Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə87/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   83   84   85   86   87   88   89   90   ...   120
4-Nəqli üslub: Bu üslubda Allahın Kitabına, Peyğəmbər (s) sünnəsinə (rəvayət mənbələrinə) müraciət etməklə insanın fitri ideyaları və görüşləri adı ilə müzakirə olunan mövzular araşdırılır və dərəcələrə bölünür.

Lakin hüzuri elmin ikinci qismindəki “mərifəti-nəfs”də – özünütanıma və özünü dərketmədə məqsəd insanın nəfsini, insanlığını və şəxsiyyətini tanımaqdan ibarətdir. Belə ki, insan “Nəfs və onun xüsusiyyətləri nədir?» «Onun dərəcələri necədir?», «Bir-birilə necə əlaqədə olur?», «Nəfsin bədənlə əlaqəsi necədir?», «Görəsən, nəfs, əql və qəlb eyni məna daşıyır, yoxsa bir-birindən fərqlənir?», «Onları bir-birindən ayıran nədir?», «Quran və rəvayətlər baxımından nəfs necə təfsir olunur?», «Nəfsin yüksəlməsi və tənəzzülə uğraması nə deməkdir?», «Nəfsin saflaşdırılmasında məqsəd nədir?», «Nəfsin əməllə bağlılığı necədir?», «Nəfs hansı istedadlara və qabiliyyətlərə malikdir?», «Nəfsin mücərrədləşməsi nə deməkdir?», «Onun yüksəlməsinə səbəb olan amillər hansılardır?», «Nəfsi tanımaqla Allahı tanımaq və Ona mərifət bəsləmək mümkündürmü?», «Bu mərifətin hədd-hüdudu və dərəcəsi nədir?” – suallarının cavabını həmişə axtarmağa çalışaraq öyrənib, dərk etsin. Bir sözlə, hər bir insan öz “nəfs”ini, yaxud “ruh”unu, yaxud “həqiqət”ini tanımalı və bilməlidir ki, əvvəlcə necə idi, indi necədir və gələcəkdə necə olacaq?1

Allah-taala Qurani-kərimin “Maidə” surəsinin 105-ci ayəsində bu mərifətlə bağlı buyurur:

------------------Səh.20.

Ey iman gətirənlər! Özünüzə həqiqətinizə diqqət yetirin, nəfslərinizi tanıyın. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməz. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcək.”

Bu ayənin axırında hamının Allaha tərəf qayıdışı, Allahla görüşdükləri gün əməllərinin və işlərinin nəticələrinə nail olacağına diqqət yetirdikdə insanın öz nəfsinə və həqiqətinə mərifətinin dərin məna daşıdığı aydınlaşacaq. Buna əsasən, “Hər kəs özünü tanısa, şübhəsiz ki, Rəbbini də tanıyar!” – rəvayətinin mənası belədir: Hər kəs özünü olduğu kimi tanıyıb, Allahın təcəlla və zühur etdiyi yeri bilsə, öz Rəbbini tanıyar və qəlb gözü ilə Onu görər.

İkinci mənada olan nəfsi tanımağın və özünüdərketmənin yollarını araşdırmazdan öncə, bir neçə incəliyə diqqət yetirmək zəruridir:

1-Nəfsi rəzil sifətlərdən təmizləyib saflaşdırmaq və onun ali dərəcələrinə nail olmaq üçün hər şeydən əvvəl nəfsi, eləcə də, səadət və tənəzzül amillərini tanımaq lazımdır.

2-Nəfsi tanımaq, həqiqətdə yolu və yolçunu tanımıq deməkdir. Çünki Allaha doğru hərəkət edən insanın nəfsidir. İnsanın Allaha yetişmək üçün ötüb-keçdiyi yol isə öz nəfsinin dərəcələridir. Hər hansı bir dərəcəni keçməklə yüksək dərəcəyə qədəm qoyar. Əhəmiyyət kəsb edən məsələ budur ki, öncə qeyd etdiyimiz ayəyə əsasən, bu yolu ötüb-keçməkdə son məqsəd Allahdır. Buna görə də insan həmişə Allahı yad etməlidir. Əgər insan yol gedərkən son məqsədini unutsa, yolun özünü də unudar. Deməli, Allahı yaddan çıxarmaq nəfsi unutmaqla nəticələnir.

3-İslamın əsas mənbələrində nəfsi tanımaq dedikdə olan başqa mərifət yox, Allahı tanımaq üçün vasitə sayılan mərifətdir.

4-İslam mənbələrinə – Quran ayələrinə və rəvayətlərə əsasən, bu mərifət əməli bir qanun hesab olunmalıdır. Yəni kamala və ali dərəcələrə doğru hərəkət etmək lazımdır. Əks təqdirdə, sadəcə olaraq elmi nöqteyi-nəzərdən nəfsi tanımaq, kamal və əməl mərhələsində qərar tutmaq yox, yalnız məfhumlarla tanışlıq deməkdir.1

Bu mərifətə ümumi (sadəcə özünü dərketmə) və xüsusi (əməli bir qanun olan) şəkildə nail olmaq aşağıdakı üsullarla mümkündür:




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin