Kür çökəkliyi göl sistemlərinin formalaşma Xüsusiyyətləri və onların ekohidroloji


Fəsil.2. Kür Çayının hidrogeoloji şəraiti



Yüklə 1,22 Mb.
səhifə8/16
tarix10.01.2022
ölçüsü1,22 Mb.
#109396
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

Fəsil.2. Kür Çayının hidrogeoloji şəraiti.

Kür-Araz ovalığının torpaqlarının mənimsəmək üçün son 25-30 il ərazində hidrogeolji şəraiti öyrənmək məqsədilə bir çox xüsusi işlər görülmüşdür. Kür-Araz ovalığında aparılan bir sıra tədqiqiat nəticəsində müxtəlif dərinliklərdə yatan müxtəlif tipli yeraltı sular aşkar edilmişdir. Aparılan tədqiqat nəticəsində Kür-Araz ovalığında geniş yayılmış ayrı-ayrı stratiqrafik horizontların sululuğu , bu süxurların su keçirmə qabiliyyəti , suların kimyəvi xassələri , yatım şəraiti , rejimi və s. bu kimi hidrogeolji elementlər öyrənilmişdir. Lakin qeyd etmək lazımdır ki , aparılan tədqiqat öz dəqiqliyinə görə olduqca müxtəlifdir.


Meazazoy çöküntüləri dərində yatdıqları üçün onların hidrogeoloji şəraiti hələlik məlum deyildir. Üçüncü dövür çöküntülərinin hidrogeolji şəraiti zəif öyrənilmişdir. Dördüncü dövrün dərində yatan suları isə müxtəlif dəqiqliklə öyrənilmişdir. Ovalığın dərində yerləşən suları müxtəlif stratiqrafik horizantallarda qədim Dördüncü dövrün kontinental çöküntülərində, Qədim Xəzər, Abşeron və Aqçaql mərtəbələri, Məhsuldar qat, Samrat , Foraminifer dəstəsi və.i.a süxurlarında rast gəlinir. Yer səthindən aşağıda ilk yeraltı su horizantı olan qurunt sularının hidrogeolji şəraiti nisbətən yaxşı öyrənilmişdir.Bu sular ovalığın hər yerində yayılaraq Dördüncü dövrün üst qatlarında və hazırkı dövrün müxtəlif litaloji tərkibli süxurlarının müxtəlif genetik tiplərində inkişaf tapmışdır. Kür-Araz ovalığında müxtılif tipli və növlü yeraltı sular inkişaf tapmışdır. Yeraltı suların bu müxtəlifliyi onların yaranmasında iştirak edən amillərin müxtəlifliyindən əmələ gəlir. Yatım şəraitinə, kimyəvi şəraitinə , mənşəyinə və.s bu kimi xassələrinə görə Kür-Araz ovalığında inkişaf tapmış yeraltı suları aşağıdakı tiplərə ayırmaq olar.
1.Qrunt suları- yer səthindən aşağıda öz ağırlıq qüvvəsi ilə sərbəst hərəkət edən ilk su layı əmələ gətirən sulardır. Qrunt suları Kür-Araz ovalığında Dördüncü dövrün kövrək allüvial, prolüvial, delüvvial-provüall və dəniz mənşəli süxurlarında geniş yayılmışdır. Bu sular daətən təziqli olub sərbəst səthə malikdirlər. Qurunt suları qida mənbələri onların inkişaf tapdıqları sahə ilə uyğun gəlir və onların qidasını , əsas etibarıilə , atmosfer çöküntüləri və yerüstü sulardan süzülən sular təşkil edir. Ona görə qurunt sularının rejimi əksər hallarda hidrometeroloji amillərdən aslı olub, səviyyəsi debiti və kimyəvi tərkibi gündəlik , mövsimi , illik və çox illik dəyişikliklərə uğrayır. Qurunt suları yaş etibarı ilə müasir sular olub , Kür-Araz ovalığında çay arası massivlərdə , çay vadilərinin allüvial çöküntülərində, dağ ətəyi gətirmə konuslarında və düzən sahələrdə geniş inkişaf tapmışdır. Qurunt sularının inkişaf tapdığı çöküntülər litaloji tərkibinə görə çox müxtəlif olub , qrunt sularının yayılmasında və onların kimyəvi tərkibcə formalaşmasında mühüm rol oynayırlar. Ovalığın allüvial çöküntüləri Kür, Araz, Tərtər, Göyçay, Ağsu, Girdiman və s çayların gətirmə çöküntülərindən ibarətdir. Mingəçevirdən başlayaraq Qarqarçaya qədər Kür çayının yaratdığı allüvial düzənliyi çöküntülərinin eni 4-5km-dən 8-10km-ə qədər dəyişir. Sol sahildən bu çöküntülərin eni bəzi yerlərdə 20km-ə çatır. Sağ sahil boyunca Mil düzünün Mehmangölü yerləşən rayonda bu çöküntülərin eni maksimum dərəcəyə çatır . Sonra bu allüvial düzənlik tədricən daralaraq , eni 1-2km-ə qədər azalır və Sabirabad şəhəri yaxınlığında Araz çayının allüvial düzənliyi ilə birləşir. Ovalığın daxilində Kür çayının bütün üzünü boyu allüvial düzənlik gilcə, gil, qumluca və qumlardan təşkil olunmuşdur burada əsas yeri gillicələr və qumlucalar tutur. Gillər tabelli xarakter daşıyır qumlar isə daha azyayılmışdır. Kür çayının gətirdiyi müxtəlif tərkibli çöküntülərin qalınlığı olduqca dəyişkən olub , ovalıqda geniş yayılmışdır .Araz çayının allüvial çöküntüləri Mil düzünün əsas hissəsinin və muğan düzünün çox hissəsini tutur. Araz çayı çöküntülərini Kür çayı çöküntülərindən ayıran əsas fərqləndirici xüsusiyyət onların qırmızımtıl-boz və çəhrayı rəngdə olmasıdır.

2.1 Göllərin qidalanmasında böyük rol oynayan qurunt suları.



Ümumiyyətlə yeraltı suların rejimi , geoloji iqlim , hidroloji, torpaqəmələ gətirmə və biogen prosseslər və süni amillərin gündəlik mövsümi, illik və çox illik müdətdə dəyişməsi təsiri nəticəsində yeraltı suların fiziki kimyəvi və dinamiki xassələrinin miqdarca dəyişməsi prosesidir.
Ümumiyyətlə , qrunt sularının rejiminə təsir göstərən amillərə əsasən iki qrupda birləşdirmək olar. 1. Tərkibi amillər- bu qrupa geoloji iqlim , hidroloji torpaq biogen və s amillər daxildir.2. Süni amillər- bu qrupa kanallar , suvarılan torpaqların yuyulması və s. insan fəaliyyəti ilə əlaqədar olan amillər daxildir. Qurunt sularının dəyişməsi prosesini öyrənərkən qarşıda duran əsas amillərdən biri su səviyəsinin ən yüksək və yaxud ən aşağı vəziyyətdə durduğu dövrü təyin etməkdən ibarətdir. Çünki torpaq sahələri kənt təssərüfatı üçün istifadəyə verildikdə hidrogeoloji şəraitin əl verişli olması nəticəsində qurunt suları səviyyəsinin qalxması ilə əlaqədar olaraq torpaqların şoranlaşması baş verə bilər. Ona görə ilk növbədə torpaqların şoranlaşmasına qarşı tədbirləri görmək üçün qurunt suların səviyyəsinin ən yüksək və ən aşağıda durduğu dövrü təyin etmək lazım gəlir. Kür-Araz ovalığında qurunt sularının yüksək səviyyədə durması yağışların yağması və çaylarda suyun miqdarı ilə əlaqədardır. Bəzi suvarılan sahələrdə qurunt sularının yüksək səviyyədə durması yaz, yay hətta payız aylarında müşahidə edilir. Bu dövürə qurunt sularının yüksək səviyyədə durması suvarılmanın düzgün aparılması üzündən çətin su keçirən süxurların yayılması ilə əlaqədar olaraq baş verir.
Növbəli suvarılan sahələrdə isə qrunt suları səviyyəsini yüksək vəziyyəti qış aylarında müşahidə edilir ki , bu da əvvəlki aylarda aparılan suvarılma ilə əlaqədardır.


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin