Vəh ki ba xərməni məcnun dele əfkar çekərd.
Leylinin evindən bir şimşək çaxdı, bədbəxt Məcnunun xarmanına gör necə od vurdu.
Bura kimi Yəqubdan soruşulan sualın davamı və onun verdiyi cavab idi. Bundan sonra Sə᾽di belə deyir:
Əgər dərviş dər hali bemandi
Səro dəst əz do aləm bər fəşandi.
Əgər arif onun üçün yaranmış hal və vəziyyətdə qalsa iki dünyadan da yuxarı qalxar.
KAMİL İNSANIN MƏ᾽NƏVİ RİYAZƏTİ (RUHİ MƏŞĞƏLƏLƏRİ)
İndi, bütün bunları təsdiq etmək üçün sizlərə Nəhcül-bəlağənin bir hissəsini oxuyacağam. İndiyə kimi olan söhbətlərimizdə dəfələrlə demişəm ki, Nəhcül-bəlağə Əli (ə)-ın özü kimidir. İnsanın sözləri onun özü kimi olur. Çünki söz insan ruhunun tənəzzülə uğramış forması və onun cilvəsidir. Alçaq ruhun sözü alçaq, uca və yüksək ruhun sözü isə ali olur; məhdud ruhun sözü birtərəfli, geniş ruhun sözü isə hərtərəfli olur. Əli (ə) ziddiyyətlər toplusu olduğu üçün onun sözləri də ziddiyyətlər toplusudur. Onun sözlərində, irfan öz ali həddində, fəlsəfə özünü ən yüksək nöqtəsində, azadlıq, qəhrəmanlıq və əxlaq da özlərinin ən yüksək həddindədir. Nəhcül-bəlağə də Əli (ə)-ın özü kimi hərtərəflidir. O həzrət söhbətlərinin birində belə buyurur: «Mə᾽nəvi riyazətlə məşğul olan şəxs əqlini dirildərək nəfsini öldürür. Bu şər᾽i riyazət elə bir həddə çatıb ki, onu nazikləşdirib, bədəninin ətini əridib, ruhunun sərtliklərini lətifləşdirib və onların ruhları incələşib; belə bir vəziyyətdə birdən onun daxilində bir qığılcım parlayır və ona yol göstərir; o, bu qapıdan digər qapıya gedərək sonda yolunun axırı olan səadət mənzilinə çatır.»
Deməli islam, kamil insanın mə᾽nəvi riyazətlə məşğuliyyətini, nəfsini təmizləməli olan insan olması fikrini təsdiq edir.
Bundan başqa bir sual da meydana çıxır ki, görəsən islamın kamil insanı riyazətlə, yə᾽ni ruhi məşğələlərlə məşğul olan insandırmı? Mərhələ-mərhələ, addım-addım irəliləyən insandırmı? Riyazətlə məşğul olaraq yavaş-yavaş inkişaf edən şəxsdirmi? Sualların cavabı müsbətdir. Çünki həzrət Əli (ə) buyurur: O, bu qapıdan digər bir qapıya gedər, üzünə yeni qapılar açılar və mərhələləri arxada qoyaraq, sonda «asayiş qapısı» adlandırılan qapıya çatar. Ora çatmaq isə yolun sonuna çatmaq deməkdir.
«Haqqa yaxınlaşmaq» fikri düzgündümü? Bəli, şübhəsiz ki, insan ora çatdıqdan sonra onunla Allah arasında pərdə olmur və o, qəlb gözü ilə Rəbbini görür. Həmin şəxs, artıq bizim kimi göyə, yerə və s. baxmaqla Allahı görməyə çalışmır. Xeyir, onun üçün belə sözlər mə᾽nasızdır; Allah onun üçün yarpaq, yer, göy və digər şeylərdən də aşkardır.
Məgər imam Hüseyn (ə) həmin mətləbi buyurmayıbmı? «İlahi, Səndən başqasının elə bir zühuru varmı ki, Sənin olmasın?»
Bir nəfər həzrət Əli (ə)-dan soruşur: Allahı görmüsənmi? Əli (ə) onun cavabında belə buyurur: «Mən heç vaxt görmədiyim Allaha ibadət etməmişəm.» Amma o həzrət, həmin şəxsin Allahı adi gözlə görməyin mümkünlüyünü və Onun məkana malik olmasını fikirləşməməsi üçün sözünün davamında belə deyir: «Onu bu zahir gözlər görməz, qəlblər iman həqiqəti ilə Onu müşahidə edərlər.»
Dostları ilə paylaş: |