a) İNSANIN DÜNYADAKI RƏFTARLARININ QİYAMƏTDƏ TƏCƏSSÜMÜ
Qiyamətə aid edilən və qəbul olunan məsələlərdən biri də, insan əməlinin qorunub-saxlanılması və qiyamətdə təcəssüm olunmasıdır. Allah-təala Quranda bu məsələyə işarə edərək buyurur:
«…Və o gündə (qiyamətdə) camaatın yaxşı və pis əməllərinin (toplandığı) kitabı onların qarşısına qoyarlar. Günah əhlini əməl dəftərlərinə görə həyəcanlı və hürkək görərsən, onlar özlərinə deyərlər: «Vay olsun bizə! Bu necə kitabdır ki, bizim bütün böyük və kiçik əməllərimizi, iynə ucu qədər belə yer ötürmədən bir-bir qələmə almışdır». (Bu kitabda) bütün əməllər qorunub saxlanılmışdır və hər kəs öz əməlini orada hazır görəcəkdir və sənin Allahın heç kimə haqsızlıq etməyəcəkdir»1.
Başqa bir yerdə buyurur:
«Qiyamət günü zərrə qədər yaxşı iş görən hər kəs, onun xeyrini görəcəkdir və zərrə qədər pis iş görən hər kəs də onun zərərini görəcəkdir»2.
Dostları ilə paylaş: |