“Kiçik orqan” kitabını yazır. 1739-cu ildə yazdığı Clavierbung və "Böyük on səkkiz"



Yüklə 56,1 Kb.
səhifə20/35
tarix31.12.2021
ölçüsü56,1 Kb.
#112528
1   ...   16   17   18   19   20   21   22   23   ...   35
musiqi bestekarlar

“Nağıl” simfonik poemasını yazır. Konservatoriyanı bəstəkar I simfoniyası ilə bitirir. 1958-ci ildən etibarən A.Məlikovun müstəqil yaradıcılıq yolu başlayır. 1959-cu ildə Füzulinin 400 illiyi ərəfəsində “Füzulinin xatirəsinə” simfonik poemasını yazır və həmin poeman respublika mükafatına layiq görülür. Q.Qarayevin məsləhətilə N.Hikmətin motivləri əsasında A.Məlikov “Məhəbbət əfsanəsi” baleti üzərində işləyir və 1961-ci ildə baletin ilk tamaşası olur. (Leninqradda) Balet çox böyük müvəffəqiyyət qazanaraq müxtəlif şəhərlərdə tamaşaya qoyulmuş və tamaşaçıların rəğbətini qazanmışdır.(Bakıda,Moskvada, İstanbulda və s.

Həmin ildə bəstəkar III simfoniyası üzərində işləməyə başlayır və 1974-cü ildə onu tamamlayır. Bunun ardınca 1977-ci ildə IV simfoniyasını tamamlayır. Əsər ilk dəfə 1977-ci ildə Moskvada səslənmişdir.

Rüstəm və Zöhrab”, “Siyavuş”, “Axırıncı aşırım”, “Qərib cinlər ölkəsində” və s. (k\f) Eləcə də “Səda”, “Torpağa sancılan qılınc” (N.Xəzri), “Qavroş” (Hüqo), “Atabəylər” (N.Həsənzadə), “Komsomol poeması” (S.Vurğun) dram tamaşalarına musiqi yazmışdır. A.Məlikov 50-dən yuxarı mahnılar yazmışdır. O, həmçinin dirijor kimi də fəaliyyət göstərir.

“Məhəbbət əfsanəsi” baleti - 1995-ci ildə yazdığı VII simfoniya türk xeyriyyəçisi İnsan Doğramaçıya həsr olunmuşdur. VIII simfoniya 43 “Ədəbiyyat” (2003) adlanır.

Arif Məlikov 2019-cu ildə vəfat etmişdir.

CAHANGİR CAHANGİROV (1921-1992)

Azərbaycan xalqının fikir və hisslərinin nikbinliyi, gənclərimizn əmək rəşadəti, bayram şənliyi lövhələri bəstəkarın yaradıcılığının əsas mövzusudur. Cahangirovun vokal janrına, xüsusilə xor sənətinə olan münasibəti onun yaradıcılığında nəzərə çarpan xüsusiyyətlərdəndir. Onun yaradıcılığına xas olan səciyyəvi xüsusiyyətlər də - melodikanın lirikliyi, həzin və axıcılığı da məhz musiqisilə xarakter cəhətlərdəndir. C.Cahangirov 1921-ci ildə neftçi ailəsində anadan olmuşdur.

Xor musiqisi Cahangirovun yaradıcılığının əsas sahəsini təşkil edir. Cahangirov yaradıcılığında diqqəti cəlb edən amillərdən biri də onun xalq musiqisinə olan münasibətidir.

Xalq mahnılarının tərtibinə Cahangirov yaradıcılığında tez-tez rast gəlmək olar. O, “gül açdı, bahar oldu”, “Nargilə”, “aman kəklik”, “Yar neylədim sənə” mahnılarını a kapella xor üçün tərtib etmişdir.

1947-ci ildə Azərbaycan ictimaiyyəti dahi şair N.Gəncəvinin 800 illik yubileyini qeyd edərkən C.Cahangirov şairin sözlərinə xor üçün


Yüklə 56,1 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin