“Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında Azərbaycan Texniki Universitetinin Təhsil İnformasiya Sisteminin yaradılmasına dair Qrant Razılaşması” təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
SƏRƏNCAM
№ 352s
Bakı şəhəri, 2 noyabr 2011-ci il
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 388 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”nın 2.9-cu bəndinə uyğun olaraq:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 oktyabr tarixli 310s nömrəli sərəncamı ilə verilmiş səlahiyyətə əsasən 2011-ci il oktyabrın 12-də imzalanmış “Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında Azərbaycan Texniki Universitetinin Təhsil İnformasiya Sisteminin yaradılmasına dair Qrant Razılaşması” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılsın ki, Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi tərəfindən ayrılmış qrantın istifadəsinə dair məlumatı ildə bir dəfədən az olmayaraq, zəruri hallarda tələb olunduqda və layihə tam başa çatdıqdan sonra yekun hesabatı Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən Qrant Razılaşmasının qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Koreya tərəfinə müvafiq bildiriş göndərsin.
4. Bu sərəncamın icrasına nəzarət Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə həvalə edilsin.
5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur RASİZADƏ
Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında Azərbaycan Texniki Universitetinin Təhsil İnformasiya Sisteminin yaradılmasına dair
QRANT RAZILAŞMASI
Bundan sonra “Tərəflər” adlandırılacaq Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi İki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsini arzulayaraq aşağıdakılar barədə razılığa gəldilər:
1. Azərbaycan Texniki Universitetinin Təhsil İnformasiya Sisteminin yaradılması üzrə layihənin (bunda sonra layihə) həyata keçirilməsi məqsədilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi Koreya Respublikasının büdcə vəsaitinə və müvafiq qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qrantın ayrılması ilə bağlı müvafiq tədbirlər görəcəkdir.
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Hökumətinin müvafiq nazirlikləri ilə birgə bu Razılaşmaya əlavə olunmuş Texniki Tapşırığın IV.2 maddəsində təsvir olunmuş öhdəlikləri yerinə yetirəcəkdir.
3. Layihənin həyata keçirilməsi ilə bağlı əlavə məlumatlar Texniki Tapşırıqda əks olunmuşdur. Texniki Tapşırıqda əks olunmayan digər məlumatlar Tərəflərin birgə qərarı əsasında müəyyən olunacaqdır.
4. Tərəflər bu Razılaşmayla əlaqədar irəli çıxan məsələlər barəsində bir-biri ilə məsləhətləşmələr aparacaqlar.
5. Bu Razılaşmaya Tərəflərin qarşılıqlı yazılı razılığı ilə düzəlişlər edilə bilər. Dəyişikliklər, Tərəflər arasında razılıq məktubları mübadilə olunduqdan sonra qüvvəyə minir.
6. a) Bu Razılaşma onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə tərəflərin sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.
b) Bu Razılaşma, Tərəflərdən birinin onu ləğv etmək niyyəti barədə ən azı altı (6) ay əvvəlcədən diplomatik kanallar vasitəsilə yazılı bildiriş verməklə onu ləğv etmədiyi təqdirdə, 31 dekabr 2013-cü ilədək qüvvədə qalacaqdır.
c) Tərəflər arasında qarşılıqlı olaraq razılaşdırılmış başqa hallar nəzərdə tutulmamışdırsa bu Razılaşmanın ləğv edilməsi Razılaşma çərçivəsində həyata keçirilən və onun ləğv edildiyi zaman başa çatmamış layihələrlə bağlı fəaliyyətlərin icrasına təsir etməyəcəkdir.
Bu Razılaşma 12 oktyabr 2011-ci il tarixində hər biri Koreya, Azərbaycan və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır. Bütün mətnlər bərabər autentikdir. Bu sazişin şərhi ilə bağlı hər hansı uyğunsuzluq yarandığı təqdirdə, onun ingilis dilində olan mətninə üstünlük veriləcəkdir.
Koreya Respublikasının
|
Azərbaycan Respublikasının
|
Xarici işlər və Ticarət Nazirliyi adından
|
Təhsil Nazirliyi adından
|
Texniki Tapşırıq
I. Layihənin İcmalı
1. Layihənin adı
Layihənin adı “Azərbaycan Texniki Universitetinin Elektron Təhsil Sisteminin Yaradılmasıdır.
2. Layihənin məqsədləri
Layihənin məqsədləri aşağıdakılardır:
A. Elektron təhsil sisteminin yaradılması vasitəsilə AzTU-nun idarəçilik işlərində səmərəlilik və məhsuldarlığın artırılması.
B. Sistem vasitəsilə AzTU-nun tələbələri üçün müvafiq distant təhsil xidmətinin təmin edilməsi.
C. Koreyalı ekspertlərin ezam olunması və bir sıra təlim proqramları vasitəsilə zəruri texnologiya və biliyin ötürülməsi yolu ilə sistemin davamlı istismarı və idarəolunması üçün Azərbaycanlı mühəndis və müvafiq mütəxəssislərin bacarıqlarının artırılması.
3. Layihənin həyata keçirilmə müddəti
Layihənin müddəti VI Maddədə də qeyd edildiyi kimi Layihənin başlamasından etibarən iyirmi səkkiz (28) ay davam edəcəkdir və qarşılıqlı razılaşma əsasında dəyişdirilə bilər.
4. Layihənin həyata keçirildiyi ərazi
Layihənin həyata keçiriləcəyi ərazi Azərbaycanda, Bakı şəhərində Azərbaycan Texniki Universiteti (AzTU) olacaqdır.
5. Layihəni həyata keçirən qurumlar
A. Koreya Tərəfi: Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA)
- KOICA Layihənin icrası üçün Koreyadan olan İcraçı Şirkəti və Layihə İdarəetməsi üzrə Konsultant seçəcəkdir.
B. Azərbaycan Tərəfi: Təhsil Nazirliyi (TN) və Azərbaycan Texniki Universiteti (AzTU)
6. Layihənin büdcəsi
A. Layihə üzrə aşağıdakı tədbirlərin həyata keçirilməsi üçün KOICA iki milyon ABŞ dollarına ($2,000,000) bərabər büdcə ayırmışdır.
B. TN və AzTU IV Maddənin 2-ci bəndində qeyd edilən öhdəliklərinin yerinə yetirilməsi üçün tələb olunan kifayət qədər büdcə və işçi qüvvəsini təmin edəcəkdir.
7. Tərəflər arasında əməkdaşlıq
A. KOICA, TN və AzTU Layihənin məqsədlərinə nail olmaq üçün I Maddənin 2-ci bəndində qeyd edilən vəzifələrin yerinə yetirilməsində sıx əməkdaşlıq edəcəklər.
B. Layihənin icrası zamanı Layihə ilə əlaqədar meydana çıxa biləcək gözlənilməz problem və ya məsələlərin həll olunması üçün Tərəflər əllərindən gələni edəcəklər.
II. Layihənin Əsaslandırılması
1. Azərbaycanda Təhsil Sistemi Şəbəkəsinin İnformasiyalaşdırılması
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İnkişafı Naminə informasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 iyun tarixli 2856 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması nəzərdə tutmuşdur. Bu səyin bir hissəsi olaraq, TN AzTU-da Elektron Təhsil Sisteminin yaradılmasına dəstək verməsi üçün 15 Oktyabr 2010-cu il tarixində KOICA-ya müraciət etmişdir.
2. Layihənin texniki-iqtisadi əsaslandırılması
AzTU Azərbaycanda yüksək əhəmiyyətli bir Universitetdir və Azərbaycandakı digər universitetlər arasında model olaraq təhsil informasiya sistemini yaratmaq üçün çalışır. Beləliklə də “Azərbaycan Texniki Universitetinin (AzTU) Elektron Təhsil Sisteminin Yaradılması” Layihəsi Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasına öz töhfəsini verəcəkdir. Bundan əlavə, AzTU inzibati qabiliyyətin qısa müddətdə yüksək səmərəliliklə artırılmasında imkan əldə edə bilər.
III. Layihənin iş həcmi
Layihəyə aşağıdakı işlər və Layihənin əsas hissələri olan digər işlər daxil olacaqdır.
1. AzTU-nun Elektron Təhsil Sisteminin İnkişaf etdirilməsi
KOICA Azərbaycan Texniki Universitetinin Elektron Təhsil Sistemini inkişaf etdirəcək və həyata keçirəcəkdir. Sistemin təfərrüatları Akademik İdarəetmə Sistemi, Portal Sistemi, Veb Server Sistemi, Elektron Poçt Sistemi, Group Təminat Sistemi, Elektron Təhsil Sistemi və Elektron Təhsil kontentlərindən ibarətdir.
2. Avadanlıqla təmin olunma
Layihənin uğurla həyata keçirilməsi üçün KOICA avadanlıq və ləvazimatlarla təmin edəcəkdir. Təmin olunma barədə təfərrüatlar VI Maddənin 1.B bəndində müəyyənləşdirilir.
3. Koreyalı Ekspertlərin Azərbaycana ezam olunması
İlkin araşdırma, operativ kansaltinq, tələbat üzrə analiz, system dizaynı, system avadanlıq quraşdırılması və təlim və Layihənin gedişatına və nəticəsinə nəzarət və təftiş üçün KOICA tərəfindən seçilmiş podratçıların texnikləri də daxil olmaqla Koreyalı ekspertlər Azərbaycana ezam olunacaqdır. Ekspertlərin ezam olunması barədə təfərrüatlar VI Maddənin l.C bəndində müəyyənləşdirilir.
4. TN-nin və AzTU-nun İşçiləri və Mühəndisləri üçün Koreyada Təlim
TN-nin və AzTU-nun işçiləri və mühəndislər üçün Təlim Proqramı təşkil ediləcək və keçiriləcəkdir. Təlim Proqramının təfərrüatları VI Maddənin l.D bəndində müəyyən edilir.
IV. Tərəflərin Öhdəlikləri
1. KOICA-nın öhdəlikləri
Koreya Respublikasında qüvvədə olan qanunvericiliyə əsasən və özünün I Maddənin 6-cı bəndində qeyd edilən büdcəsi çərçivəsində KOICA aşağıdakı öhdəlikləri öz üzərinə götürür.
A. AzTU-nun Elektron Təhsil Sisteminin İnkişaf etdirilməsi
i. KOICA III Maddənin 1-ci bəndində qeyd edilən Elektron Təhsil Sistemini yaradacaq.
ii. təfərrüatları Tərəflər arasında qarşılıqlı məsləhətləşmə əsasında qərarlaşdırılacaqdır.
iii. KOICA Koreyanın qabaqcıl E-Tədris nümunə kontentini təmin edəcəkdir. (beşdən çox)
B. Layihə üçün avadanlıq və ləvazimatla təmin edilmə
i. Layihənin icrası üçün KOICA, Qoşma 1-də sadalanan zəruri avadanlıq və ləvazimatı təmin edəcəkdir.
ii. Avadanlıq və lavazimatla təmin olunmanın təfərrüatları Tərəflər arasında qarşılıqlı məsləhətləşmə əsasında qərarlaşdırılacaqdır.
iii. KOICA avadanlıq və materialların Azərbaycanda Layihə ərazisinə çatdırılması üçün nəqliyyat və sığorta xərclərini təmin edəcək.
C. Koreyalı Ekspertlərin Azərbaycana ezam olunması
i. KOICA zəruri texniki rəhbərliyi həyata keçirmək və AzTU-dan olan həmkarlarına Layihənin icrası ilə əlaqədar texniki məsələlər üzrə məsləhət vermək məqsədilə Koreyalı ekspertlər ezam edəcəkdir. Ezamiyyətin təfərrüatları aşağıdakılardır:
№
|
Sektor
|
Adam/Ay
|
1
|
İlkin Araşdırma
|
2 MM
|
2
|
Avadanlığın Quraşdırılması Sistem üzrə Təlim və Dəstək
|
10 MM
|
3
|
E-Tədrisi Kontentlərinin təlim və inkişafı
|
2 MM
|
ii. KOICA Koreyalı ekspertlərin beynəlxalq və yerli səyahət xərclərini və Azərbaycana gedib-gəlmək və qalmaq məsrəflərini təmin edəcək.
iii. Koreyalı ekspertlərlə bağlı əlavə məlumatlar Tərəflər arasında qarşılıqlı məsləhətləşmə əsasında qərarlaşdırılacaqdır.
D. Azərbaycanlı Təlim iştirakçılarının Koreyaya dəvət olunması
i. KOICA TN və AzTU-nun işçilərinə/və ya mühəndislərinə Layihənin uğurla həyata keçirilməsi üçün tələb olunan bilik və bacarıqları əldə etməyə imkan verən bir sıra təlim kursları təşkil edəcəkdir. Təlim kursları barədə təfərrüatlar aşağıdakılardır:
№
|
Sektor
|
Şəxs
|
Həftə
|
1
|
Rəhbər üçün Təlim Kursu (AzTU)
|
5
|
1
|
Rəhbər üçün Təlim Kursu (TN)
|
2
|
Aralıqcəm
|
7
|
1
|
2
|
Mühəndis üçün Təlim Kursu
|
Portal üzrə Kurs
|
2
|
2
|
Database üzrə Kurs
|
2
|
Sistem(şəbəkə) üzrə Kurs
|
2
|
Aralıqcəm
|
6
|
2
|
ii. KOICA-nın qaydalarına uyğun olaraq KOICA təlim iştirakçılarının Koreya və Azərbaycan arasında gediş-gəliş bileti, Koreyada nəqliyyat, qalmaq, yemək və gündəlik xərclərini ödəyəcəkdir.
iii. Təlim kursları ilə bağlı əlavə məlumatlar Tərəflər arasında qarşılıqlı məsləhətləşmə əsasında qərarlaşdırılacaqdır.
2. TN və AzTU-nun öhdəlikləri
Layihənin uğurla həyata keçirilməsi üçün TN və AzTU Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə əsasən aşağıdakı tədbirləri yerinə yetirəcəkdir.
A. AzTU-nun Elektron Təhsil Sisteminin İnkişafı üçün Tədbirlər
i. AzTU tövsiyyə edilmiş şəxsləri seçəcəkdir (yaxşı dərəcədə ingilis dili, Proqram üzrə 2 ildən çox təcrübə) və onlar AzTU-da bu Layihə ilə əlaqədar 2015-ci ilə qədər işləməlidirlər.
ii. AzTU Layihənin hazırlanması və həyata keçirilməsi üçün Azərbaycan tərəfindən zəruri məlumatı təmin edən məsul qurum və personal (hər kafedra ən az bir nəfər) təyin edəcəkdir. Xüsusilə bu təşkilat və personal Universitetin tətil müddətində Layihə üçün zəruri məlumatı təmin edəcəkdir.
B. AzTU üçün Elektron Təhsil Sisteminin quraşdırılması üzrə Tədbirlər
i. Bu sistem işə düşməzdən əvvəl AzTU Verilənlər Bazasına məlumat (məs: tələbə barədə məlumat, müəllim barədə məlumat və s.) daxil edəcəkdir.
ii. E-tədris kontentlərinin hazırlanması üçün AzTU hər kafedradan professor və ya müəllim seçəcəkdir. (46-ya yaxın professor və ya müəllim)
C. İnzibati Tədbirlər
i TN və AzTU Layihənin hazırlanması və həyata keçirilməsi üçün Azərbaycan tərəfindən məsul qurum və personal təyin edəcəkdir.
ii. Layihə müddətində və Layihə bitdikdən sonra Layihənin müstəqil işləməsi üçün TN AzTU kifayət qədər büdcə ayıracaq və heyət təşkil edəcəkdir.
iii. TN və AzTU Layihə ərazisi üçün əməkdaşlar, köməkçi heyət və inzibati heyəti təyin edəcəkdir.
iv. TN və AzTU səlahiyyətli qurumlardan Azərbaycanda qüvvədə olan qanunvericilik tərəfindən tələb olunan bütün zəruri razılıqları alacaq və Layihənin icrası ilə bağlı meydana çıxan və qarşı tərəfin qəsdi ilə əlaqədar olmayan bütün hüquqi məsələləri həll edəcəkdir.
v. TN və AzTU Layihənin tamamlanması üçün zəruri olan məlumat və sənədləri ingilis dilində təmin edəcəkdir.
vi. Layihənin başa çatmasından sonra avadanlığın saxlanması və təmiri üçün TN və AzTU məsuliyyət daşıyacaqdır. KOİCA layihənin icrası ilə əlaqədar ölkəyə gətirilən və layihənin icrası üçün istifadə olunan avadanlıq və materialların keyfiyyətinə zəmanət verəcək.
D. KOICA tərəfində bağışlanan Avadanlıq və Materiallar üçün tədbirlər
i. AzTU Layihə ərazilərində avadanlıq və sistem qurulması üçün müvafiq yer və qurğuları təmin edəcəkdir. (server otağı: 30 m2-ə yaxın, administrator otağı: 40 m2-ə yaxın, kondisioner, elektrik təchizatı, internet bağlantısı və s.).
ii. Mövcud Gömrük Qanunvericiliyinə (Azərbaycan Respublikasının Gömrük Tarifi haqqında Qanununun 34-cü maddəsinin (gömrük rüsumlarından azad etmə) 7-ci hissəsinə) uyğun olaraq ayrılacaq qrant vəsaiti hesabına Qoşma 1-də sadalanan zəruri avadanlıq və ləvazimatların idxalı gömrük ödənişlərindən və gömrük rəsmiləşdirməsi üçün lazım olan digər vergilərdən azad olunacaq.
iii. Mövcud Vergi Qanunvericiliyinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin XI bəndinin 165.1.2-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2005-ci il tarixli, 11 nömrəli qərarının 1.4-cü bəndinə əsasən qrant vəsaiti hesabına Qoşma 1-də sadalanan zəruri avadanlıq və materiallar Əlavə Dəyər Vergisi (ƏDV) və digər vergilərdən azad olunacaq.
iv. TN və AzTU avadanlıq və materialların boşaldıldığı Azərbaycan Respublikası ərazisindəki limandan Layihə ərazisinə gətirilənə qədər boşaltma xərcləri, daxili nəqliyyat və sığorta xərclərini ödəyəcəkdir.
v. AzTU təmin edilmiş avadanlıq və materialların müvafiq qaydada saxlanması, istifadəsi, mühafizəsi və təmirini təmin edəcəkdir.
vi. AzTU Layihə müddətində və Layihə bitdikdən sonrakı mərhələdə avadanlıq və materialların saxlanması, istifadəsi, mühafizəsi və təmir xərclərini qarşılayacaqdır.
vii AzTU Layihənin həyata keçirilməsi üçün KOICA tərəfindən bağışlananlardan əlavə avadanlıq, alətlər, mebel, nəqliyyat vasitələri, ehtiyyat hissələri və digər materiallar təmin edəcək və dəyişdirəcəkdir.
viii. AzTU KOICA tərəfindən bağışlanan avadanlıq və materialları sadəcə Layihə üçün istifadə edəcəkdir.
E. Koreyalı Ekspertlər üçün tədbirlər
i. TN və AzTU Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Koreyalı ekspertlərin təhlükəsizliyini təmin edəcək və fövqəladə hal zamanı onlar üçün tibbi yardım təmin edəcəkdir.
ii. TN və AzTU Koreyalı ekspertlərin səmərəli fəaliyyəti üçün tələb olunan həmkar/və ya köməkçi heyəti təmin edəcəkdir.
iii. Azərbaycanda öz missiyalarını yerinə yetirərkən TN və AzTU Azərbaycanın müvafiq qanunvericiliyinə uyğun olaraq onlara lazım ola biləcək hesabatlar, statistik məlumatlar və sənədlər və s. kimi məlumatları təmin edəcək və bu sənədlər yalnız layihənin icrası məqsədi ilə istifadə olunacaqdır.
iv. AzTU onları Layihə ərazisində öz vəzifələrini yetirmək üçün lazım ola biləcək müvafiq ofis, mebel və digər ləvazimatlarla təmin edəcəkdir.
v. TN və AzTU Koreyalı ekspertlərinin layihə dövründə və layihə dövrü bitdikdən sonra layihənin icrası ilə əlaqədar Azərbaycan Respublikasında qalmaq üçün lazım olan giriş vizası, yaşayış hüququ və səyahət sənədləri ilə təmin edilməsini sürətləndirəcəkdir.
vi. TN və AzTU Koreyalı ekspertləri Azərbaycanda onlara həvalə edilmiş işin icrası zamanı onlar tərəfindən baş verə biləcək özbaşına pis davranış və ya ümumi səhlənkarlıq istisna olmaqla, meydana çıxa biləcək hər hansı bir iddiadan qoruyacaqdır.
F. Koreyada Təlim üçün tədbirlər
i. TN və AzTU Koreyada keçiriləcək təlim kurslarının başlanmasından bir ay əvvəl təlim kursları üçün İngilis dilini (mühəndis səviyyəli təlim kursu üçün) və Rus dilini yaxşı bilən ixtisaslı namizədlər seçəcəkdir.
ii. TN və AzTU seçilmiş namizədlərin Koreyadakı təlimdən sonra Layihə üçün və Layihə əlaqədar işlərdə işləməsini təmin edəcəkdir.
G Digər Xərclər
i. TN və AzTU Layihənin həyata keçirilməsi üçün KOICA tərəfindən yerinə yetirilən öhdəliklərdən əlavə olaraq digər xərclərin qarşılanması üçün də dəstək axtaracaqdır.
V. Hesabatlar
Koreya İcraçı Şirkəti tərəfindən aşağıdakı hesabatlar Prosesin Qiymətləndirilməsi üçün TN, AzTU və KOICA-ya ingilis dilində aşağıdakı hesabatlar təqdim olunacaqdır:
i. İlkin Hesabatın beş (5) nüsxəsi Layihənin başlanmasından etibarən iki (2) ay ərzində təqdim olunacaqdır və bu Hesabata işin həcmi və icra planı barədə təfsilatlı məlumat daxil ediləcəkdir. Hesabatın qəbul edilməsindən etibarən bir (1) ay ərzində TN və AzTU hesabatla bağlı rəyini açıqlayacaqdır.
ii. Aralıq Hesabatın beş (5) nüsxəsi Layihənin başlanmasından etibarən on iki (12) ay ərzində təqdim olunacaqdır və bu Hesabata layihənin həmin dövrə qədərki nailiyyətləri və nəticələri daxil ediləcəkdir. Hesabatın qəbul edilməsindən etibarən bir (1) ay ərzində TN və AzTU hesabatla bağlı rəyini açıqlayacaqdır.
iii. III Maddənin 1-ci bəndində qeyd olunan bütün alt sistemlərdən və bütün Layihə sənədlərindən ibarət olacaq Son Hesabatın 10 (on) nüsxəsi Layihənin başlanmasından etibarən iyirmi iki (26) ay ərzində təqdim olunacaqdır. Son Hesabatın təqdim olunması zamanı Koreyanın İcraçı Şirkət Layihə üzrə nailiyyət və nəticələrin təfsilatlı halı üzrə təqdimat etməlidir.
VI. Layihənin Başlanması
Layihə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında layihə üzrə Qrant Razılaşmasının imzalanması və akkreditasiyasından sonra və Tərəflərin Layihənin yerinə yetirilməsi üçün zəruri olan daxili prosedurları yerinə yetirməsindən sonra başlanacaqdır.
VII. Layihənin Monitorinqi və Qiymətləndirilməsi
Layihənin monitorinqi və qiymətləndirilməsi Tərəflərin təşkil etdiyi Birgə komanda tərəfindən həyata keçiriləcəkdir. Layihə İdarəetməsi üzrə Konsultantın (LİK) texniki məsləhəti, monitorinq və qiymətləndirmənin nəticələrinə əsasən hər bir tərəf lazımi tədbirləri görəcəkdir. Monitorinq və qiymətləndirilmənin nəticələrinə əsasən hər bir tərəf lazımi tədbirləri görəcəkdir.
VIII. Qarşılıqlı Məsləhətləşmələr
“Texniki Tapşırıq”dan irəli gələn hər hansı bir mühüm məsələ üzrə Tərəflər arasında birgə məsləhətləşmə keçiriləcəkdir. Bu “Texniki Tapşırıq”a əlavə baxış və/və ya dəyişikliklər ancaq zəruri halda Tərəflər arasında qarşılıqlı razılaşma əsasında edilə bilər.
IX. Layihəyə Dəstək Tədbirləri
A. Yerli ictimaiyyəti Layihə barədə məlumatlandırmaq məqsədilə TN və AzTU Layihəni Azərbaycan xalqına elan etmək barədə müvafiq tədbirləri görəcəkdir.
B. TN və AzTU Layihənin başa çatması ilə əlaqədar mərasim keçirəcək və Layihənin bitməsini xarakterizə edən xatirə lövhəsini təmin edəcəkdir. Təfərrüatlar (məs: forma, ölçü, yer, yazı və s.) Tərəflərin birgə razılığı əsasında qərarlaşdırılacaqdır.
X. Layihənin həyata keçirilməsi üzrə Baş Plan
Layihənin Baş Planı Əlavə 2-yə daxildir. Lakin əsl Plan və təfərrüatlar zəruri olduğu halda Tərəflər arasında məsləhətləşmələr əsasında qərarlaşdırılacaq və dəyişdiriləcəkdir.
Qoşmalar:
1. Avadanlıq və Material siyahısı (İlkin)
2. Layihənin Baş Planı (İlkin)
< Qoşma 1 >
Avadanlıq və Material siyahısı (İlkin)
№
|
Vahid
|
Xüsusiyyətlər
|
Kəmiy.
|
1
|
Web Server
|
- CPU : 4 Core Intel Xeon Processor 2GHz
- Memory : 32GB RDIMM DDR3 1333 MHz
- Linux O/S
|
2
|
2
|
WAS Server
|
- CPU : 4Core Intel Xeon Processor 2GHz
- Memory : 32GB RDIMM DDR3 1333 MHz
- Linux O/S
|
2
|
3
|
DB Server
|
- 64bit Processor RISC CPU (4 core), 3.0 Ghz
- Memory : 64GB, HDD: 146GB disk * 2
- 1000/100/10 TX Ethernet: 4 port
- 4Gbps HBA 2 port
|
1
|
4
|
e-Learning
Server
|
- CPU : 4Core Intel Xeon Processor 2GHz
- Memory : 32GB RDIMM DDR3 1333 MHz
- Linux O/S
|
1
|
5
|
DNS Server
|
Windows Server
|
1
|
6
|
Storage
|
8 TB
X-Blade * 2
|
1
|
7
|
SAN Switch
|
GBIC * 8
|
1
|
8
|
Router
|
- 10/100/1000Base-T 24Port & MiniGBIC 4Port
|
1
|
9
|
IPS/Firewall
|
- Firewall and IPS Integrated function
- Min Throughput 2G
|
1
|
10
|
Backbone Switch
|
- 1000 Base-TX 24 Port
|
1
|
11
|
L4 Switch
|
- 10/100/1000Base - T8 Port
|
2
|
12
|
WEB S/W
|
- Linux 4 CPU(Core) License
- HTTP l.l, SSL Support
- Multi-Thread, Multi-process
|
2
|
13
|
WAS S/W
|
- Linux 4 CPU(Core) License
- J2EE support, Servlet 2.2, JSP 1.1 support
- SSL support, - SOAP, WSDL support
|
2
|
15
|
DBMS
|
- Unix, CPU License (4 core)
- ANSI Standard SQL support
- Various H/W platform Support,
- Multi-thread support
|
1
|
16
|
UPS
|
- Capacity : 20KVA, 60minutes
|
2
|
* 2 illik zəmanət
Aşağıdakı avadanlıq və materiallar ehtiyac olduğu halda qarşılıqlı razılaşma nəticəsində büdcə çərçivəsində prioritetə görə dəyişdirilə bilər.
< Qoşma 2 >
Layihənin Baş Planı (İlkin)
Kvartal üzrə Fəaliyyət
|
2011
|
2012
|
2013
|
1K
|
2K
|
3K
|
4K
|
1K
|
2K
|
3K
|
4K
|
1K
|
2K
|
3K
|
4K
|
Əməkdaşlıq üzrə Razılaşma
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
- Tətbiq üzrə Araşdırma
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
- R/S imzalanması
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
- QR imzalanması
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sistemin İnkişafı
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
- Akademik İdarəetmə Sistemi
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
- Portal Sistemi, Veb Server Sistemi, Electron Poçt Sistemi,
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
- Group Təminat Sistemi
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
- E-Tədris Sistemi
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Ekspertlərin ezam olunması
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
- LİK tərəfindən İlkin Araşdırma
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
- Avadanlıq Quraşdırılması, Təlim və dəstək
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
E-Tədris Kontentləri üzrə inkişaf kursu
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Təlim İştirakçılarının Dəvət olunması
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
- Rəhbər üçün Təlim Kursu
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
- İnkişaf üçün Təlim Kursu
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Avadanlıqla Təchiz olunma
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
- Satınalma
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
- Daşıma
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Monitorinq və Qiymətləndirmə
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Dostları ilə paylaş: |