MÖVZU 7.
STANDART NORMA VƏ UTİLİTAR TEXNİKİ
XASSƏLƏRİN ERQONOMİKADA ROLU.
Standartlaşdırmanın milli iqtisadiyyatın inkişafında ro-
lu. Texniki mükəmməlliyin və standartın estetikliyini, is-
tehsalat məhsulunun forma dəyişməsinə təsiri. Standartlaş-
dırmanın mahiyyəti və məqsədi. Standartlaşdırma haqqında
Azərbaycan respublikasının qanunu. Texnikanın əsas cəhət-
ləri. Texnikanın təkmilləşməsinin tarixi mərhələləri. Texniki
estetika istahsalatın effektivliyini artırmağa təsiri.
Münasib ədədlər sırasının erqonomikada digər ədədlər
sisteminə nisbətən üstünlükləri. Modul prinsipi. Modul prin-
sipi məmulatın geniş nomenklaturada və müxtəlif variant-
larda standart hissələrdən hazırlanması. Münasib ədədlər
sırasının digər ədədlər sisteminə nisbətən üstünlükləri və
mənfi cəhətləri. Müasir simmetriya anlayışı. İş təhlükəsizli-
yində simmetriyanın həndəsi qanunauyğunluğu.
Utilitar –texniki və estetik xassələrin erqonomikada
yeri. Estetik xassələrin formalaşdırılmasının müasir inkişaf
istiqamətləri. Məmulatın ən rahat qaydada bir funksiyanın
yerinə yetirilməsinə uyğunlaşdırılması. Əsas məmulata əlavə
detalların və ya qovşaqların uyğunlaşdırılması imkanının
verilməsi. Məmulatın əlavə funksiyalarının müasirləşdiril-
məsi. Bir növ məmulatda bir neçə funksiyanın birləşdirilməsi.
12
E.B Rabkinin rəng dairəsi. Moris Deribere sənayenin
interyerinin optimal boyanması uyğunluğunun mahiyyəti.
Kontrast və nüans anlayışları. Rəng – şüalanma və əksetmə
prosesi. Rənglərin insanın iş qabiliyyətinə təsiri. Professor
E.B. Rabkinə görə rəng çalarları qurupları. Fransız mütə-
xəssisi Moris Deribere sənayenin interyerinin optimal boyan-
ması üçün uyğunluğu.
Nüans harmonikası. Nüans harmonikasının əsası. İsteh-
salatda rənglərin gözü yormasına təsiri. Məhsulun keyfiyyətli
təzahür edilməsində rəngin əhəmiyyəti. Erqonomik baxım-
dan müxtəlif rənglərdən istifadə etmək qaydaları. Rənglərin
çalarlarının insanların psixologiyasına və estetik qavrayışına
təsirləri.
Dostları ilə paylaş: |