Åkcp{ig-fcghycß


OsmanIn Əli (Əleyhissalam)-a sifarişi vƏ hƏzrƏtin CavabI



Yüklə 2,79 Mb.
səhifə28/41
tarix21.10.2017
ölçüsü2,79 Mb.
#7527
1   ...   24   25   26   27   28   29   30   31   ...   41

OsmanIn Əli (Əleyhissalam)-a sifarişi vƏ hƏzrƏtin CavabI


Osmanın öz xilafəti zamanı İslam qayda-qanunları ilə uyğun gəlməyən işlər gördü.

Buna görə də onlar yığılıb onu öz evində mühasirə etdilər və hətta bir neçə gün ona su da vermədilər. Axırda onu elə öz evindəcə öldürdülər. Mühasirədə olduğu vaxt Osman Abdullah ibni Abbas vasitəsilə Əli (əleyhissalam)-a sifariş göndərdi və o Həzrətdən Mədinədən xaric olmağını istədi ki, özünün Əli (əleyhissalam)-ın düzəltdiyi əkin yerlərindən birinə getsin, daha camaat Əli (əleyhissalam)-ın adına xilafət şüarı verməsinlər. İbni Abbas Osmanın sifarişini Əli (əleyhissalam)-a çatdırdı, İmam Əli (əleyhissalam) ibni Abbasa belə buyurdu:

“Ey Abbasın oğlu! Osman istəyir ki, məni su daşıyan dəvəyə çevirsin və həmişə dəvə kimi o tərəf bu tərəfə gedəm. Bundan qabaq mənim üçün sifariş göndərdi ki, Mədinədən çıxım və sonra xəbər göndərdi ki, qayıdım. İndi də səni səfir edibdir ki, Mədinədən çıxım.

And olsun Allaha, o qədər onu müdafiə etdim ki, qorxdum məbada günahkar olam.”

Bu minvalla görürük ki, İmam Əli (əleyhis-salam) İslamı və İslami birliyi qoruyub saxlamaq üçün ciddiliklə çalışır və istəmirdi ki, İslam üçün xoşa gəlməyən bir hadisə baş versin. Buna baxmayaraq sonralar o Həzrətin müxalifətləri Osmanın köynəyini onun əleyhinə bayraq edib onu Osmanın qatili adlandırdılar və Osmanın intiqamını almaq adı altında o Həzrətlə müharibəyə başla-dılar.

mƏKtublar

bÖlümü



84-SƏKsƏn dinarlIq ev


Şürəyh ibni Haris məşhur İslami şəxsiyyətlərdəndir. O, altmış il Kufənin qazisi olmuşdu. O, ilk dəfə Ömər ibni Xəttabın xilafəti zamanında qazi oldu ki, bu vaxt Şürəyhin təqribən qırx yaşı var idi. O, Osmanın xilafəti zamanı, eləcə də Əli (əleyhissalam)-ın icazəsinə əsasən öz qaziliyində qalırdı.

Baxmayaraq ki, Əli (əleyhissalam) bəzi nəzəriyyələrdə onunla müxalif idi və hətta bir neçə dəfə onu Kufədən öz kəndinə (Kufənin yaxınlığındakı) ki, sakinlərinin əksəri yəhudi idilər, sürgün də etdi, amma onu qazilikdən çıxarmadı. Bəziləri onun ömrünü 183-il bəziləri də 120-ilə qədər qeyd etimşdirlər.

Şürəyh zehinli, ayıq və zirək bir şəxs idi. Onun qazilik və işləri islah etmək sahəsində qəribə səriştəsi var idi. Onun xüsusiyyətlərindən biri də saqqalının olmaması idi. Ərəblər arasında atalar sözü idi ki, deyirdilər: “Şüreyh tülküdən də zirək və hiyləgərdir.”

Bu sözün ona deyilməsinin səbəbi bundan ibarət idi ki, Şürəyh bir müddət Nəcəf- Əşrəfdə yaşayırdı və o vaxt ibadət və namaza məşğul olduğu zaman bir tülkü gəlib onun kənarında və qarşısında oynayır, beləliklə onun fikirini namazdan yayındırırdı.

Bu hadisə bir müddət təkrarlandı. Nəhayət Şürəyh adama oxşar bir heykəli düzəldib öz papağını onun başına qoydu. Ondan sonra tülkü gəlir o heykəlin kənarında oynayırdı. Bir gün Şürəyh yavaşca o tülkünün arxasından gəlib onu tutdu və camaat da bu səbəbdən dedilər: “Şürəyh tülküdən də hiyləgərdir.”

Hər halda İmam Sadiq (əleyhissalam)-dan nəql edilmişdir ki, Həzrət buyurdu: Əli (əleyhissalam) Şürəyhi qaziliyə təyin etdikdə onunla şərt bağladı ki, Həzrət Əli (əleyhissalam) təsdiq etmədən heç bir qərar çıxarmasın.

İndi isə qayıdaq “Nəhcül-bəlağə”də Şürəyhlə bağlı dastana. Şürəyh Əli (əleyhissalam)-ın xilafəti zamanı özü üçün 80 dinarlı bir ev aldı. Bu xəbər Əli (əleyhissalam)-a çatdırıl-dıqda İmam onu çağırıb buyurdu: Mənə məlumat verilib ki, sən 80 dinar qiymətinə ev alıb onu öz adına qəbalə etdikdən sonra hələ ona şahid də tutmusan?! Şürəyh cavabında dedi: “Düzgün məlumat veriblər.” İmam ona qəzəbli bir tərzdə nəzər salıb buyurdu: “Ey Şürəyh! Tezliklə bir kəs (Əzrail) sənin tərəfinə gələr ki, nə qəbzinə baxar, nə də şahid və şühudlarının imzasına diqqət yetirər, və səni ondan çıxarıb yalqız qəbir çuxuruna qoyar.”

Ey Şürəyh! Olmaya başqalarının malından alıb pulunu da (qiymətini) haram yolla ələ gətirmiş olasan? Əgər belədirsə öz dünya və axirətini əldən vermisən. Bunu bil ki, əgər evi olarkən mənim yanıma gəlmiş olsaydın, sənə elə bir qəbz yazardım ki, ona əməl etməklə hətta bir dirhəmə belə meyl göstərməzdin. Yazacağım qəbzin nüsxəsi belə idi: Zəlil bu evi dünya ilə xudahafizləşməkdə olan bir şəxs edən alıbdır ki, fani olanların məhəlləsində və ölənlərin küçəsində yerləşir:

Bu mülk bir tərəfdən bəla və müsibətlərlə zəngin, digər tərəfdən isə üzü müsibətlərə doğru irəliləməkdədir, üçüncü tərəfdən nəfsani həvəslərlə başqa bir tərəfdən isə şeytanın hiyləsi ilə tamamlanır.

Bu evi arzulara aldanmış və qısa bir müddətdən sonra dünyadan köçəcək izzətdən xaric məbləğə, qənaətə və dünya zillətinə daxil olmaq üçün alıbdır. Əgər bu evdə hər cür ixtilaf və fəsad baş verərsə İran Roma və Yəmən şahlarının çürümüş cəsədlərinin öhdəsinədir. Bu müddəanın şahidi həvayi-nəfsin tabeçiliyindən çıxan, dünyapərəstlik zəncirlərindən azad olan əqlin etdiyi hökmdür.




84-Öz mehvƏri ƏtrafInda quldurluq edƏnƏ Əli (Əleyhissalam)-In KƏsKin sifarişi


Əli (əleyhissalam)-ın xilafətinin birinci ili idi. Əş”əs ibni Qeys ki, Osman tərəfindən Azərbaycanın valisi idi öz məqamında qaldı İmam Əli (əleyhissalam) öz ətrafındakı quldurluqdan xəbərdar idi. Buna görə də katibi Übeydullah ibni Əbi Rafiə Əş”əsə aşağıdakı məktubu yazmasını əmr etdi. O 36-cı ilin Şəban ayında məktubu yazdı və o məktub Ziyad ibni Mərhəb Həmədaninin vasitəsilə Əş”əsə çatdırıldı. Orada deyilirdi:

“Hakimlik məqamı sənin su və çörəyin üçün körpüyə çevrilməsin. Bəlkə bu məqam bir əmanətdir ki, sənin boynundadır, gərək özündən yüksək olan məqama itaət edəsən! Sənin haqqın yoxdur ki, millətə qarşı rə”y istebdadı ilə rəftar edəsən. Beytül-mal da gərək layiqli yerdə tam ehtiyatla sərf edilsin. Gərək Allahın mallarını mənə tərəf göndərəsən. Ümid edirəm ki, mən sənə pis rəis olmaram.”

Bu məktubun bir hisəsi idi. Məktubu bütövlükdə oxumaq istəyənlər Ayətullah Xoyinin “Nəhcül-bəlağə”-nin şərhi kitabının 17-ci cildinin 181-ci səhifəsinə müraciət edə bilərlər. Bu kitabda gəlmişdir: Elə ki, məktub Əş”əsə çatdı ayağa qalxıb camaat arasında çıxış edib dedi:

“Ey Camaat! Əmirəl-Möminin Osman məni Azərbaycanın hakimi təyin etdi və özü dünyadan getdi. İndi camaat Əli (əleyhis-salam)-la beyət ediblər. Biz Əli (əleyhis-salam)-ın da ardınca Osmanın ardınca getdiyimiz kimi gedəcəyik.

Əş”əs mənzilinə qayıtdıqdan sonra öz yaxın əshablarını çağırıb onlara dedi: Əli (əleyhissalam)-ın məktubu məni dəhşətə salıbdır. O, Azərbaycanın mallarını tələb edir. Bilin ki, mən (tezliklə) Müaviyəyə qovuşaram.” Əshab narahat olub dedilər:

Ölüm sənin üçün bu qərara gəlməkdən daha yaxşıdır. Nədən ötrü öz şəhər və qəbilənin camaatını buraxıb özünü Şam camaatının günah bataqlığında batırırsan?!

Əş”əs bu sözləri eşitdikdən sonra özünə gəlib qərarını həyata keçirməkdən həya etdi. Buna görə də Kfəyə gəlib Əli (əleyhissalam)-la görüşdü və özünü Həzrətə təslim etdi.



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin