Kimə: Acıq Cəmiyyət İnstitutu-Yardim Fonduna Kimdən



Yüklə 70,31 Kb.
tarix14.07.2018
ölçüsü70,31 Kb.
#56413

Kimə: Acıq Cəmiyyət İnstitutu-Yardim Fonduna

Kimdən: İqtisadi Tədqiqatlar Mərkəzi tərəfindən
Aralıq Hesabat (qrant № 14237)
Aralıq hesabat 01.03.2007-01.07.2007-ci il tarixləri əhatə edir. Acıq Cəmiyyət İnstitutu-Yardim Fondu və İqtisadi Tədqiqatlar Mərkəzi arasında imzalanmiş müqavilə ilə təsdiq olunmuş fəaliyyət planina əsasən İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılmasi” Koalisiyasının Vahid Layihəsi çərçivəsində aralıq dövrdə aşağıdakı işlər görülmüş və ilkin nəticələr əldə edilmişdir.

İ. Bakı və region Universitetlərində “Neft gəlirləri və onların səmərəli istifadəsi” mövzusunda dəyirmi masaların keçirilməsi istiqaməti üzrə aralıq mərhələdə “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının 2007-ci il fəaliyyət planına uyğun olaraq Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetlərində, “Azərbaycan” Universitetində, Azərbaycan Dillər Universitetində, Azərbaycan Texniki Universitetində və Gəncə Kənd Təsərrüfatı Akademiyasında dəyirmi masalar keçirilmişdir. “Neft gəlirləri və onların səmərəli istifadəsi”mövzusunda dəyirmi masaların keçirilməsi layihəsi üzrə birinci mərhələnin maliyyə hasabatı vaxtında təqdim edilmişdir. Dəyirmi masaların işinə MSŞA-nın və mədən sənayesində təcrübəsi olan mütəxəssislər və ekspertlər cəlb edilmişlər. Dəyirmi masalar təqvim-planına uyğun olaraq həyata keçirilmişdir.



n/n

Tədbirin keçirildiyi yer

Məruzəçi

Mövzu

Təşkilatçı / icarədar

Tarix

1.

AzDİU


“Ekspert” jurnalının baş redaktoru, iqt. elm. nam. Mehdiyev Azər Seyfəli oğlu

“Neft gəlirləri və onların səmərəli istifadəsi”


Prof. dekan Hacıyev Əlı Vəli oğlu,

Hüseynov Fəxrəddin Qasım oğlu



17 May 2007 saat 11.30

2.

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Tex. elm. nam. Zeynalov Telman

Səlum oğlu



“EİTİ prinsiplərində ətraf mühitin vəziyyəti”


Prof. kaf. müdiri Ocaqov Həbib Osman oğlu,

Ramazanlı Hüseyn İdris oğlu



17 May 2007 saat 14.00

3.

“Azərbaycan” Universiteti


Prof. Rəsulov Fuat Həsən oğlu

“Neft gəlirlərinin Azərbaycan iqtisadiyyatına təsiri”

Tədris işləri üzrə prorektor, prof. Talışlı Mahir İbrahim oğlu,

Vəliyev Rövşən Rəşid oğlu



18 May 2007 saat 12.00

4.

Azərbaycan Dillər Universiteti



Tacirlər və İstehsalçılar Birliyinin sədri Rəhmanov Sevgim Xanağa oğlu

“Beynəlxalq şəffaflıq təşəbbüsləri və Azərbaycan”


Kərimov Mehman Xanlar oğlu-müəllim,

Kərimzadə İlhami Ədalət oğlu




24 May 2007 saat 13.00

5.

Azərbaycan Texniki Universiteti

İqt. elm. nam. Hüseynli İlham Qəşəm oğlu

“BTC və CQBK layihələrin həyata keçirilməsində sosial təsirlər”

Baxşiyev Ramiz Xaləddin oğlu- müəllim,

Salamova Amalya Qadir qızı



31 May 2007 saat 11.00

6.

Gəncə Kənd Təsərrüfatı Akademiyası

İqtisadi ve Siyasi Araşdirmalar Mərkəzin sədri Bağırov Sabit Aydın oğlu

“Neft amili və onunla əlaqədar qazanclar, imkanlar, təsirlər”

Akademiyanın müəllimi Abbasov İrşad Mehralı oğlu,

Vəliyev Aslan Nəsib oğlu



30 iyun 2007-ci il saat 13.00

Ölkənin 6 universitetlərində keçirilən dəyirmi masalarda əsasən professor, müəllim və tələbə heyəti iştirak etmişlər.


Tədbirlərdə 178 nəfər tələbə, 56 nəfər müəllim, professor və elm sahəsində çalışan mütəxəssislər fəal iştirak etmişlər. Ümumən tədbirlərdə 234 nəfər iştirak etmişdir. Hər bir tədbirdə nəzərdə tutulduğu 30 nəfər əvəzinə orta hesabla 39 nəfər iştirak etmişdir.
Təqvim-planindan göründüyü kimi məruzəçilərin hamısı yəni 6 nəfər Koalisiya üzvlərindən ibarət olmuş, təşkilatçılarının 3 nəfəri koalisiya üzvlərindən, 3 nəfəri isə universitet nümayəndələrindən ibarət olmuşdur. Layihənin həyata keçirilməsində koalisiyanın üzvü olan (assistent nəzərə alınmaqla) 10 təşkilatdan 10 nəfər iştirak etmişdir.
Hər bir tədbir haqqında, tədbirdən öncə dəyirmi masanın keçirilmə tarixi, məruzənin mövzusu, məruzəçi, keçirilmə yeri və iştirakçılar haqqında mütamadi olaraq məlumat internet vasitəsi ilə yayılmışdır. Dəyirmi Masaların keçirilməsi haqqında məlumatlar MSŞA Koalisiyasının rəsmi veb-saytında və elektron bülletenində yerləşdirilmişdir.
Layihənin həyata keçirilməsində təbliğat materiallarından geniş istifadə edilmişdir. Koalisiya tərəfindən çap olunan kitab və plakatlar tədbir iştirakçılarına paylanmişdır. Lakin təbliğat materiallarının, xüsusən kitablara ehtiyac daha böyük olduğu məlum oldu. Fikrimcə, neft gəlirləri və onların xərclənməsi ilə bağlı MSŞA Koalisiyası tərəfindən yeni kitabların nəşr etdirilməsi məqsədə uyğun olardı.
Layihənin həyata keçirilməsində aşağıdakı nəticələrə nail olunmuşdur:

- Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması, ölkənin iqtisadi və sosial sahədə inkişafında ciddi amil olmasının dərk edilməsində xeyli irəliləyiş olmuşdur;

- MSŞA-nın mədən sənayesində şəffaflığın artırılması ilə əlaqədar tədbirlərində və təbliğində cəmiyyətin iştirakının və dərk edilməsində müəyyən irəliləyiş olmuşdur.
Universitetlərdə mühazirə və diskusiyaların keçirilməsi zamanı aşağıdakı problemlərin mövcud olduğu müəyyən edildi:

- Baxmayaraq ki, universitetlərdə cəmiyyətin ziyalı təbəqəsi çalışır, onların neft gəlirləri, neft gəlirlərin xərclənməsi və ümumiyyətlə EITI barədə məlumatliliq səviyyəsi çox aşağı olması;

- Müəllim və tələbələrin neft kontraktları haqqında bilgilərin az olması;

- Mədən sənayesi gəlirlərinin əhalinin sosial durumuna və onların həyat səviyyəsinin yaxşılaşmasına təsiri barədə bilgilərin olmaması;

- Mədən sənayesi gəlirlərinin xərclənməsində şəffaflığın artırılmasının əhəmiyyəti;

- İctimai diqqətin neft və şəffaflıq prosesinə yönəldilməsinin və prosesin daim diqqətdə qalmasının təmin olunması;

- Əhalinin bilik və bacarıqlarının artırılması, onların passiv vəziyyətdən aktiv fəaliyyətə keçməsi;

- Neft gəlirlərinin idarə olunması sahəsində şəffaflığın artırılması;

- Neft gəlirlərindən istifadə məsələlərində hökumətin və ictimai məsuliyyətin catışmazlığı probleminin həllinə yardım edilməsi;

- İctimai şüurda dəyişikliyin, yəni sosial dəyişiklik üçün bazanin təmin olunması.


Layihənin birinci mərhələsinin ilkin nəticəsi kimi sizin nəzərinizə çatdırmaq istəyirəm ki, neft kontraktları haqqında bilgilərin artırılması, mədən sənayesi gəlirlərinin xərclənməsində şəffaflığın artırılmasının əhəmiyyəti və əhalinin sosial durumuna təsirinə dair maarifləndirilməsi baxımımdan universitetlərdə dəyirmi masaların keçirilməsi böyük əhəmiyyət kəsb etmişdir.
Keçirilən hər bir tədbir haqqında daha geniş məlumatla MSŞA Koalisiyasının rəsmi veb-saytında və elektron bülletenində tanış ola bilərsiniz.

İİ. İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılmasi” Koalisiyasının Vahid Layihəsi və “Vətəndaşların məlumatlılığı və neft gəlirlərinin səmərəli istifadəsinə maraqlarının artırılması kampaniyalarının keçirilməsi” istiqaməti çərçivəsində aralıq hesabat dövründə keçrilmiş Dəyirmi Masanın həyata keçrilməsi ilə bağlı MSŞA seçim qrupunun razılıq qərarından dərhal sonra layihənin həyata kecrilməsi ilə bağlı toplantıda görüləcək işlərlə bağlı faliyyət proqramı hazırlanaraq, layihə iştirakçıları arasında bölgü aparıldı və aşağıdakı işlər görülüb .

2.1. İyunun 3-də Mingeşevir şəhərində keciriləcək dəyirmi masa ilə baqlı MSŞA adından Mingəçevir Şəhər İH və şəhər bələdiyəsinin rəhbərlərinə bildiriş Məktubu hazırlznmış və göndərilmişdir. İlk Dəyirmi Masa iyunun 7-də Demokratik Dəyərləri Müdafiə Fondunun rəhbəri Əsgər Əhməd və keçiriləcək tədbirin təşkilatçısı Ruhəngiz Hüseynova Mingəçevir şəhərinə dəyirmi masanin keçrilməsi ilə bağlı bir günlük səfər etmişlər. Onlar, yerli fəallarla gorüşülərək tədbir barədə söhbət aparmış, tədbir barədə elanlar şəhərin müxtəlif yerlərinə asilmış, tədbirin keçriləcəyi yer və tədbirlə baqlı ortaya çıxan bezi texniki məsələləri həll etmişlər. İlk “dəyirmi masa” iyunun 10- da “Mədən sənayesində şəffaflığın artırılmasi” Koalisiyasının Vahid Layihəsi və “Vətəndaşların məlumatlılığı və neft gəlirlərinin səmərəli istifadəsinə maraqlarının artırılması kampaniyalarının keçirilməsi” proqramı çərçivəsində Mingəçevir şəhərində keçrildi. Tədbirin mövzusu: “Azərbaycanın əldə edəcəyi neft gəlirləri və Neft Fondu vəsaitlərinin idarə olunması”. Tədbirdə Mingəçevir şəhərini 30- dan yuxarı ictimai fəalı (yerli QHT nümayəndələri, müəllimlər bələdiyyə üzvləri tələbə gənclər və b) Mingəçevir TV- nin və Mingəçevirin işıqları qəzetinin əməkdaşları eləcədə sublayihənin həmkoordinatoru Demokratik Dəyərləri Müdafiə Fondunun rəhbəri Əsgər Əhməd bu tədbirin təşkilatçısı Ruhəngiz Hüseynova və Məruzəçi kimi Sosial-İqtisadi hüquqlar üzrə monitorinq-təlim mərkəzinin rəhbəri Həmid Xəlilov iştirak edirdilər. Tədbiri giriş sözü ilə Əsgər Əhməd açaraq qısa tanışlıq və tədbirin mahiyəti, eləcədə, MSŞT haqqında, MSŞA-Koalisiyasının yaranması fəaliyyəti haqqında iştirakçılara məlumat verdikdən sonra sözü çıxışçı Həmid Xəlilova verdi. O, tədbir iştirakçılarına Azərbaycanda əldə olunan və olunacaq neft gəlirləri,eləcədə Neft Fondu vəsaitlərinin idarə olunması haqqıda geniş məlumat verdi. Məruzə ətrafında qızğın və maraqlı disskusiyalar oldu. Digər 5 dəyirmi masaların hamısının keçrilməsi ilə bağlı tədbirdən bir gün əvvəl tədbirin keçiriləşəyi bölgələrə səfərlər edilərək, (həmdə gecələməklə) tədbirlərin təşkilatı işləri həll edilmişdir:

2.2. Belə ki, növbəti “dəyirmi masa” 06 iyun 2007-ci ildə “Mədən sənayesində şəffaflığın artırılmasi” Koalisiyasının Vahid Layihəsi və “Vətəndaşların məlumatlılığı və neft gəlirlərinin səmərəli istifadəsinə maraqlarının artırılması kampaniyalarının keçirilməsi” proqramı çərçivəsində Quba şəhərində keçrildi. Tədbirin mövzusu: “Neft gəlirləri və Azərbaycanı gözləyən prespektivlər”. Tədbirin Məruzəçisi: Himayət Rizvanqızı. Tədbirdə Quba şəhəırinin 30 -a qədər ictimai fəalı (yerli QHT nümayəndələri, siyasi partiya fəalları, gənclər və b.), eləcədə, sub-layihənin həmkoordinatoru Demokratik İnkişaf və İqtisadi Əməkdaşlıq Ictimai birliyinin rəhbəri İlham Hüseynli, tədbirə məsul şəxs Fuad Qəhrəmanlıda və.b. iştirak edirdilər. Məruzəçi Himayət xanım öz çıxışında bildirdi ki, təbii ehtiyatların zənginliyi ölkəmiz, cəmiyyətimiz üçün böyük iqtisadi üstünlüklər və perspektivlər vəd etməsinə rəğmən, İctımai həyatda bu iqtisadi üstünlüklər və perspektivlərin reallaşma ehtimalı bir qədər problematikdir. Çünki bu şübhələri ölkədə aparılan neft siyasəti söyləməyə əsas verir. Bu gün Azərbaycan cəmiyyətini Neft gəlirlərindən düzgün istifadə olunurmu?, bütün neftlə bağlı xərc və gəlirlər açıqlanırmı?, Azərbaycanın neft gəlirləri nə dərəcədə şəffafdır? və s. Bağlı suallar maraqlandırır.

2.3. Növbəti “dəyirmi masa ” iyunun 17-də “Mədən sənayesində şəffaflığın artırılmasi” Koalisiyasının Vahid Layihəsi və “Vətəndaşların məlumatlılığı və neft gəlirlərinin səmərəli istifadəsinə maraqlarının artırılması kampaniyalarının keçirilməsi” proqramı çərçivəsində Biləsuvar şəhərində keçrildi. Tədbirin mövzusu: “MSŞT siyasəri və ətraf mühut”. Tədbirin məruzəçisi: Telman Zeynalov. Tədbirdə Biləsuvar şəhəırinin 30 -dan yuxarı ictimai fəalı (yerli QHT nümayəndələri, müəllimlər, bələdiyyə üzvləri gənclər və b.), eləcədə, sublayihənin həmkoordinatoru Demokratik İnkişaf və İqtisadi Əməkdaşlıq ictimai birliyinin sədri İlham Hüseynli, tədbirin təşkilatçısı Teyyub Muradlı da iştirak edirdilər. Məruzəçi öz çıxışında bildirdi ki, Azərbaycanın yaxın gələcəkdə iqtisadi inkişaf prespektivləri neft hasilatından əldə olunan gəlirlərdən səmərəli istifadə olunmasına bağlıdır. Azərbaycanın neft gəlirləri artdıqca əldə olunan vəsaitlərin şəffaf şəkildə idarə olunması və həyata keçirilən investisiya layihələri üzərində ictimaiyyətin nəzarətinin həyata keçirilməsi ehtiyacı daha da aktuallaşmaqdadır. Külli miqdarda neftin çıxardılması Azərbaycan ekologiyasına da ciddi ziyanlar vurur. Milyardlarla dollar neftdən gəlir əldə edilməsinə baxmayaraq ekoloji təhlükəsizliyə qoyulan pullar çox cüzidir.

2.4. Növbəti “dəyirmi masa ” iyunun 22-də “Mədən sənayesində şəffaflığın artırılmasi” Koalisiyasının Vahid Layihəsi və “Vətəndaşların məlumatlılığı və neft gəlirlərinin səmərəli istifadəsinə maraqlarının artırılması kampaniyalarının keçirilməsi” proqramı çərçivəsində Akstafa şəhərində keçrildi. Tədbirin mövzusu: “Neft gəlirləri və Azərbaycanı gözləyən prespektivlər”. Tədbirin məruzəçisi: Məhəmməd Talıblı olub. Tədbirdə Akstafa şəhərinin 30-a qədər ictimai fəalı (yerli QHT nümayəndələri siyasi partiya fəalları və b.), eləcə də, tədbirə məsul şəxs Fuad Qəhrəmanlı və başqaları iştirak edirdilər. Məruzəçi M.Talıblı öz çıxışında bildirdi ki, ictimai nəzarətin həyata keçirilməsi daha çox Azərbaycan cəmiyyətinin ölkədə həyata keçirən neft strategiyası barədə məlumat səviyyəsindən asılıdır. Aparılan müşahidələr onu göstərir ki, ölkənin paytaxtına nisbətən informasiya məkanının daha dar olduğu regionlarda əhalinin Azərbaycanın neft gəlirləri barədə məlumatı ümumiyyətlə məhduddur. Bir çox hallarda demək olar ki, neftdən əldə olunacaq vəsaitlərin məbləği, onların idarə olunması qaydaları, dğvlət büdcəsində neft gəlirlərinin miqdarı, bu gəlirlər hesabına həyata keçirilən sosial layihələr barədə demək olar ki. Insanlar məlumatsızdırlar. Və narahatlıq doğuran cəhətlərdən biri də odur ki, xüsusilə ölkə vətəndaşlarının əyalətlərdə yaşayan hissəsi neft gəlirləri bağlı vəsaitlərin idarə olunmasında hökümətin onlar qarşısında məsuliyyət daşımasının və bu prosesə vətəndaş nəzarətinin təmin olunmasının vacibliyinin o qədər də fərqində deyillər.

2.5. Növbəti “dəyirmi masa” iyun 24-də “Mədən sənayesində şəffaflığın artırılmasi” Koalisiyasının Vahid Layihəsi və “Vətəndaşların məlumatlılığı və neft gəlirlərinin səmərəli istifadəsinə maraqlarının artırılması kampaniyalarının keçirilməsi” proqramı çərçivəsində növbəti “dəyirmi masa ” İmişli şəhərində keçrildi. Tədbirin mövzusu: “MSŞT və icma inkişafı”. Tədbirin Məruzəçisi: Mais Güləliyev olub. Tədbirdə İmişli şəhəırinin 34 - nəfər ictimai fəalı (yerli QHT nümayəndələri, müəllimlər, bələdiyyə üzvləri gənclər və b.), eləcə də, sublayihənin həmkoordinatoru Demokratik İnkişaf və İqtisadi Əmakdaşlıq ictimai birliyinin rəhbəri İlham Hüseynli, bu tədbirin təşkilatçısı Elşad İbişli də iştirak edirdilər. Məruzəçi M. Guləliyev öz çıxışında bildirdi ki, Azərbaycanın dövlət büdcəsinin 60%-dən yuxarı hissəsinin neftdən gələn gəlirlər hesabına formalaşdığını nəzərə alaraq demək olar ki, regionlarda bu barədə məlumatlandırma işinin həyata keçirilməsi QHT-lərlə yanaşı, institutisional bir qrum kimi icmaların və yerli hakimiyyət orqanlarının üzərinə düşən bir vəzifədir. Azərbaycanın EİTİ təşəbbüsünə qoşulduğunu nəzərə alaraq demək olar ki, regionlarda həyata keçiriləcək marifləndirmə fəaliyyətinin davamlılığını və səmərililiyini artırmaq üçün icmaların və müvafiq hakimiyyət orqanlarının keçiriləcək diskusiya və müzakirələrdə iştiraka cəlb olunmasına və, QHT-icma- hakimiyyət qrumları arasında maarifləndirmə istiqamətində birgə iş ənənəsinin yaradılmasına zərurət hiss olunmaqdadır. Maarifləndirmə fəaliyyətinin nəticəsi olaraq regiondakı icmalarin, QHT-lərin EİTİ təşəbbüsünü dəstəkləməsi və bu istiqamətdə gələcək fəaliyyətə yönəlmiş müstəqil təşəbbüslərin meydana çıxması planlaşdırılıb.

2.6. Növbəti “dəyirmi masa” iyunun 24-də Bərdə rayon mərkəzində yerləşən “Çinar” restoranının böyük zalında MSŞA-koalisiyasının vahid layihəsi və “Vətəndaşların məlumatlılığı və neft gəlirlərinin səmərəli istifadəsinə maraqlarının artırılması kompaniyalarının keçirilməsi” proqramə çərçivəsində keçirilmişdir.Tədbirin mövzusu: “Neft gəlirləri və ondan səmərəli istifadə məsələləri”. Məruzəçi İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisad elmləri namizədi Vüqar Bayramov olub. Tədbirdə Bərdə şəhərinin 30-a qədər ictimai fəalı: (yerli QHT və BQXC, OXFAM, “İnkişaf üçün maliyyə” kimi beynəlxalq qurumlarının yerli ofislərinin nümayəndələri, müəllimlər, məmurlar və başqaları), eləcə də, sublayihənin həmkoordinatoru Demokratik Dəyərləri Müdafiə Fondunun rəhbəri Əsgər Əhməd və məruzəçi kimi İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisad elmləri namizədi Vüqar Bayramov iştirak edirdilər. Tədbiri giriş sözü ilə Əsgər Əhməd açaraq qısa tanışlıq və tədbirin mahiyyəti, eləcədə, MSŞT-nin mahiyyəti, onun başlıca prinsipləri və fəlsəfəsi haqqında, MSŞA - Koalisiyasının yaranması və fəaliyyəti haqqıda iştirakçılara məlumat verdikdən sonra sözü çıxışcı Vüqar Bayramova verdi. Azərbaycanın 2023-cü ilədək neft hasilatını təhlil edən iqtisadçı 2010-cu ildən sonra neft gəlirlərinin tədricən azalacağını və bu dəyişikliyin iqtisadi böhrana səbəb olmamağı üçün indidən neft gəlirlərindən səmərəli istifadə olunmasının əhəmiyyətini vurğuladı. Daha sonra Vüqar Bayramov ölkənin başqa makro-iqtisadi göstəricilərini, xüsusən də dövlət büdcəsini neft gəlirləri aspektindən təhlil etdi. Neft və qaz gəlirlərindən uzunmüddətli istifadə strategiyasının hazırlanmasının əhəmiyyətini bildirən cənab Bayramov həmin sənədin əhatə edəcəyi məsələlərə toxundu. Bu zaman neft gəlirlərindən istifadə üçün xüsusi tələblərin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayan məruzəçi neft gəlirlərindən istifadə variantlarının iştirakçılarının diqqətinə çatdırdı. Vüqar Bayramov həmçinin təbii resursların satışından əldə edilən gəlirlərinin yarada biləcəyi problemlərə də xüsusi yer ayırdı. O resursların lənəti (Devid Landes, Harvard Universiteti), Holland xəstəliyi ,“Afrika qızdırması”, insan kapitalının “dəyərsizləşməsi”, inflyasiya təzyiqi kimi problemlərin izahatını verdi və xüsusi misallar göstərdi. Çıxışında məruzəçi həmçinin neft gəlirlərinin səmərəli istifadəsində və eləcə də bu sahədə şəffaflığın təmin edilməsindəki təşəbbüslərdən danışaraq neft gəlirlərindən necə istifadə edilməsi ilə bağlı fikirlərini iştirakçılarla bölüşdü. Sonra Məruzə ətrafında qızğın və maraqlı disskusiyalar başladı.

İİİ. Azərbaycan ictimai birliklərinin "Mədən sənayesinde şəffaflgın artirilması" Koalisiyasının 2007-ci ildə fəaliyyəti ücün imkanların yaradılması Vahid Layihəsi çərçivəsində həyata keçirilən istiqamətlərdən biri də regionlarda filmin nümayişi istiqaməti üzrə Açıq Cəmiyyət Institutu - Yardım Fondunun maliyyə dəstəyi ilə çəkilmiş "Neft və milyardlar səltənətində" filminin nümayişi olub. Belə ki, filmin 14 iyun saat 21-45 də Mingəçevir TV ilə Aran regionu üzrə nümayişi olmuş və filmə Mingəçevir şəhəri və stansiyası, Xaldan, Yevlax, Bərdə, Tər-Tər və Naftalan rayonlarının əhalisi baxmışlar (təxminən 400000 min nəfər əhalini əhatə edir).

19 iyun saat 20-30 da Tovuz rayonunda "Simurq" TV ilə nümayişi təşkil olunmuşdur. Tovuz rayonunun kəndləri, Qazax rayonu, Akstafa rayonu, Şəmkir rayonu, Zəyəm qəsəbəsinin əhalisi filmə baxmışlar (ümumi 450000 nəfər əhalini əhatə edir).

07 iyulda saat 16-45 də isə Gənjədə "Alternativ" TV-də nümayişi olmuşdur. Filmə Gənjə, Xanlar, Samux, Daşkəsən, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Tovuz, Yevlax rayonlarının əhalisi (jəmisi 1000000 nəfər əhali) baxmışlar.

12 iyul 2007 ci il saat 21-00 da Quba rayonunda "Qütb" TV-də nümayişi olmuşdur. Filmə Quba, Dəvəçi, Xaçmaz, Qusar rayonlarının əhalisi baxmışdır (200000 nəfər əhalini əhatə edir).

Filmin nümayişindən əvvəl "Mədən sənayesində şəffaflıgın artırılması" koalisiyası haqqında geniş məlumat verilir.

Həyata keçirilən tədbirlər barədə geniş məlumat ganja.az (12.07.2007 tarixində-xəbərlər bölməsində) saytında verilmişdir.

İV. Azərbaycan ictimai birliklərinin "Mədən sənayesinde şəffaflgın artirilması" Koalisiyasının 2007-ci ildə fəaliyyəti ücün imkanların yaradılması Vahid Layihəsi çərçivəsində həyata keçirdiyi “Neft gəlirlərinin səmərəli xərclənməsinə dair radio-dialoqun keçirilməsi” layihəsi üzrə radio-dialoqlar İctimai Radionun “Diqqət Mərkəzində” verilişində yayımlanıb. Bu verilişlərdə ekspert qismində Koalisyanın Şura üzvləri Sabit Bağırov, Qubad İbadoğlu, İnqilab Əhmədov, Azər Mehtiyev, Mehriban Vəzir, İlham Hüseynli, millət vəkili İlham Məmmədov iştirak edib.

V. Azərbaycan ictimai birliklərinin "Mədən sənayesinde şəffaflgın artirilması" Koalisiyasının 2007-ci ildə fəaliyyəti ücün imkanların yaradılması Vahid Layihəsi çərçivəsində həyata keçirilən istiqamətlərdən biri də Baki və region KİV-lərində mediaforumun təşkili olub. Layihə çərçivəsində iyunun 30-da Gəncədə "Novosti Gəncə", "Gəncenin səsi", "Qanun və intizam", "Ruzigar" qəzetlərinin baş redaktorlarinin iştiraki ilə Media Forum kecirilib.


Forumda MSŞA Koalisiyasının Şura üzvləri Sabit Bagirov ve Oqtay Gulaliyev, Ehtiram Əli, Koalisiyanin Gəncə bolməsinin koordinatoru Aslan Veliyev, taninmish ekoloq Irshad Abbasov ishtirak ediblər. Jurnalistlərin coxsayli suallarini cavablandiran S.Bagirov neft gelirləri, onlarin sosial duruma təsiri, gözlənilən təhlukələr, perspektivlər, təcrubələr ve digər məsələlərə aydinliq getirib. S.Bagirov eyni zamanda, neft gelirleri heyata kecirilen boyuk infrastruktur layihelere ayrilmish vəsaitler üzərində ictimai nəzarətin güclənməsinin vacibliyini qeyd edib, bu işdə medianin rolunu xususi vurgulayib. Jurnalistlərin coxsayli suallarini cavablandiran S.Bagirov neft gelirleri, onlarin sosial duruma tesiri, gozlenilen tehlukeler, perspektivler, tecrubeler ve diger məsələlərə aydinliq gətirib. S.Bagirov eyni zamanda, neft gelirleri heyata kecirilen boyuk infrastruktur layihelere ayrilmish vesaitler uzerinde ictimai nezarətin güclənməsinin vacibliyini qeyd edib, bu işdə medianin rolunu xususi vurğulayıb.
Bununla da layihə çərçivəsində aralıq hesabat dövrü nəzərdə tutulan işlər başa çatdırılmışdır.
Yüklə 70,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin