Şəkil 56. Kardan ötürülməsi: 1 – elastik mufta; 2 – elastik muftanın flansa bərkidilmə boltu; 3 – çarpaz; 4 – kipkəc; 5 – stopor halqası; 6 – çarpazın yastığı; 7 – qayka; 8 – elastik muftanın flansı; 9 – kipkəc; 10 – kipkəcin qurşağı; 11 – təhlükəsizlik kronşteyni; 12 – kronşteynin aralıq dayağa bərkitmə boltu; 13 – qabaq kardan valı; 14 – aralıq dayağın kronşteyni; 15 – aralıq dayaq; 16 – qabaq kardan valının çəngəli; 17 – arxa kardan valı; 18 – arxa kardan valının çəngəli; 19 – baş ötürülmənin aparan dişli çarxının flansı; 20 – qayka; 21 – çəngəlin bərkitmə boltu
Şəkil 57. Aralıq dayaq: 1 – çəngəl; 2 – elastik yastıq; 3 – aralıq dayağın yastığı
Qeyri-bərabər bucaq sürətli kardan oynağı XVI əsrdə İtaliyan riyaziyyatçısı Cirolamo Kardano tərəfindən kəşf olunub. Kardan oynağının analizi göstərir ki, aparan valın bərabər bucaq sürəti ilə fırlandıqda aparılan val siklik fırlanır: bir dövr ərzində iki dəfə aparan valdan geri qalır, iki dəfə isə qabağa gedir (şəkil 58, b). Vallar arasında bucaq artdıqca qeyri-bərabər fırlanma sürətlə artır. Qeyri-bərabər bucaq sürətli kardan oynaqlı kardan ötürməsi birləşdirilən valların sinxron fırlanması ilə burucu momenti ötürə bilməsi üçün o bir necə oynaqdan ibarət olmalıdır, onların qarşılıqlı yerləşməsi hər kardan oynağının qeyri-bərabərliyini kompensasiya edəcək. Bu səbəbdən oynaqların minimal sayı 2 olmalıdır. Bu halda iki oynaqlı kardan ötürməsində aşağıdakı tərtibat tələbləri ödənilməlidir:
aparan çəngəllər biri-digərinə nəzərən 90° altında yerləşməlidir;
hər iki oynaqda vallar arasında bucaqlar bərabər olmalıdır;
bütün vallar bir müstəvidə yerləşməlidir.
a
b Şəkil 58. Qeyri-bərabər bucaq sürətli kardan oynaqlı kardan ötürməsində aparan və aparılan valların bucaq sürətlərinin asılılığı; a – valların yerləşməsi; b – bucaq sürətlərinin asılılığı; α və β – aparan və aparılan valların dönmə bucaqları; ω1 və ω2 – uyğun valların bucaq sürəti; γ – vallar arasında bucaqdır
Şəkil 59. Qeyri-bərabər bucaq sürətli kardan oynaqlı kardan ötürməsinin detalları: 1 – şlisli çəngəl; 2 – П-şəkilli lövhə; 3 – stopor şaybası; 4 – çarpaz; 5 – arxa kardan valının çəngəli; 6 – arxa kardan valı; 7 – baş ötürmənin aparan dişli çarxının flansı; 8 – arxa kardan oynağı; 9 – iynəvari yastıq; 10 – stopor halqası; 11 – bolt; 12 – kipləşdirici halqa
UAZ-3153 tam intiqallı avtomobilin kardan ötürməsi burucu momenti paylayıcı qutudan aparan körpülərə ötürən qabaq və arxa vallardan (şəkil 47) ibarətdir. Hər kardan valının sonunda kardan oynaqları var. Arxa kardan valının sonlarından birinə oynağın çəngəli, digər sonuna isə – ikinci oynağın çəngəlinin şlisli deşiyinə girən şlisli ucluq qaynaq edilib. Belə birləşmə asqının deformasiyası vaxtı kardan valının uzunluğunun dəyişməsini kompensasiya edir.
Dostları ilə paylaş: |