Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiya komputer şƏBƏKƏLƏRİ



Yüklə 103,23 Kb.
səhifə23/34
tarix01.01.2022
ölçüsü103,23 Kb.
#102963
1   ...   19   20   21   22   23   24   25   26   ...   34
TCP/IP-nin iş prinsipi İnternetə qoşulmuş istifadəçinin məlumatını, sənədlərini və fayllarını kiçik informasiya paketləri vasitəsilə uzaq məsafədə yerləşən nöqtələrə göndərməkdir. Kiçik paketlərə bölünmüş informasiya İnternet xətlərində bir-birindən asılı olmadan göndərilir. Bundan başqa, paketlərdə verilənlər nişanlanırlar ki, bunun köməyi ilə qəbul olunma ardıcıllığı pozulsa belə, nəticədə komputer nişanlara uyğun informasiyanı qəbul edir. Əgər göndərilən informasiya müəyyən olmayan səbəbdən xətdə itərsə, komputer həmin informasiyanı nişanın köməyi ilə təkrarən sorğulayır və göndərilən informasiyaya uyğun olan məlumatı və ya faylı bərpa edir.

Komputer qovşaqları dünyanın bütün ölkələrində vardır və onların sayının dəyişməsi onu göstərir ki, İnternet qlobal varlıqdır və ona qoşulanların sayı getdikcə artmaqdadır. Komputer qovşağı İnternetdə özünəməxsus ünvana malikdir. Ünvanın funksiyası analoji olaraq ev və ya iş ünvanına uyğundur. Əsas məqsəd bir nöqtədən digərinə informasiya göndərərkən informasiyanın ünvana çatdırılmasıdır.

İnternetdə komputerləri ünvanlamaq üçün DNS (Domain Name System) adlı domen sistemindən istifadə edilir. Ünvanlar rəqəmlər və adlar ardıcıllığı kimi təqdim oluna bilər. İnternetdə komputerlər verilənləri göndərmək üçün rəqəmli ünvanlardan, insanlar isə adlarla olan ünvanlardan istifadə edirlər.

DNS adlı domen sisteminin meydana çıxması hökumət orqanları tərəfindən şəbəkənin inkişafı üzərində nəzarətin itirilmasinə gətirib çıxarmışdır. Elə bu zamandan etibarən öz-özünə inkişaf edən, qeyri-mərkəzləşdirilmiş ierarxik struktur olan İnternet anlayışı meydana gəlmişdir.





  1. QLOBAL ŞƏBƏKƏLƏR

Müasir dövrdə müəssisələrin genişlənməsi onların biznes proseslərinin informasiya təminatını və avtomatlaşdırılmasını yerinə yetirən kompüter şəbəkələrinin genişlənməsi baş verir. Bunun nəticəsində də müxtəlif kompüterlərin daxil olduğu lokal şəbəkələrin müəssisə, rayon, şəhər, ölkə, region, dünya miqyasında müxtəlif əlaqə kanalları vasitəsilə birləşdirilməsi tələbatı yaranır.

Beləliklə, qlobal şəbəkə - böyük məsafələrə paylanmış və müxtəlif nöqtələrdə birləşdirilmiş ayrı-ayrı kompüterlər və lokal şəbəkələr toplusudur. Tipik qlobal şəbəkə özündə telefon xətti və ya uzaqlaşdırılmış əlaqə vasitələri ilə birləşdirilmiş hər iki tərəfindən marşrutlayıcıya malik lokal şəbəkədir.

Əlaqə kanallarının uzunluğunun böyük olmasına görə qlobal şəbəkələrin qurulması böyük xərclər tələb edir, buraya kabellərin və onların çəkilmə işlərinin qiyməti, kommutasiya avadanlıqlarının və kanalın lazımi keçirmə zolağını təmin edən aralıq gücləndirici qurğuların xərcləri, həmçinin böyük ərazilərdə yayılmış şəbəkə qurğularının işçi vəziyyətdə saxlanması və istismarı xərcləri də daxildir.

Qlobal şəbəkələr adətən böyük telekommunikasiya şirkətləri tərəfindən abo­nentlərə pullu xidmət etmək üçün yaradılır.

Qlobal şəbəkələrin qiymətinin baha olmasını nəzərə alaraq istənilən tip verilən­ləri: kompüter verilənlərini, telefon danışıqları, fakslar, teleqramlar, televiziya görün­tüləri, teletekst (iki terminal arasında verilənlərin ötürülməsi), videotekst (şəbəkədə saxlanılan verilənlərin öz terminalına götürmək) və s. verilənləri ötürə bilən vahid qlobal şəbəkənin yaradılma tendensiyası meydana gəlmişdir. ISDN- telekom­munikasiya xidmətinin inteqrasiyası üçün ilk texnoloqiya 70-ci illərin əvəllərindən inkişaf etməyə başlayıb. Hansı komponentlərin arendaya götürülmə­sindən asılı olaraq korporativ şəbəkələrdə aşağıdakı əlaqə növlərindən istifadə olunur:

-ayrılmış kanallar;

-kanalların kommutasiyası;

-paketlərin kommutasiyası.




Yüklə 103,23 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin