“Bayatı – Kürd” fantaziyasını yazmışdır
1938-ci ildə C.Qaryağdının ifasından “50 xalq mahnısının” məcmuəsi çapdan çıxır. Həmin ildə Moskvada keçiriləcək Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyünə o, Ü.Hacıbəyovun “Arşın mal alan” operettasını xalq çalğı alətləri orkestri üçün işləmiş və dirijorluğunu etmişdir. Bu dövrdə yazdığı ilk “5 manatlıq gəlin” musiqili komediyasında kəskin, komik, aktual mövzu dövrün müasir tələblərinə uyğun idi. Dram tamaşalarına yazılan musiqi sahəsində də bəstəkar öz fəaliyyətini davam etdirmişdir. Məsələn, M.İbrahimovun “Həyat”, M.F.Axundovun “Hacı Qara”, S.Vurğunun “Vaqif”, C.Cabbarlının “Od gəlini”, “Almas” və bir çoxlarını göstərmək olar.
40-50-ci illərdə S.Rüstəmov mahnı janrına üstünlük verərək “Sumqayıt”, “Sürəyya”, “Neftçi oğlan”, “Mən sülhə səs verirəm”, “Bənövşə”, “Sevgilim”mahnılarını yazır. Bunlardan “Sürəyya”, “Mən sülhə səs verirəm”, “Sumqayıt” mahnıları 1951-ci ildə Dövlət mükafatına layiq görülmüşdür.
S.Rüstəmov 1983-cü ildə vəfat etmişdir. Əsərləri "Alma" - sözləri: Mehdi Seyidzadə4 "Ana məktəb" "Azərbaycan melodiyası" "Dağlar" - sözləri: Mehdi Seyidzadə "Dörd pyes" "Dəstə rəhbəri" "Düşərgəmiz" "Getmə" "Gəlin baxçamıza" "Gün, çıx" - sözləri: Mehdi Seyidzadə "Keçi" "Kəndimiz" "Maral" - sözləri: Mehdi Seyidzadə "Marş" (duet) "Qaytağı" "Qış baba" - sözləri: Mehdi Seyidzadə "Quzum" – sözləri: Mehdi Seyidzadə "Saat" "Sarmaşıq" - sözləri: Mehdi Seyidzadə "Səhər nəğməsi" "Sərhədçilər marşı" "Sözsüz mahnı" "Uçun, quşlar" - sözləri: Mehdi Seyidzadə "Usta olacaq" "Uşaq və buz" - sözləri: Mirzə Ələkbər Sabir "Xəzər" - sözləri: Mehdi Seyidzadə "Yağış" - sözləri: Mehdi Seyidzadə "Yaşa Azərbaycan" "Yaz günləri" -
Arif Məlikov (Cahangiroğlu) (1933)
Respublikanın talantlı, istedadlı bəstəkarlarından olan A.Məlikov ziyalı ailəsində Bakıda anadan olmuşdur.
1957-ci ildə
Dostları ilə paylaş: |