Kufəyə sahib olandan sonra Müaviyənin ən iyrənc hiylələrindən biri bu idi Əli (əleyhissalam)-ın əshabını Şama doğru cəlb edirdi. Sonra ümumi yığıncaqlarda onları məcbur edirdi ki, Əli (əleyhissalam)-dan söz danışsınlar bəlkə onların dilindən Əli (əleyhissalam)-a aid bir eyb deyilmiş olsun ki, bu da Müaviyənin siyasətini təsdiq etsin.
Belə yığıncaqların birində danışdırılan adamlardan biri Zirar ibni Zümrə idi. O, Əli (əleyhissalam)-ın xüsusi və mərifətli yoldaş-larından hesab olunurdu. Əli (əleyhis-salam)-ın şəhadətindən sonra Müaviyə onu (ya təhdid yolu ilə ya da tamahlandırmaq yolu). Şama cəlb etdi. Ümumi məclislərdən birində üzünü ona tutub dedi: Ey Zirar! Əli (əleyhissalam)-ın ali xüsusiyyətlərindən danış!
Zirar: Məni bu işə qoşma.
Müaviyə: Mütləq gərək Əli (əleyhissalam)-ın vəsflərindən deyəsən!
Zirar: İndi ki məcbur edirsən, naçaram Əli (əleyhissalam)-ın bir sıra sifətlərinə işarə edim:
1-Əli dindarlara ehtiram edirdi və onun adamlara hörmət meyarı din və imana əsaslanırdı.
2-Kasıblara və yoxsullara özünü daha yaxın hesab edir, varlıların sərvətinin onun yanında hörməti yox idi və ona etina etməzdi.
3-Güclü, zor sahibi və qüdrətli şəxs o Həzrətə nüfuz etməyə qadir deyildi.
4-O, gücsüzlərin ümidini ədalət və özlərinin haqlı hüququndan kəsmirdi. Eləcə də onların haqqını hüquq qarətçilərindən alırdı. Hətta onlar güclü və quldur olsalar da!
Zirarın sözü buraya yetişdikdə dedi: Şəhadət verirəm ki, bir gecə yarıdan keçmiş idi. Qaranlıq və zülmət pərdələri dünyaya yayılmışdı. O mehrabda durub saqqallarını tutmuşdu və ilan vurmuş adam kimi qıvrılır ağlayır və deyirdi:
“Ey dünya, ey dünya! Məndən uzaqlaş! Özünü mənə göstərirsən? Yoxsa məni şövqə gətirmək istəyirsən?!” Hələ sənin mənə nüfuz edə biləcəyin zaman gəlib çatmamışdır. Heyhat,, (məndən uzaqlaş,) başqasını aldat. Mənim sənə ehtiyacım yoxdur. Mən sənə üç dəfə talaq vermişəm. Daha geriyə dönüş yoxdur. Sənin həyatın qısa mövqeiyyətin az, arzun alçaq və heçdir.
“Ah ömrün azlığından, yolun və səfərin (axirət) uzunluğundan və məqsədin isə böyüklüyündən!”
Burada idi ki, hiyləgər Müaviyə ağladı və dedi: Allah Əbul Həsənə (Əli (əleyhissalam)-a) rəhmət eləsin. Bəli, o, elə idi, ey Zirar! İndi de görüm, ondan ayrı sənin qəmin neçədir?
Zirar dedi:
“Mənim qəmim, balasının başı qucağında bədənindən ayrılan ananın qəmi kimidir.”
-QƏza vƏ qƏdƏr barƏdƏ qoCanIn sualIna Cavab
Əsbəğ ibni Nəbbatə deyir: Siffeyn müharibəsindən sonra İmam Əli (əleyhissalam) Kufəyə qayıtdı və bir ümumi məclisdə əyləşdi ki, əshabı da orada idilər.
Birdən bir qoca kişi yaxın gəlib və o Həzrətin qabağında iki dizi üstündə əyləşdi. Həzrətlə hal-əhval tutduqdan sonra sual etdi: “Ya Əmirəl-Möminin! Bizim Siffeyn cəbhəsinə gedib qayıtmağımız məgər Allahın qəza və qədəri əsasında idi?”
İmam cavabında buyurdu: “And olsun o Allaha ki, dənəni yardı, dünyanı və canları yaratdı. Biz Allahın qəza və qədəri olmadan nə bir addım atmadıq, nə də mənzil etmədik.”
Qoca kişi dedi: “Elə isə bu yolda çəkdiyim zəhməti Allahın hesabına qoyum və daha heç bir savabım olmayacaqdır?”
İmam buyurdu: “Sakit ol! Allah bu səfərdə bizə böyük imkanat əta etmişdir. İstər cəbhəyə getməkdə, istərsə də qayıtmaqda və siz məcbur deyilsiniz.”
Qoca kişi dedi: “Axı bizi qəza və qədər” hərəkətə gətirdi?!”
İmam buyurdu: Vay olsun sənə, bəlkə sən güman edirsən ki, qəza və qədər dedikdə məqsəd icbari (hökm və hər şeyin qədərini, ölçüsünü müəyyən edən) qəza və qədərdir? Əgər belə olarsa, ilahi və”də və əzab, savab və cəza əbəs olar. Allah taala insana ixtiyar vermiş, onu müəyyən şeylərdən çəkindirmiş, müəyyən işlərə əmr etmiş; ona asan vəzifələr vacib etmiş, heç vaxt çətin və üzücü əməlləri görməyə vəzifəli etməmişdir. O, az əməl müqabilində çoxlu mükafat əta etmişdir. Heç vaxt bir kimsə icbar üzündən Ona qarşı üsyankarlıq etməmişdir, həmçinin, Ona itaət də icbar üzündən olmamışdır. O, asimani kitabları əbəs yerə nazil etməmişdir.
Sonra həzrət “Sad” surəsinin 27-ci ayəsini tilavət etdi:
“Bu əqidə kafirlərin gümanıdır, vay olsun kafirlərə Cəhənnəm oldundan!”
Qəza və qədər Allahın əmri və göstərişi mənasındadır.
Sonra bu ayəni oxudu:
“Rəbbin fərman verib ki, Ondan başqa heç kəsə ibadət etməyəsiniz.”25 (Buna əsasən qəza və qədər bəzən hökm və əmr mənasındadır).
O, qoca kişi mətləbi anladıqdan sonra sevincindən ayağa qalxdı və İmam Əli (əleyhissalam)-ın mədhinə şerlər oxuyub getdi.
112-YUXU YA GECƏNİ YUXUSUZ KEÇİRMƏK
Gecənin dörddə biri keçmişdi ki, Əmirəl-möminin Əli (əleyhissalam) Kufə məscidindən çıxdı və mənzilinə tərəf yollandı. Kumeyl ibni Ziyad ki, Həzrətin müxlis və xüsusi əshabından idi o Həzrətlə birgə hərəkət edirdi. Yolda bir kişinin evinin yanına çatdılar. Onun evindən Quran səsi eşitdilər. O, gecə yarı yuxudan durmuş və Quran oxuyurdu. Bu ayəni isə ürəyinə yatan səs və ürək yanğısı ilə oxuyurdu:
“Məgər gecə yarı Allaha itaət edib səcdə və qiyamı yerinə yetirən axirətdən qorxaraq Allahın rəhmətinə ümidvar olanlar günah və küfr içində yaşayanlarla bərabərdirlərmi?”26
Kumeyl qəlbində bir ah çəkdi. Gecə yarı gecəni yuxusuz keçirən bir insanın dodaq-larından çıxan Quranın ürəyə yatan səsi onu sevindirsə də bir şey demədi.
İmam Kumeylə baxıb buyurdu: “Bu şəxsin ürəyə yatan səsi səni aldatmasın. Bu Quran oxuyan şəsx cəhənnəm əhlindəndir ki, tezliklə bu mətləbin sirrini sənə xəbər verəcəyəm.”
Kumeyl bu sözdən təəccübləndi. Bu hadisədən bir müddət keçdi. Belə ki, Nəhrəvan xəvari-cinin əhvalatı qabağa gəldi ki, Əli (əleyhis-salam)-ın əleyhinə müharibə elan etdilər və nəhrəvan diyarından Əli (əleyhissalam)-ın ordusu ilə xəvaric ordusu arasında qanlı müharibə baş verdi və bütün xəvaric 9 nəfər qaçqından başqa bu müharibədə öldürüldülər.
Kumeyl də cəbhədə Əli (əleyhissalam)-ın silahdaşı idi. Əli (əleyhissalam) qılıncından qan axdığı halda üzünü Kumeylə tutub buyurdu: “Mənimlə gəl” Sonra hər ikisi birlikdə kəsilmiş başlar və öldürülənlərin yanına gəldilər. Əli (əleyhissalam) qılıncının ucunu ölənlərin başına qoyurdu. Belə ki, qılıncının ucunu həmin kecə Quranı tilavət edənin də başına qoyub buyurdu: “Ey Kumeyl! Bu həmən şəxsin başıdır ki, gecə yarı “əmmən huvə qanitun anaəl-ləyli...” ayəsini oxuyurdu və səni özünə cəzb etmişdi.”
Kumeyl İmamı öpüb özünün cahilanə arzusundan istiğfar etdi. İmam Əli (əleyhis-salam) xəvaricdən bir kişinin Səruriyyə (Nəhrəvanın yaxınlığında sərurə mənsub) gecə namazını qılıb Quran tilavət etdiyini eşitdikdə buyurdu:
“Yəqin və imanla həmrah olan yuxu şəkkli namazdan yaxşıdır.” Ehtimal verilir ki, bu söz həmin Nəhrəvan müharibəsində öldürülən Quran qariəsinə aiddir.
Dostları ilə paylaş: |