞ-da və Avropada qadın hüquqlarının mübarizəsi öz yüksək həddinə çatmışdı. Qadın geyimlərinin daha rahat olması üçün mübarizə aparılırdı. Qadınlar artıq gündəlik idman etməyə başlamışdılar bununla bağlı olaraq tennis və velosipedlə məşğul olmaq üçün xüsusi geyimlər geyinməyə başladılar. XIX əsrdə muslin paltarlar ilə iti burunlu, topuqsuz, ipək parçalardan hazırlanan ayaqqabılar geyinilirdi. 1870-ci illərdə məxmərdən, düyməli və hündürdaban botlar moda oldu. 1860-cı ildə qolf şalvar modaya mindi.


Yüklə 417 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin