Oynaqların yastıq qurşaqlarını palçıqdan qorumaq və yağı qurşaqlarda saxlamaq üçün rezin manjetlər, çarpazın mil uclarına isə rezin kipləşdiricilər yerləşdirilib. Şlisli birləşmələr rezin və keçə halqalarla kipləşdirilib. Oynaqlar və şlisli birləşmələr, oynaqların çarpazlarına burub salınmış press-yağdan vasitəsilə yağlanır.
Qabaq kardan valı, kiçik fərqlər olmaqla analoji konstruksiyaya malikdir. Tam intiqallı Chevrolet Niva avtomobilində kardan ötürməsi (şəkil 61)
ötürmələr qutusu və paylayıcı qutunu, paylayıcı qutu ilə qabaq və arxa aparan körpüləri birləşdirir.
Şəkil 61. Chevrolet Niva tam intiqallı avtomobilin kardan ötürməsi: 1 – qabaq kardan valı; 2 –aralıqkardan valı; 3 – paylayıcı qutu; 4 – arxa kardan valı