Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 2,5 Mb.
səhifə6/27
tarix22.10.2017
ölçüsü2,5 Mb.
#9148
1   2   3   4   5   6   7   8   9   ...   27

4-QURANDA İMAN


Qurani-kərimdə qeyd olunan imanın bütün yönləri haqda çox danışmaq olar. Lakin biz bu bəhsin incə nöqtələrinə işarə etməklə kifayətlənirik:

1-Quran baxımından iman insanın ixtiyari işlərindən biridir. Məlum olduğu kimi, Allah tərəfindən hansısa bir əmr insanın qüdrətinə, nəticədə onun ixtiyari olmasına bağlıdır. Əgər iman insanın ixtiyar dairəsindən xaric bir məsələ olsaydı, onun yerinə yetirilməsini xahiş etmək Allahın hikmətinə zidd olardı.1

2-Quran baxımından “iman” Allah-taalaya baş əymək və təslim olmaqla yanaşı, yəqinlə birgə elm və mərifət deməkdir.2

3-Əməl imanın hissəsi deyil,3 lakin onu gərəkli edən bir şeydir; yəni əməl imanın zati xüsusiyyətlərindən (cins, fəsl) deyil. Amma o həmişə həqiqi imanla yanaşıdır. Belə ki, əməlin olmaması imanın təsirli və ixlaslı olmadığını göstərir.4

4-Qurani-kərimdə qeyb,5 Allah-taala,6 məad,7 risalət,8 peyğəmbərlər,9 səmavi kitablar,10 imamət11 və mələklər12 iman mövzusu sayılmışdır.

5-Quran baxımından, düz danışmaq,13 əxlaqi prinsiplər14 ruhi aramlıq15, maddi nemətlər16 və saleh əməllər imanın faydalarındandır.17

7-Quran baxımından, iman azalıb-çoxalmaq qabiliyyətinə malikdir. Mərifət azdan başlayıb tədricən çoxaldığı kimi, dini məsələlər və prinsiplər barədə düşüncəmiz də artır. Onlara qəlbən təslim olmaq da azalıb-çoxalmaq qabiliyyətinə malikdir. Beləliklə, insanın imanı həm çoxala, həm də azala bilər.18

MÖMİNLƏRİN MƏQAMLARI


Qurani-kərimdə müxtəlif məqamlara işarə olunmuşdur. Möminlər bu məqamlara malik olmaqda azaddır. “Möminlərin dərəcələri” bu məqamlardandır. Bu məqamların geniş şəkildə izahı və onlara malik olmaq yolları barəsində söhbət etmək bizim bu kitabın həcminə uyğun gəlmədiyindən Quran baxımından möminlərin bəzi məqamlarına qısa şəkildə işarə etməklə kifayətlənirik:

1-Təslim məqamı: Yəni, insan tam vücudu ilə Allahın ixtiyarındadır və Ona təslimdir. Bu, həzrət İbrahimin (ə) Allahdan istədiyi məqamdır.19 Allaha təslimçilik, ona baş əymək əməldə ilahi əmrlərə itaət, günah və haramdan çəkinməklə yanaşı, insanın düşüncələrində aşkar olunmalıdır.20

2-Əbrar məqamı:1 Əllamə Təbatəbainin nəzərincə, bu məqam imanın ən yüksək məqamıdır.2 Quran baxımından, bu məqama nail olmaq üçün insan ehtiyac duyduğu və sevdiyi şeyləri (haqq yolunda) sərf etməli başqalarına bağışlamalıdır.3 Bu məqam yalnız Allahın xalis və həqiqi bəndələrinə məxsusdur.4

3-Təqva məqamı: Allah-taala Qurani-kərimdə bu məqamın xüsusi bir məqam olmasını müxtəlif ifadələr və dəyərli cümlələrlə vurğulayaraq, təqvalıları Öz dostu kimi qələmə verir.5 Bəzi təfsirçilərin nəzərincə təqvanın müxtəlif dərəcələri olsa da əhəmiyyət kəsb edən budur ki, insan təqvada üç şərti gözləməlidir:

a) Allahdan qorxmalıdır və qorxduğu üçün günahdan çəkinməlidir.

b) Günahdan çəkinmək budur ki, insan günahdan uzaqlaşmalı, heç vəchlə günaha yol verməməlidir.

v) Hər halda – istər qorxudan, istərsə də günahdan çəkinmək üçün – insan Allaha yaxınlaşmaq məqsədilə hərəkət etməlidir.6



4-İxlas məqamı: Mühəqqiq Tusinin təbirincə ixlas bir işi (yalnız) Allaha görə yerinə yetirməkdir. Yəni insan öz qəlbini Haqqa yönəltməli, onun qəlb hərəmində qəlbləri dəyişdirən Allahdan başqası yerləşməməlidir. Qurani-kərim baxımından, “ixlas” insanın əsl mahiyyətidir və o əksər vaxtlarda nəfsani istəklər pərdəsi altında gizli qalır.7 Ayələrdə bəyan olunduğu kimi, Allah insandan əməllərini yalnız ixlasla yerinə yetirməsini istəyir. Əgər insan belə bir məqama nail olsa, istədiyi hər şeyə malik olmuşdur.8 Haqq-taalanın görüşünə ümid edib, Onun cəlal və camal sifətlərini arzulayan şəxs mömin olmalı, saleh əməllər yerinə yetirməli və öz işlərində – istər əqidəsində, istərsə də əməlində – Allaha şərik qoşmamalıdır.9

***
SUAL 5: İman və İslam arasında əlaqə nədən ibarətdir?


İSLAMIN MƏNASI


Qurani-kərimin bəzi ayələrində “İslam” və ondan düzələn digər sözlərdən istifadə olunmuşdur.10

İslam dedikdə bəzən insanı Allah-taalaya tam təslim etmək istəyən ilahi dinlərin, bəzən Allahın yeganəliyi və Onun rəsulu həzrət Məhəmmədin (s) haqq olmasına dildə şəhadət vermək, bəzən də iman nəzərdə tutulur.11



Ümumi şəkildə belə bir nəticə çıxarmaq olar ki, İslam təslim olmaq deməkdir. Qəlbən İslamı qəbul etmək iman adlanan etiraf və yəqindən, dildə İslamı qəbul etmək, onu iqrar edib şəhadət verməkdən, bədəni və xarici görünüşülə İslamı qəbul etmək Allah-taalanın əmrlərini yerinə yetirməkdən, İslamı mütləq qəbul etmək isə insanın bütün yönlərinə aid “təslim”çilikdən ibarətdir. Təbii ki, belə bir İslam həmişə imanla birgədir. Beləcə, hər bir müsəlmanı mömin də adlandırmaq olar. Lakin İslam bəzən yalnız dildə, yaxud əməldə görünür. Qurani-kərim belə insanları daxilən kafir olmaları aşkarlanana qədər müsəlman hesab edir.

İMAN VƏ İSLAM ARASINDA ƏLAQƏ


Qurani-kərimin müxtəlif ayələrinə əsasən, belə bir həqiqəti etiraf etmək olar ki, iman və İslam bir-birilə qarışmışdır, onların hər bir dərəcəsi başqa bir dərəcəni təkmilləşdirir. Əllamə Təbatəbai bu barədə deyir: “İslamın müxtəlif dərəcələri vardır. Bunun dəlili bu şərif ayədir: Rəbbi İbrahimə: “(Əmrimə) Təslim ol!” –dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum” – deyə cavab vermişdi.”1 Həzrət İbrahim (ə) Allahın əmrinə təslim olaraq müsəlman oldu. Lakin bu ayədən İslamın daha yüksək dərəcələrə malik olması başa düşülür. Nədə Həzrət İbrahimin (ə) İslamın ən yüksək dərəcəsinə nail olması əmr edilir.

Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin