Geniş şəbəkələr daha geniş coğrafi ərazi üçün nəzərdə tutulmuşdur. Bu ərazi bir bölgə, bir ölkə, hətta bütün dünyanı əhatə edəbilər. Ən böyük geniş şəbəkə, şübhəsiz, İnternetdir. Geniş şəbəkələrin əksəriyyəti iki vədaha artıq yerli şəbəkədən ibarət olur vəonlar bir-birinə yönləndiricilər vasitəsiləbağlanır. Belə şəbəkələrdə rabitə kanalı olaraq telefon sistemlərindən, rabitə peyklərindən, mikrodalğalardan, yaxud onların kombinasiyasından istifadə olunur. Geniş şəbəkənin iki variantı var:
intranet
ekstranet.
İntranet yalnız bir təşkilatın əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulur. Böyük biznes qurumlarının çoxunun müxtəlif ofisləri arasında daxili sənəd dövriyyəsi məqsədi ilə belə şəbəkələr qurulur.
Ekstranet şəbəkəsi intranetə bənzəyir, ancaq bu şəbəkədə təşkilatdan kənar xüsusi şəxslərə daxili informasiya sistemindən istifadə etməyə icazə verilir. İnternet kimi, intranet və ekstranet şəbəkələrində də veb texnologiyalarından istifadə olunur.
Şəbəkə əməliyyat sistemləri. Bildiyiniz kimi, bütün kompyuterlərin əməliy -
yat sisteminə ehtiyacı var. Əməliyyat sistemi başqa funksiyalarla yanaşı, komputerin resurslarını da idarə edir.
Kompyuter şəbəkələrində iki növ əməliyyat sisteminin olması zəruridir. Bunlardan birincisi, Windows, yaxud Mac OS kimi masaustu əməliyyat sistemidir. Digəri isə şəbəkə əməliyyat sistemidir. Masaüstü əməliyyat sistemlərinin bəziləri (məsələn, Windows, Mac OS və UNIX) şəbəkə funksiyalarına da malikdir. Bu sistemlər avadanlıqların sayı çox olmadıqda qənaətbəxş işləyir. Şəbəkənin imkanlarından tam istifadə etmək üçün isə tamfunksiyalı şəbəkə əməliyyat sistemləri tələb olunur. Şəbəkə əməliyyat sistemi serverdə işləyir, fərdi komputerlərdə administrasiya, mühafizə, fayl və printerlərin idarə olunması və digər xidmətləri təmin edir.
Dostları ilə paylaş: |