Azərbaycan Respublikasının "Kibercinayətkarlıq haqqında" Konvensiyanın 38-ci maddəsi üzrə
BƏYANATI
Azərbaycan Respublikası, Konvensiyanın 38-ci maddəsinə uyğun olaraq, Konvensiyanın müddəalarının Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində həyata keçirilməsinə həmin ərazilər işğaldan azad edilməyənədək zəmanət verə bilməyəcəyini bəyan edir.
Azərbaycan Respublikasınm "Kibercinayətkarlıq haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin "b" yarımbəndi üzrə
QEYD – ŞƏRTİ
Azərbaycan Respublikası Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin "b" yarımbəndinə dair bəyan edir ki, əməllər az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli hesab edilmədikdə, cinayət deyil, tənbeh edilə bilən hüquq pozuntuları kimi qiymətləndirilir. Cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi əhəmiyyətli zərərə səbəb olursa, cinayət sayılır.
Azərbaycan Respublikasının "Kibercinayətkarlıq haqqında" Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndi üzrə
QEYD – ŞƏRTİ
Azərbaycan Respublikası, Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinə dair Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilən əməlləri, az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli cinayət hesab edilmədikdə, cinayət tərkibli hüquq pozuntuları kimi yox, cəzalandırıla bilən hüquq pozuntuları kimi qiymətləndirir, cinayət məsuliyyətinin yalnız göstərilən əməllər əhəmiyyətli zərərlə nəticələndiyi halda yarandığı barədə qeyd-şərt edir.
Azərbaycan Respublikasının "Kibercinayətkarlıq haqqında" Konvensiyanın 42-ci maddəsi və 4-cü maddəsinin 2-ci bəndi üzrə
QEYD – ŞƏRTİ
Azərbaycan Respublikası, Konvensiyanın 42-ci maddəsinə və 4-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq, cinayət məsuliyyətinin yalnız Konvensiyanın 4-cü maddəsində göstərilən əməllər əhəmiyyətli zərərlə nəticələndiyi halda yarandığı barədə qeyd-şərt edir.
Azərbaycan Respublikasının "Kibercinayətkarlıq haqqında" Konvensiyanın 42-ci maddəsi və 29-cu maddəsinin 4-cü bəndi üzrə
QEYD – ŞƏRTİ
Azərbaycan Respublikası, Konvensiyanın 42-ci maddəsinə və 29-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq, verilənlərin mühafizəsinin təminatına dair sorğunun əsaslandığı cinayət aşkar edildiyi vaxt, həmin cinayət Azərbaycan Respublikası qanunvericiliyinə görə cinayət hesab edilmədiyi halda, verilənlərin mühafizəsinin təminatı ilə bağlı sorğunun icrasından imtina etmək hüququna malikdir.
Dostları ilə paylaş: |