Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə116/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   112   113   114   115   116   117   118   119   120
SUAL 14: Əgər Allahın eyni qəzası insanın öz ixtiyarı ilə yerinə yetirdiyi işlərə və onun müqəddimələrinə, şamilsə, onların fenomenlər kimi həyatda gerçəkləşmələri Allaha istinad edildikdə, insanın ixtiyar və iradə azadlığına sahib olmaması məlum olur. Başqa sözlə, Allahın eyni qəzasına əsasən, necə ola bilər ki, insanın öz ixtiyarı ilə yerinə yetirdiyi işlərdə, həm öz ixtiyarına, həm də Allahın qəzasına istinad edilsin?

Bizim nəzərimizcə, Allahın eyni qəzası insanın ixtiyarı ilə heç bir ziddiyyət təşkil etmir. Bu məsələ ilə əlaqədar şübhə yanlış təsəvvürdən yaranmışdır. Belə ki, varlığın zərurəti və işin gerçəkləşməsi (özünün tam səbəbi mövcud olduğu təqdirdə) ixtiyarın müqabilində məcburiyyət mənasında təsəvvür edilmişdir. Halbuki bu təsəvvür düzgün deyildir; çünki bir nəticənin bir neçə səbəbə istinad edilməsinə diqqət yetirdikdə, Allahın eyni qəzasının insanın ixtiyarı ilə heç bir ziddiyyət təşkil etməməsi aydın olacaqdır. Məsələnin aydın olması üçün diqqət yetirmək lazımdır ki, bir fenomenin yaranmasında bir neçə səbəbin təsiri aşağıdakı surətlərdə təsəvvür edilə bilər:

1-Bir neçə səbəb birlikdə və yanaşı təsir etsinlər; misal üçün, suyun, toxumun və istiliyin... birləşməsi ilə toxum açılıb çiçəklənir.

2-Səbəblərin hər hansı biri növbə ilə təsir etsin, belə ki, ömür müddəti onların sayına bölünür, hər hissə səbəblərin və amillərin birinin nəticəsi olaraq, növbə ilə öz təsirini bağışlayır. Necə ki, bir neçə mühərrik bir-birinin ardınca işə düşərək, təyyarənin hərəkət edib, uçmasına səbəb olsun.

3-Onlar bir neçə topun bir-birinə dəyməsi kimi, bir-birinə təsir göstərsin. Başqa bir misal: İnsan, öz əlini hərəkət etdirməsində iradəsinin, qələmin hərəkətində əlin və yazının gerçəkləşməsində qələmin təsiri vardır.

4-Bir-birinin ardınca gələn bir neçə amilin təsir göstərməsi: belə ki, onların hər hansı biri başqa bir varlığa bağlı olsun. Məsələn, insanın varlığı və iradəsi Allahın iradəsinə bağlıdır.

Bütün bu surətlərdə vahid nəticənin yaranması üçün bir neçə səbəbin birləşməsi lazımdır. Vahid nəticə bir neçə səbəbdən qaynaqlanırsa (xüsusilə 4-cü surətə) diqqət, məlum olur ki, insanın öz ixtiyarı ilə yerinə yetirdiyi işlərin Allaha mənsub edilməsinin insanın öz varlığı və iradəsi ilə heç bir ziddiyyəti yoxdur. Çünki bu istinadlar bir-birinin ardıncadır və bir-birilə heç bir ziddiyyət təşkil etmir.

Başqa sözlə, felin bir insana mənsub edilməsi bir səthdə, onun Allah-taalaya mənsub edilməsi isə yüksək bir səthdədir. Bu səthdə insanın varlığı, üzərində iş görülən maddə, eləcə də alətlərin varlığı bütünlüklə ona əsaslanır. Buna əsasən, tam səbəbin sonuncu hissəsində insan iradəsinin təsiri ilə hər işin Allah-taalaya mənsub edilməsi arasında ziddiyyət yoxdur. Qeyd etmək lazımdır ki, Quranın bəzi ayələrində bizim işlərimiz, halətlərimiz və taleyimiz Allah-taalaya aid edilir. “Təkvir” surəsinin 29-cu ayəsində buyurulur:

-------------Səh. 67.

Aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəyə bilməzsiniz!” Səbəbi də budur ki, Allah-taala bizi tovhidin ən yüksək mərhələlərindən sayılan “feldə tovhid” məsələsindən agah etsin. Qurani-kərim insana Allahı olduğu kimi tanıtdırmaq və onu bu nöqtə ilə tanış etmək istəyir. Onun öz ehtiyacının dərkindəki kamalı Allahadır; çünki insan tamam varlıq nöqsanına və fəqirliyə malikdir.

***


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin