"Şənlik" süitasını da qeyd etmək olar.
2 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf Nişanı" ordeni və müxtəlif medallarla təltif olunmuşdu. 1960-cı ildə ona əməkdar incəsənət xadimi fəxri adı verilmişdir. 5 iyul 1975-ci ildə (63 yaşında) Bakıda vəfat etmiş bəstəkar 2- ci fəxri xiyabanda torpağa tapşırılmışdır.
Mahnıları: Ad günü - Sözləri : Tofiq Mütəllibov, Bağçamız - Sözləri Cahangir Məmmədov, Balaca kapitan- Sözləri : Cahangir Məmmədov, Bizim Bakı metrosu - Sözləri Hikmət Ziya, Bizim gəmi - Sözləri : Cahangir Məmmədov, Buzov - Sözləri : Cahangir Məmmədov, Dostluq qatarı - Sözləri Cahangir Məmmədov, Gəl, gəl, a yaz günləri - sözləri: Mirzə Ələkbər Sabir, Kukla - sözləri: Cahangir Məmmədov, Qırmızı şar - sözləri: Cahangir Məmmədov,
Şəfiqə Axundova (1924 – 2013)
Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998- ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.
O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olmuşdur. Şəfiqə xanım həm də bir sıra gözəl mahnaların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur. Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan 9 qadın kimi tarixə düşüb.
Dostları ilə paylaş: |