BEŞİNCİ FəSİL
TöVBə Və GÜNAHIN NəTİCəLəRİ
Dini, elmi və təcrübi cəhətdən təsdiq edilmişdir ki, insanın bütün işlərinin həm bu dünyada, həm də axirət aləmində nəticəsi vardır. Bu məsələni bir bitkinin yerə əkilməsi ilə müqayisə etmək olar. Bu bitkinin toxumu gül olsa, onun gələcəkdəki məhsulu da gül olacaq, yox əgər yerə əkilən bitkinin toxumu tikan olsa, gələcəkdə o yerdə tikan bitəcəkdir.
Başqa sözlə desək, hər bir əməlin əks-əməli vardır. Misal üçün, futbol topunu yerə vurmaq bir iş və əməl, onun bu təzyiq nəticəsində yerdən qalxmasına isə əks-əməl deyilir. Topun yerdən necə qalxması bizim onu yerə necə vurmağımızdan asılıdır. İnsanın bütün işləri belədir. Amma diqqət olunmalı məsələ odur ki, əməllərin də həm axirət aləmində, həm də bu dünyada nəticəsi vardır. Bu fərqlə ki, dünyada olan nəticələr axirət aləmi ilə müqayisədə çox azdır. Həmçinin insanın gördüyü işlərin nəticəsi müxtəlif növlərdə meydana çıxır. Eləcə də nəzərə almalıyıq ki, bu dünyada insanın başına gələn bəlalardan bir hissəsi onun etdiyi pis işlərin nəticəsidir. Bə’zi bəlalar isə müəyyən adamların tərəqqi etməsi və təkamülə yetişməsinə zəmin yaradır. “Bəqərə” surəsinin 155-ci ayəsində oxuyuruq:
(وَلَنَبْلُوَنَّكُمْ بِشَـْيء مِنَ الْخَوْفِ وَالْجُوعْ...)
«Sizi mütləq sınağa çəkərik, bir az qorxu, bir az da aclıq ilə və malların, canların, məhsulların qıtlığı ilə. Səbirli adamlara müjdə ver»!
Bu barədə çoxlu hədislər də var. O cümlədən, İmam Sadiq (ə) buyurur:
اِنَّ اَشَدَّ النّاسِ بَلاءَ الاَْنْبِياءُ ثُمَّ الَّذِينَ يَلُونَهُمْ، ثُمَّ الاَْمْثَلُ فَالاَْمْثَلُ
“Ən çox bəlaya düçar olanlar (sınağa çəkilənlər) peyğəmbərlər, sonra onların yolunun davamçıları, daha sonra hər dövrdə yaxşı insanlardır».
GÜNAHIN BU DÜNYADAKI NəTİCəLəRİ HAQQINDA QUR’AN AYəLəRİ
Qur’anda günahın nəticələri haqqında onlarla ayə mövcuddur. Burada o ayələrdən bir neçəsini nəzərdən keçirək:
1. «Bəqərə» surəsinin 59-cu ayəsində oxuyuruq:
فَاَنْزَلْنا عَلَى الَّذِينَ ظَلَمُوا رِجْزاً مِنَ السَّماءِ بِما كانُوا يَفْسُقُونَ
«Zalımlara zülm etdikləri üçün göydən əzab nazil etdik».
2. «Maidə» surəsinin 49-cu ayəsində oxuyuruq:
يُرِيدُ اللهُ اَنْ يُصِيبَهُمْ بِبَعْضِ ذُنُوبِهِمْ
«Allah onları bə’zi günahlarına görə cəzalandırmaq istəyir».
3. “Ən’am» surəsinin 6-cı ayəsində oxuyuruq:
... فَاَهْلَكْناهُمْ بِذُنُوبِهِمْ
«Onları etdikləri günaha görə həlak etdim».
4. “Ə’raf» surəsinin 96-cı ayəsində oxuyuruq:
... فَاَخَذْناهُمْ بِما كانُوا يَكْسِبُونَ
«Onları əməllərinə görə cəzalandırdıq».
5. «Nəml» surəsinin 52-ci ayəsində Allah-təala buyurur:
فَتِلْكَ بُيُوتُهُمْ خاوِيَةً بِما ظَلَمُوا
«Bu onların evləridir ki, zülm etdiklərinə görə boş qalıbdır».
6. «Nuh» surəsinin 35-ci ayəsində oxuyuruq:
مِمّا خَطِيئآتِهِمْ اُغْرِقُوا
«Onlar günahlarına görə qərq oldular».
7. «Şəms» surəsinin 14-cü ayəsində oxuyuruq:
فَدَمْدَمَ عَلَيْهِمَ رَبُّهُمْ بِذَنْبِهِمْ فَسَوّها
«Batdıqları günaha görə Rəbbləri gurultulu bir əzab göndərdi, onların yurd-yuvasını yerlə yeksan elədi ».
8. «Rə’d» surəsinin 11-ci ayəsində oxuyuruq:
اِنَّ اللهَ لا يُغَيِّرُ ما بِقَوْم حَتّى يُغَيِّرِوا ما بَاَنْفُسِهِمْ
«Nə qədər ki, insanlar öz halını dəyişdirmir, Allah onların halını dəyişdirməz.»
9. «Mütəffifin» surəsinin 14-cü ayəsində oxuyuruq:
كَلاّ بَلْ رانَ عَلى قُلُوبِهِمْ ما كانُوا يَكْسِبُونَ
«Xeyr, elə deyil! Kafirlərin qəlbi qazandığı günahlardan pas atmışdır».
10. «Şura» surəsinin 30-cu ayəsində oxuyuruq:
وَما آصابَكُمْ مِنْ مُصِيبَة فَبِما كَسَبَتْ اَيْدِيكُمْ وَيَعْفُوا عَنْ كَثِير
«Başınıza nə müsibət gəlirsə, bu sizin öz işlərinizin nəticəsidir. O, çoxunu isə əfv edir».
Maraqlı budur ki, İmam Əli (ə) deyir:
Peyğəmbər (s) buyururdu ki:
خَيْرُ آية فِي كِتابِ اللهِ هذِهِ الاْيةُ
«Qur’anda ən yaxşı ayə bu ayədir».
Sonra Peyğəmbər (s) buyurur:
يا عَلِيُّ! ما مِنْ خَدْشِ عُود وَلا نِكْبَةَ قَدَم اِلاّ بِذَنْب
«Ey Əli! Hətta adi taxta parçasından dəyən zərər və insanın ayağının büdrəməsi də etdiyi günahın nəticəsidir».
GÜNAHIN AXİRəT ALəMİNə AİD Tə’SİRİ HAQQINDA BİR NEÇə AYə ... وَمَنْ جاءَ بِالسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِي النّارِ هَلْ تُجْزَوْنَ اِلاّ ما كُنْتُمْ تَعْمَلُون
1. «Pislik edən şəxslər üzü üstə od içinə atılacaqlar. Elə bilirsiniz etdiyiniz işlərin cəzası bundan başqa olacaq?!»105
2. «Cinn» surəsinin 23-cü ayəsində oxuyuruq:
وَمَنْ يَعْصِ اللهَ وَرَسُولَهُ فَاِنَّ لَهُ نارَ جَهَنَّمَ خالِدينَ فِيها اَبَداً
«Allah və Rəsuluna qarşı çıxan şəxsi Cəhənnəm odu gözləyir. Və o, od içində əbədilik qalar».
3. «Mə’aric» surəsinin 11-16-cı ayələrində buyurur:
يَوَدُّ الْمُجْرِمُ لَوْ يَفْتَدِي مِنْ عَذاِ يَوْمَئِذ بِبَنِيهِ ـ وَصاحِبَتِهِ وَاَخِيهِ ـ وَفَصِيلَتِهِ الَّتِي تُوْوِيهِ ـ وَمَنْ فِي الاَْرْضِ جَمِيعاً ثُمَّ يُنْجِيهِ ـ كَلاّ اِنَّها لَظى ـ نَزَّاعَةً لِلشَّوى
« Günahkar şəxs əzabdan qurtarmaq üçün oğul-uşağını, arvadını, qardaşını, onu həmişə himayə edən yaxın qohumlarını, yer üzündə kimi varsa hamısını fəda etmək istər. Onu Cəhənnəm odundan heç nə xilas etməz, dərisini, ətini bişirib qoparar».
4. «Mö’minun» surəsinin 104-cü ayəsində oxuyuruq:
تَلْفَحُ وُجُوهَهُمُ النّارُ وَهُمْ فِيها كالِحُونَ
«Od üzlərini yalayar və onlar cəhənnəmdə qaş-qabaqlı olarlar».
Dostları ilə paylaş: |