“Viator” Mikrokredit Fondunun



Yüklə 8,33 Kb.
tarix27.06.2018
ölçüsü8,33 Kb.
#55008


P R E S S – R E L I Z
Orta Zəyzid və Baş Zəyzid Bələdiyyələri

fəaliyyətlərində vətəndaş iştirakını artırır.


“Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi “Şəffaf bələdiyyə: vətəndaş iştirakı və demokratik cəmiyyət” adlı layihənin icrasına başlamışdır. Layihənin həyata keçirildiyi ərazi Orta Zəyzid və Baş Zəyzid Bələdiyyələridir.

Layihə 6 ay müddətində davam edəcək. Layihənin məqsədi Orta Zəyzid və Baş Zəyzid Bələdiyyələrinin fəaliyyətində əhalinin iştirak səviyyəsini artırmaqla bələdiyyələrin şəffaf və demokratik idarəolunmasına nail olmaqdır. Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçiriləcək:

aylıq bülletenlərin buraxılması, sorğuların keçirilməsi, kiçik formatlı və üzbəüz görüşlər, fokus qruplar üçün treninqlər, dəyirmi masalar, məlumat lövhəsi və təkliflər qutusunun qoyulması, ictimai dinləmələrin keçirilməsi, ziyali və nüfuzlu şəxslərdən ibarət büdcəyə nəzarət komissiyasının yaradılması.

Nəticədə əhali bələdiyyənin fəaliyyəti haqqında daha ətraflı və vaxtında məlumatlar alacaq, sorğular nəticəsində əhalinin bələdiyyəyə münasibəti müəyyənləşəcək, bələdiyyə büdcəsinin formalaşmasında əhalinin iştirakı təmin olunacaq, bələdiyyə üçün vacib məsələlər geniş auditoriyanın iştirakı ilə müzakirə olunmaqla əhalinin mövqeyini üzə çıxaracaq, milli mentalitetə uyğun olaraq çay süfrəsi arxasında görüşlər səmimi ünsiyyət və informasiyanın birbaşa ötürülməsinə şərait yaradacaq

Qeyd edək ki, Layihə Counterpart İnternational tərəfindən, Vətəndaş cəmiyyəti layihəsi çərçivəsində maliyyələşdirilir. Vətəndaş Cəmiyyəti Layihəsi Urban İnstitutu və Qeyri-Kommersiya Hüququ üzrə Baynəlxalq Mərkəzlə tərəfdaşlıq şəraitində Counterpart İnternational təşkilatı tərəfindən icra olunan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin 5 il ərzində davam edəcək vətəndaş cəmiyyətinin inkişafı layihəsidir.
“Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi

Şəki V.İbrahimov 4 AZ5500

Tel: +994 177 4 20 46 050 6738670 0556237851

E-mail: ii_edelveys@rambler.ru vuqarsheki@rambler.ru





Yüklə 8,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin